Təsadüf yoxsa Alın yazısı (1-cibölüm)
Ayan01
23 May 2014 / 20:48
Nərgiz heç kəs eşitməsin
deyə qapını açıb ehmalca
içəri keçmək istəyəndə
dəhlizdə dayanan Gülnazı
gördü. Özünü itirərək
açıqlama verəcəkdi ki,
gecənin bu vaxtı niyə evə
belə girir, ümumiyyəltə
hardaydı Gülnaz onu
görmürmüş kimi otağına
keçdi. Nərgiz təəcüblənsə də
cəld Ülviyyənin otağına
keçəcəkdi ki, daha yaxşı
görən olmadı bu dəfə
eyvandan çıxan Kamal bəyi
gördü. Özünü daha da itirsə
də Kamal bəy də ona sadəcə
başı ilə salam verib qapıdan
bayıra çıxdı. – bunlara nə
olub deyə düşünürkən,
astaca Ülviyyə oyanmasın
deyə qapını açdı. Ülviyyənin
səsindən başa düşdü ki, o da
oyaqdır və ağlayır. Özünü
yatağa atıb
- Ülüm nə olub? Niyə
ağlayırsan
- Hər şey bitdi Nərgiz.. Hər şey
bitdi.. getdi.. daha
gəlməyəcək.ağlamaqdan
hıçqırtı ilə deyilən bu sözlər
Nərgizin bədənini ürpətdi. Bu
hayqırtını eşidə bilmirdi bərk
bərk Ülviyyəni qucaqlayıb. –
ey sakit ol.. Dedim axı hər şey
düəzləcək. Bax görərsən
Şəhriyar hər şeyi yoluna
qoyacaq.
- Heç nəyi də yoluna
qoymayacaq! Anlamırsan!
Anlamırsınız. Ülviyyə yerindən
qalxıb hirslə otaqda o baş bu
baş getməyə başladı.
- Niyə başa düşmürsünüz ki,
bu işdə yoluna qoyulacaq bir
şey yoxdur. Mən atamın
üzünə necə baxaram hə
Nərgiz. Düşün bir. Nə
deyəcəyəm. Ata bağışla
amma mənim qaynatam bizə
gəlib gedəndə gəlmə ya mən
onlarla yaşasam deyəcəyəm
bağışla ata anamın keçmiş
sevgilisi oldu neynim. Gör nə
qədər məntiqsizdir. Mən
bunu ona eləyə bilmərəm.
- Bəs neyniyəcəksən. Əllərini
çəkib oturacaqsan yerində.
Şəhriyarı başqasına
verəcəksən əllərinlə. Həm sən
elə bilirsən Şəhriyar əl
çəkəcək? Mən şəxsən zənn
etmirəm.
- Əl çəkəcək. Əl çəkmək
məcburiyyətindədir.
- Ülviyyə onun ailəsi də onun
üçün dəyərlidir. Amma hər
şeyi gözə alır. Sən zəiflik
edirsən. Ağlını başına yığ.
- Siz ağlınızı başınıza yığın!
Ülviyyənin səsini yüksəltməsi
ilə Nərgiz diksindi. O heç vaxt
Nərgizə qışqırmamışdı.
- Bir az məntiqli olun!
Düşünün! Özünüzü mənim
yerimə qoyun! BİTDİ!
- Bəs sevgin? Nə oldu
şəhriyarın dərdindən
ölürdün.
- Ölümşəm də.. bax sevgidir
məni bu günə qoyan. Mən
ölmüşəm Nərgiz ölmüşəm.
Ülviyyə dizlərini yerə qoyub
ağlaya ağlaya "ölümşəm
mən...ölümşəm” deyə
hönkürürdü.
Nərgiz onu qucaqlayaraq o
da eyni şəkildə ağlamağa
başladı.
Bir neçə gün keçsə də
Şəhriyar Ülviyyə ilə danışa
bilməmişdi. Telefonla zəngləri
cavabsız qalırdı. Sms lərə
cavab yazılmırdı. Evdən
çıxmadığına onu yolda da
tuta bilmirdi. Bir neçə dəfə
evə gəlməyə cəhd etsə də
binanın qarşısındakı
bələdçiyə onu içəri
buraxmamaq tapşırılmışdı
deyə yuxarı da qalxa bilmirdi.
Şəhriyarın günü gündən
üzüldüyün görən anası
Şahnaz da oğlunun bu halına
pis olurdu. Ağladığını görən
Səlim bəy – ağlama.
Unudacaq. Qız da istəmir
artıq, daha niyə ağlayırsan?
- Demək unudacaq. Sən
unutdunmu Səlim? Unutdun?
- Şahnaz başlama yenə
- Şahnaz başlama, Şahnaz
qutar, Şahnaz bir oğlumuz
var, Şahnaz biz evliyik..
Şahnaz...Şahnaz.... Səlim mən
uşaq deyiləm. Bəsdir daha
başımı bu sözlərlə
ovundurmağa çalışdın. Elə
bilirsən görmürəm, koram.
- Şahnaz.
- Yox Səlim bu dəfə sən dinlə.
Hə günah məndədir. Sevmək
günahdırsa günah məndədir
çünki səni sevdim. Hamıdan
əvvəl lap uşaqlıqdan sevdim.
Atangil ilk dəfə bizə gələndə
mən məktəbdə oxuyurdu.
Onun səni oğluma alaca
deməsiylə mən xəyallar
qurdum. Hər gün sənin
şəkillərinə baxıb daha da
sevdim. Sən isə mənim
varlığımdan belə xəbərsiz
idin. Sonra univeristetə qəbul
oldum.. Ancaq sən oxuduğun
universitetə girim deyə
bütün ixtisaslara girərdim
imtahanda. Qəbul da oldum.
Amma sən yenə məni
görmədin. Ailəlikcə bizə
gəldiniz yenə yanımdan düz
keçdin. Sonra o peyda oldu.
Ona olan baxışların məni dəli
edirdi. O baxışların ünvanı
mən olmalı idim mən!
əlimdən gələni eləsəmdə
onun da sənə qarşı boş
olmadığını gördüm. Dözə
bilməzdim buna Səlim.
Onunla evlənməyinə dözə
bilməzdim. Evdə söz çıxardm
ki, sən unveristetdə mənə
yaxınlq edirsən. Görüşmək
istəyirsən. Atam bu barədə
atana deyəndə o da razılıq
verdi ki, yad birini
almaqdansa qohumumu
alaram deyib atamla əl
sıxışdılar.
[cavab]
Ayan01
23 May 2014 / 20:49
- Şahnaz bəsdir. Yetər!
Danışdın bitdi! Istədiyin
oldusa daha nəyin davasını
edirsən?
- Sənin sevginin? Hə mənim
oldun. Hə evləndik, oğlumuz
oldu.. amma nə olsun.
Ürəyin.. ürəyin mənə tabe
olmadı Səlim.
- ......
- Görürsən susursan? Indi
denənə görüm oğlunla onun
qızının evliliyindən sonra
neyniyəcəksən?
Getməyəcəksən onlara ya
onlar gələndə evdən
qaçacaqsan. Nəvəmiz olanda
da adını övladlarınıza
qoymaq istədiyiniz adı
qoyarsınız artıq. Ya da bəlkə
ən yaxşısı o da sən də
boşanıb ikiniz də təzədən
evlənəsiniz. Şahnazın üzə
gələn sillə onu susdurdu. Bu
neçə ildə Səlim ona nəinki əl
qaldırmaq heç səsini
qaldırmamışdı. Otaqdan
çıxanda qapıda dayanıb
- Mərdi qova qova namərd
eləmə Şahnaz deyib çıxdı.
Şahnaz onun bu sözünü
anlamadı. Əli üzündə
gözündən yaş damla damla
axırdı.
Bu bir neçə gündə Nərgiz isə
işə qaça qaça gedir
Ülviyyənin də işlərini görüb
tələsik Ülviyyənin yanına
qayıdırdı. Kənan ondan
qaçdığını düşündüyü üçün
pis olmuşdu. Xəstəxanada
həkimin onun sözün
kəsməsiylə Nərgizin utanaraq
oradan çıxması bir olmuşdu.
Arxasınca qaçsa da o çoxdan
taksi ilə getmişdi. O gündən
ancaq salamlaşıb sağollaşır
ya da işlə bağlı Kənanın
üzünə baxmadan ondan
qaçırdı. Kənan da çox üstünə
getməmək üçün otağına
getmirdi. Amma bu 3 gün
içində Nərgizi az qala gündə
bir neçə saniyəlik görməsi
onu lap dəli edirdi. Yusifi
işdən azad etdiyindən
rahatlamışdı. Bilirdi ki, onu
narahat edən yoxdur
şirkətdə. Pəncərə qarşısında
fikrə gedərkən Nərgizin
şirkətə gəldiyini gördü.
Düşündü ki, bugün artıq
danışsın. Uzaqlaşmaq
istəyirdi ki, kiminsə ona
yaxınlşadığını gördü. Nərgiz
də onunla səmimi şəkildə
görüşüb gülümsəyirdi.
- Ay da bu kimdir? Bu qız
maqnitdir nədir? Cəld oradan
çıxıb bayıra çıxacaqdı ki
qapıdan girən Nərgizi gördü.
- O kim idi?
Salamsız kəlamsız verilən bu
suala çaqın qalan Nərgiz heç
nə demədi.
- Söz soruşdum axı.. Deyirəm
o kimdir?
- Sənin də sabahın xeyir.
Kim?
- Qapıda güldüyün və
görüşdüyün adam.
- Hə Etibarı deyirsən...
- İndi də Etibar çıxdı?
- Anlamadım.
- Deyirəm indi də Etibar çıxdı.
Indi əlimi buna bulamalıyam
- Ey sənə nə olub? Özünə gəl.
O mənim dostumdur. Ona
toxunma. Həm sənə nə? Sən
kimsən ki məndən haqq
hesab soruşursan. Nərgizin
bu sözü Kənanın xətrinə
dəydi bir addım geri
çəkilərək.
- Demək mənə kiməm, Mənə
nə? Yaxşı Nərgiz xanım..
olsun. Deyib oradan
uzaqlaşdı.
- Kənan... Nərgiz onu çağırsa
da kənan çoxdan oradan
uzaqlaşmışdı. Nərgiz özü də
pis oldu. əli ilə ağzından
vurub – bu dilini dinc
saxlasan nə olar hə? O gün
sənə az qalsın sevgi etiraf
edəcək birinə deyirən sənə
nə? Axmaq Nərgiz.
Kənan isə hirsindən otaqda
olan əşyaları dağıdırdı.
Pəncərənin yanında dayanıb
əli saçlarını qarşıdıraraq. –
Etibarmış, mənə nəymiş, mən
kiməmiş... mən sənə
göstərərəm kiməm.. Madəm
bu yolla başa düşmədin.
ÖZün gəlib sevdiyini
deməsən mənə də Kənan
deməsinlər. Görərsən Nərgiz
xanım.
Nərgiz otağına gəlib narahat
halda düşündü ki, Kənanın
könlünü necə alsın. Bir
bəhanəylə onun otağına
getmək istədi. Əlinə aldığı
sənədlərlə otağa doğru
gedərklən Salmanın onun
otağından sevincli halda
çıxdığın gördü.
- Ooo kimləri görürəm.. Sarı
cücə? Burda neynirsən
- Çəkil Səlimnə, səninlə
söhbət edəcək zamanım
yoxdur.
- Bir dəqiqə hara?
- Sənə hesab verəcəyəm
müdirin otağına girəndə?
Bəlkə icazə alım?
- Canım mənim, bundan
sonra əziyyət çəkmə. Bütün
işləri özüm görəcəyəm.
- O niyəymiş?
- Kənan belə istədi. Az əvvəl
mənə dedi ki, sənin əlindən
keçən bütün işləri ona özüm
çatdırım. Nərgiz onun bu
sözünə əvvəlcə tutuldu daha
sonra isə inanmayaraq otağa
keçdi. Kənan onun gəldiyini
görsədə bivec halda başını
qaldırmadan əlində telfonda
nəsə yazırdı.
- Səlimənin dediyi doğrudur?
- Sizə öyrətməyiblər ki, qapını
döyüb müdirin otağına
keçərlər Nərgiz xanım?
- Nə?
[cavab]
Ayan01
23 May 2014 / 20:50
Nə?
- Deyəsən bu gün karlığınız
üstünüzdədir. Nə deyirəmsə
təkrar elətdirirsiniz.
- Kənan nə olub? Mən bayaq
qapıda...Kənan Nərgizin
sözünü yarımçıq qoyaraq
telefonda kimləsə danışmağa
başladı.
- Alo, əzizim.. ay can.. mən də
darıxmışam... (qəhqəhə atıb)
axşam gələcəm.. hara gedək?
Mmm nə bilim.. bəlkə elə evdə
olarıq həə yaxşı opdum..
(qəhqəhə ataraq nərgizə
tərəf baxdı) Mən indi
işdəyəm deyə bilmirəm.
Axşam gəlnədə nə istəsən
deyəcəyəm.
Nərgiz dırnaqlaını ətiən
batırıb dodaqlarını dişləməyə
başladı.
- Nərgiz xanım nəsə lazım idi.
- Mən.. şey.. yox.. bağışlayın
narahat etdim. Çıxım
sevgilinizlə rahat danışıb.
- Buyurun. Hə bir də Salma ilə
göndərərsiniz bütün
sənədləri onunnla
işləyəcəyəm.
- ....
- Nəsə oldu?
- Yox.. anladım. Sağolun.
Nərgiz qapını elə hikkə ilə
örtde ki, kənan buna gülərək.
"bu hələ sənin xoş
günlərindir nərgiz xanım.
Mən göstərəcəyəm sənə
kiməm. " deyərək telefonu bir
də qaldırıb.- Sürəyya xala
bayaq yadımdan çıxdı deyəm.
Axşama plov bişirdə. – Adə
sənin başın xarab olub o nə
danışıq idi mənimlə
danışırdın. 40 illik ərimlə
boşatdırassan . opurem, ay
can darıxmışam. Sənin mənə
ay can deyə telefonu
açmağın xeyrə əlamət döyül.
- Ee yaxşıda nə dedimee.
Dedim axşam evə gələcəm.
Səndən ötəri darıxmışam da..
- Dəli oğlum. Yenə kimə
göstərirdin özünü adə.. Mənə
bax. Məni bu işlərinə qatma.
Öpürmüş sözlər deyəcəkmiş.
Sən axşam gəl eşşək sudan
gəlincəyə qədər çırpım səni
sən də bax.
- Eee Sürəyya xala böyüdüm
də mənə uşaq kimi
davranırsan.. yaxşı yaxşı
axşam görüşərik.
Bu Sürəyya xala idi, Kənanın
dayəsi. O həmişə onunla bu
zarafat tonunda danışardı,
amma bu gün sırf nərgizə
ina d olsun deyə elədi. İşə də
yaramışdı. Nərgiz hirsindən
otağında az qalırdı ağlasın. –
Alçaq. Özünə o saatca birini
tapdı. Hələ bir mənə eşq elan
edir. Buna bax. Sənə bu da
azdır Nərgiz. Adamını
tanımırsan kimə oldu
güvənirsən. Axşama qədər
Nərgiz də Kənan da hirslə
şirkətdə gəzsələrdə bir
birilərini görəndə ətrafına
gülümsəməyə başlayırdılar
sanki əhvalları heç
korlanmayıb hər şey
qaydasındadır.
Kənara çəkilən kimi isə
hamını acılamağa əsəbi
olmağa davam edirdilər.
İşdən çıxanda Kənan
Nərgizin şirkəti qapısında
görüb yanında Salamaya
tərəf dönərək ona yaxınlaşdı.
– Gözəl saçlarınız var Salma
xanım Salam təəcüblə ona
baxaraq – çççooox sağolun
Kənan bəy. Bu dialoqu və
Kənanın Salmaya baxışlarını
görən Nərgiz hikkəsindən
addımlarını sərt atmağa
başladı. Kənan onun çıxdığını
görüb özünü yenidən
düəzltdi. Salma isə artıq əlləri
ilə saçlarını önə gətirir
Kənanın köynəyinə
toxunmaq istəyirdi ki, kənan
geri çəkilərək. – Əminəm ki,
bu taxma saç hamıya yaraşar
deyib çölə çıxdı. Nərgiz hikkə
ilə addımladığından
ayaqqabısının dabanı qırıldı
və ayağını burxdu.
Yıxılacaqdı ki, kənan onu
tutdu. – Yaxşısan?
- Əlini çək.. oyy bağışlayın
əlinizi çəkin Kənan bəy.
- Gözüm atmırdı.. insanlıq
etmək istədim. Fərq etməzdi
siz ya başqası.
- Məncə fərq edərdi. Əminəm
ki, Səlminə olsaydı qucağına
alıb xəstəxanaya qədər
aparardın. Deyib addımlamaq
istəyəndə ayağını yerə basa
bilmədi. Ağrıdan qışqırdı.
Kənan ona yaxınlaşacaqdı ki
– orda dayan. Bir addıpm
belə yaxınlşama deyən
nərgizin qəzəbli baxışları
altında Kənan geri çəkildi. –
Sürünərəm amma sənə
möhtac olmaram deyərək
ayağını sürət sürtə ağrı ilə
oradan uzaqlaşmağa çalışdı.
Kənan balaca uşaqlar kimi
məyus halda – deyəsən
oyunum tərs gedir.. bu
yaxınlşamaq əvəzinə məni
düşmən elədi. Deyərək onun
hər ayağını basanda acıdan
qıvranmağına özü də sıxıldı.
Yenə də onu tək
qoymayacaqdı. Arxadan gəlib
onu qucağına alıb maşına
apardı. Nərgiz nə qədər
çrıpınsa da qışqırsa da kənan
ona fikir vermədən maşına
qoyub evinə qədər gəldi.
Nərgiz yol boyunca o qədər
qışqırıb bağırmışdı ki, artıq
yorulub susmuşdu. Hər ikisi
sakitcə maşında
əyləşmişdilər. Kənan
danışmaq istəsə də acığına
gəlmişdi nərgizin ona kimsən
deməsi. Bu qədər müddətdə
qürurunu tapdayaraq bu
qızın arxasınca düşməsi ona
zərrə qədər də təsir
etməmişdi deyə çox təəsüf
edirdi. Nərgiz isə kənanın
heç nə danışmayacağını
görüb "Mən gedim
sevgilinizin evinə
gecikərsiniz” deyib hikkə ilə
maşının qapısını örtdü.
Kənan onun bu halına gülüb
maşında – sən məndən beş
betər sevirsənee, amma keçi
kimi inad et hələ. Sevdiyini
deməyincə məndən xoş sözü
yuxuda görərsən sən. Hələ
bu xoş günlərindir deyib
əllərini bir birinə sürtdü.
Ardı var
[cavab]
tutu
23 May 2014 / 23:17
Cox gozeldi ardi twz olsa yaxsi olar)
[cavab]
Ayan01
24 May 2014 / 15:49
Təsadüf yoxsa alı
yazısı (Bölüm 20)
[cavab]
Ayan01
24 May 2014 / 15:51
Ülviyye gun kecdikce saralib
solurdu. Ne yemek yeyir ne
danisirdi. Nergiz bele onu
gucle danisdirirdi.
- Ulum ne vaxta qeder bele
edeceksen? Elden gedirsen?
Ozunu toparlamalisan. Hami
sene gore narahatdir. Yaxshi
madem ki, bir yol secdin,
ayrildin o zaman addimla.
Bele yataga mehkum olmaqla
ozunu xeste edeceksen.
- Yatmaq isteyirem.
- Ulviyye seninleyem axi.
Deyirem ne vaxta qeder...
- Yatmaq isyeyirem dedim!
- Of Ulviyye offf.. Nergiz
pencereye yaxinlasib perdeni
cekecekdi ki, gozlerini qiyib
diqqetle neyese baxdi
- Ala di bu da orada mehv
olur. Sen burda o orda. Ne
haliniz var gorun, amma
sonradan aglayib sizildama.
Gel gor ne gune dusub. O
boyda adam fikirden eriyib
cop olub.
Ulviyye hec ne anlamamis
kimi agir agir pencereye
teref geldi. Sehriyari gorunce
aniden kenara cekildi. Nefes
almasi suretlendi. Nece
gundu yemek yemediyinden
bu veziyyet onu daha da
halsiz etdi.
- ey sakit ol. Yaxshisan?
- O burdadir Nergiz o
burdadir.
- o burdan gedib ki.
Gunlerdir asagida dayanir.
Xeberin var ne gune dusub.
Ulviyye ilk evvel
sevindi,gulumsundu daha
sonra atasinin sesini esiden
kimi yeniden nese xatirlamis
kimi meyus oldu. Yeniden
yatagina gedib, ayaqlarini
qucaqladi.
- Ülüm niye özune bu
işgenceni verirsen? Niye
öldürursen özunu. Sen bele
elemekle hec ne duzelmir.
Eksine her şey daha da pis
olur.
- Anlamirsan, anlamirsiz hec
kim anlamır. Hec kim.
- Onda özunu toparla... Ve
onunla danış.
- Yox, yox birce bu yox. Döze
bilmerem. Buna döze
bilmerem.Onun gozlerine
baxa bilmerem.
- Yaxsi sakit ol. İndi olmasa
da onunla danisacaqsan. Ne
vaxta qeder qaça bilersen ki?
- Nefes ala bilmirem Nergiz,
ciyerim yanir
. - Aglama, helak oldun.
Qapinin doyulmesi ile Ulviyye
gozunun yaşini sildi. Kamal
bey yavaşca qapini acib, -
İndice eminle danışdim.
Hazirlaş sabah onlarin yanina
gedeceksen. Deyib qapini
ortdü. Nergiz Ülviyyeye baxdi,
o ise gozleyirmis kimi ayaga
qalxib şkafi bosaldirdi.
- Neynirsen?
- Eşitmedin gedirem. -
Esitdime, amma hara
anlamadim.
- Emimin yanina, Moskvaya.
- Ele belece sakit
qarsilayacaqsan?
- Ani qerar deyil, xeberim var
idi. İndi de deqiqlesdirdik. Bu
en yaxsisidir. Mene de
Sehriyarada...
- Ne qeder muddete?
- Bilmirem. Uzun zamana
yeqin ki. İşden sabah
mezuniyyet gotureceyem 1
ayliq.
- 1 ay? Bir ay burada
olmayacaqsan?
- Belke de daha çox bilmirem.
Geciksem, xeber verem, ya öz
hesabima mezuniyyet
goturerem ya da cixaram.
- Bes menim niye xeberim
yoxdur bu qerarlardan? Men
neyniyeceyem?
- Ne vaxt istesen gel.
Emimgilde seni gormeye şad
olar, seni çox isteyirler
bilirsen.
- Yox, getme,
- Nergiz uşaqliq eleme.
- esl sen usaqliq edirsen. Men
de Vusaldan ayrildim. Amma
senin kimi qaçmadim ozumu
helak elemedim. Yaşamaga
davam eledim.
- Bu ferqli bir şeydir niye
anlamaq istemirsen. Gel bax!
Bax nece qivrilib qalib orada,
buna bax, mesajlari
gorursen, gune azi 100
mesaj gelir. Hele zengleri
demirem. Dayanmadan yigir.
Onun sevgisinden zerre
qeder şubhe etseydim, inan
mene bu gun getmezdim. Bu
halda olmazdim. Men
bilmirem özumu dúşunum,
atami düşunum, anami
düsunum ya Sehriyari. en
yaxsisi uzaq qalmaqdi. Qoy
ele bilsin ona olan sevgimden
vaz kecmisem, istemirem.
Nifret etsin mene, o zaman
unudacaq.
- Bes sen?
- Bilmirem. Ozumu
dusunmekden çoxdan vaz
kecmisem.
Ellerinde paltarlar Ulviyye
pencereye yaxinlaşdi.
Perdenin arxasindan
Sehriyara baxdi. Ureyi
agriyirdi,amma cixis yolu
gormurdu. Şehriyarsa
gunlerdir yemeden ıcmeden
özune qapanmiş, Ülviyye ile
danişmaq ucun furset
axtarirdi. Ne qeder zeng etse
de sms yazsa da cavabsiz
qalirdi her biri. Tek xeber
aldigi qaynaq Nergiz idi. O
her blokdan cixdiqca onun
yanina geder Ülviyyeni
sorusurdu. Ülviyyeni başa
dûşse de ondan bele elediyi
ucun cox incimisdi. Nergizin
cixmasini gozleyerken
Ulviyyenin pencereden
baxmasindan xebersiz idi.
Pencereden ona baxan daha
bir goz var idi. Gülnaz
gunlerdir Sehriyarin bu halini
gorur istemeden gozleri
dolurdu. Telefonu eline alib
nomre yigdi, telefonun o
basindan gelen qalin sese
Gulnaz salamsız kelamsız -
Oglunla danış demisdim. el
ceksin artiq. Gelib ne özunu
ne de Ulviyyeni incitmesin.
- Oglum mene benzemeyib
Gulnaz. O menden ferqli
olaraq,sevdiyine sahib cixir.
Gülnaz bu cavaba tutuldu. Ne
ise demek istese de alinmirdi.
[cavab]
Ayan01
24 May 2014 / 16:09
- anlamalidir bu
mümkünsüzdur deyib
desteyi asdi.
Şəhriyar xəbərsiz idi
Ülviyyənin gedişindən.
Nərgizin blokdan təlaşlı
çıxdığını görüb tez yanına
gəldi.
- Nərgiz?.Nə olub? Ülviyyəyə
nəsə olub.
- Yox. Yox. Narahat olma.
- Yaxşıdır? Şəhriyarın onun
qolundan tutub suallara qərq
etməsini Ülviyyə yuxarıdan
izləyirdi. Qorxdu ki, Nərgiz
şəhriyara deyər cəld telefonu
əlinə alıb nərgizə yığdı.
Nərgiz Ülviyyənin zəng
etdiyini görüncə başa düşdü
ki, o niyə zəng edib. Telefonu
açaraq Şəhriyara baxırdı.
- Alo.
- Nərgiz nə badə bir şey
deyəsən. Səndən ömürlük
küsərəm. Zarafat eləmirəm.
- Axı..
- Nərgiz! Əsla bilməyəcək.
Eşitdin məni.
- Yaxşı...soyuq və quru
danışmasından
titrəməsindən Şəhriyar başa
düşdü ki, o Ülviyyə ilə danışır
cəld Nərgizin əlindən
telefonu alıb
- Ülviyyə danışmalıyıq xahiş
edirəm aç telefonu ya da
aşağı gəl. Şəhriyarın səsini
eşidən Ülviyyənin ürəyi
titrədi. Telfon əlindən yerə
düşdü və söndü. Bu dəfə
bilərək söndürmədi amma
Şəhriyar elə başa düşdü ki,
Ülviyyə qəsdən telfonu
söndürdü. Əsəbiləşib
nərgizin telefonun yerə
çırpdı. Telefon yerə dəyən
kimi cilik cilik oldu. Nərgiz
böyümüş gözlərlə ona baxsa
da səsini çıxartdmadı.
- Niyə belə edir axı niyə? Mən
tanıdğım Ülviyyə belə qorxaq
deyildi. Məğlub olan deyildi.
Nə baş verir? Niyə bu qız
məni dinləmir? Niyə!? Niyə!?
Niyə!?
- Ay Şəhriyar qolum çıxdı
qardaşım. Sakit ol.
- Bağışla deyib Nərgizin
qolunu buraxdı. Nərgiz
qolunu ovuşdura ovuşdura
sızıldamağa başladı. Bəlli idi
ki, göyərəcək qolu. Sonra
əyilib telefonunun
qalıqlarının içindən
nömrəsini axtardı.
- Bağışla Nərgiz. Mən telefonu
axşama çatdıraram sənə..
- Eybi yox narahat olma.
Onsuzda dəyişəcəkdim
bəhanə oldu. Nərgiz aranı
yumşaltmaq üçün desə də bu
sözü Şəhriyarın fikri onda
deyildi. Başını qaldırıb
Ülviyyənin pəncərəsinə
baxırdı. Pərdənin
tərpənməyindən hiss etdi ki,
Ülviyyə onu izləyir. Başını
aşağı salmadan – nə deyirdi?
- Nə?
- Sənə nəyi deyirdi? Nə
istəyirdi?
- Heeççç heç nə.. mən gedim.
- Nərgiz!
- Eeee bəsdirin də o ordan
sən burdan mən də yazığam
axı. Adam nə qədər qorxu
içində yaşayar. Ülviyyə küsər
Şəhriyar küsər Ülviyyə
danışmaz Şəhriyar inciyər.
Mən getdim. Nərgiz qaçmaq
üçün bəhanə axtarırdı. Elə
bunu deyib aradan çıxdı.
Şəhriyar hirslə gəlib maşının
yanında dayandı. Əlinə
telefonu alıb Ülviyyəyə səsli
mesaj göndərməyə qərara
aldı. Bu dəfə hər şeyi həll
etməli idi. Bir dəfəlik.. Mesajı
yazdıqdan sonra göndərdi və
maşınına minib getdi. Ülviyyə
isə əlinə telefonu alıb gələn
səsli mesajı açmaqda
tərəddüd etsə də açdı. Mesajı
dinlədikdə qurumuş halda
telefonu əlindən sürüşüb
düşürdü. Dili tutulmuşdu
sanki. Cəld ayağa qalxıb
saçını düzəldib evdən çıxdı.
Nərgiz isə Ülviyyəyə verdiyi
sözü tutmaq həm də
Şəhriyara onun gedəcəyini
demək istəyirdi. Necə
edəcəyini düşünə düşünə
evinin qarşısına çatmışdı ki,
Kənanın maşının gördü.
Həyəcandan əli ayağına
dolaşdı. Gülümsədi ki, Kənan
onun arxası ilə gəlib. Kənan
maşından düşərək hirslə ona
yaxınlaşdı.
- Artıq telefonları
söndürürsən? Deyəsən
böyümüsöən sən?
- Sənə də salam
- Bu nə vaxtdan adət olub
belə.
[cavab]
Ayan01
24 May 2014 / 16:11
- Yaxşıyam sağol, sən
necəsən
- Nədir yoxsa o Etibardır,
İnamdır nədir onunla
görüşürdün.
- Yaxşı olmağına sevindim
- Nərgiz!
- Aydaaaaa bu gün də hamı
mənə qışqırıree..
- Kim qışqırıb sənə? Kənanın
üzünün ani dəyişməsi və
nərgizlə bu tonda danışması
Nərgizin xoşuna gəlmişdi
əslində. Demək ki, bir neçə
gündə soyuqluğu elə
beləymiş
- Ülviyyə ilə şəhriyar.
Qalmışam aralarında. Ülviyyə
də gedir. Qoymur deyəm
Şəhriyara. O yazıqda
Ülviyyədə əldən gedir
deyərək ağlamağ başladı.
- Eyy yaxşı ağlama. Bağışla
sadəcə telefonun sönülü
olunca...
- Sönülü deyil qırılıbbb....
Nərgizin balaca uşaqlar kimi
yenidən ağlaması kənanı
güldürdü..
- Yaxşı yaxşı tökmə gözünün
yaşını yenə. Gəl gedək
- Ha ha raaa.
- Təzə telefon almağa.
- Yox.. sağol.. özü alacağam.
- Get öz xoşunla maşına otur!
Kənaın əmrlə danışması
Nərgizi lap çəkindirdi sözü
bitən kimi Nərgiz artıq
maşında idi. Kənan dodaq altı
gülümsəyərək, pıçıltı ilə -
səninlə başqa tonda
mümkün deyil gərək
bağırasan. Arxaya
döndüyündə onun arxa
turacaqda oturduğunu
görüb – düş min qabağa.
- Yox
- Dedim düş min
qabağa..aramla və qaşlarını
qaldıraraq desə də Nərgizin
inadı tutmuşdu yenə. –
Sevgilin görər səhv başa
düşər kənan bəy deyə
istehza ilə cavab verməsi ilə
kənan özünü itirmədən – hə
düz deyirən. Elə arxada otur.
Sonra sevgilim məni atar
sənin üstündə deyib maşına
keçdi. Maşında ondan olanlar
barəsində soruşdu. Nərgiz
hər şeyi danışdıqca acı
çəkirdi.
- Nərgiz.. narahat olma.
Düzələcək. Şəhriyar sevdiyini
yarı yolda qoyanlardan deyil.
- Düzdür amma Ülviyyə imkan
versə
- Ülviyyənin getdiyini
deməlisən
- Söz verdim axı. Sözümdə
dayanamsam məni siləcək.
Tanıyıram onu eləyər.
- Qorxursan onu itirməkdən?
- O nə sualdır. Biz onunla
birlikdə böyümüşük, hər
anımızı bilirik. Anam heç
bilmir ki, mənim ən sevdiyim
rəng hansıdır o bilir
həmçinin də mən onun.
- Sənin sevdiyin rəng yaşıldır.
Nərgiz Kənanın bu sözünə
təəcüblənərək baxışını ona
dikdi.
- Haradan bilirsən?
- Telefonun üz qapağı
yaşıldır. Masanın üzərində
çərçivələr də həmçinin. Üstə
gəl yaşıl paltarını geyinəndə
xüsusi olaraq bəzənirsən.
Həm də bilərziyin. Nərgiz bir
bilərziyinə bir də Kənan
baxıb ğzı açıq qalmışdı
Kənan isə davam edərək
sözünü Nərgizə güzgüdə
baxırdı arada bir. Lə
təəcüblənmə. Mən sadəcə
diqqətciləm. Hamıya qarşı..
Hamıya qarşı sözünü elə
vurğu ilə dedi ki, nərgizin
ürəyində bir tel qırıldı sanki.
Məyus olaraq başını aşağı
salıb doluxsundu. Gözləmirdi.
Bu nəyəsə ümidlənib yenidən
ümidin darmadağın olması
hissi kimi bir şey idi. Bəlkə də
özü idi. Amma Nərgiz nəyə
ümid edirdi ki deyə öz özünə
düşünürdü. Əlindəki bilərziyi
fırlada fırlada dodaqlarını
büzdü. Ağlamamaq üçün
özünü zorla sıxırdı. Kənan
onun bu halını görüb acısa
da heç nə demədi. Nərgizə
dərs verməkdə qərarlı idi.
Gəlib mağazaya çatanda
könlüsüz halda maşından
düşüb öndə gedən Nərgizə
baxan Kənan
- Elə bil mənimlə gəlmisən.
Deyirəm bəlkə gözləyəsən.
Nərgiz dönmədən çiynini
dartıb mağazaya keçdi. Öz
istifadə etdiyi markanı
götürdü. Kənan yaxınlaşaraq
satıcıya - Telefon üçün yaşıl
rəngdə üzlük verin zəhmət
olmasa. Deyəndə Nərgiz ona
baxıb satıcıya – istəmirəm siz
mənə göy rəng verin dedi..
- Aaa nə yaxşı göy mənim ən
sevdiyim rəngdir. Kənan əlini
razı şəkildə masaya
söykəyərək Nərgizə baxırdı.
Nərgiz isə satıcıya dönüb yox
vaz keçdim siz qırmızı verin
dedi. Kənan heç susar.
Nərgizi yenidən
qıcıqlandırmaq üçün astaca
pıçıltı ilə - bax indi qırmızı
dedin sevgilimi yadıma
saldın. Bu onun ən sevdiyi
rəngdir dedi. Nərgiz elə bil
cin atına mindi telefonu
götürüb – istəmirəm üzlük
qalsın deyib mağazadan
çıxdı. Telefonu da
götürmədən piyada küçə ilə
qalxmağa başladı. Kənan
telefonun pulunu ödəyib yaşıl
üzlük taxdırdı. Mağazadan
çıxanda Nərgizi görmədi..
unutmuşdu bu nərgizdir heç
gözləyər. Küçənin o başına
bu başına baxsa da onu
görmədi. Sağ tərəfdən
oğlanların səsinə döndü.
- Başı xarabdıre qızın.. özü
dəyir hələ bir bağırır da..
- Nərgiz!!! Deyib kənan
həmin tərəfə getdi. Düz
tapmışdı.. Nərgizin əsəblə
necə addımladığını görən
Kənan onun qolundan tutub
nə olub bu nə əsəb.
- əsəbi deyiləm burax
qolumu.
[cavab]
Ayan01
24 May 2014 / 16:11
- Yaxşı gəl gedək.
- Eee burax dedim. Get
sevgilinin yanına.
- Gedəcəyəm. Gəl səni
aparım..
- Lazım deyil. Kənan onun
qolundan tutub özünə tərəf
çəkdi. O qədər yaxın idi ki,
Nərgiz onun nəfəsini üzündə
hiss edirdi. – Nərgiz niyə belə
edirsən? Kənanın pıçıltı ilə
deyilən bu sözünə o da pıçıltı
ilə cavab verdi.
- Neynirəm ki?
- Niyə inad edirsən. Sən də
mənim kimi se....
- Nərgiz! Bu səsə hər ikisi
döndü. Etibar idi. Onlara
yaxınlaşaraq – əlini çək
ondan alçaq.. deyərək
Kənana yumuruq ilişdirdi.
Nərgiz yerə yıxılan Kənanı
görüb onu qaldırmaq üçün
yerə əyildi.
- Etibar nenyirsən sən?
Yaxşısan Kənan?
- Kənan? Aa mən elə bildim
Vüsaldır? Amma yenə də o
səni elə tutmuşdu ki..Kənan
ayağa qalxar qalxmaz Etibarı
çırpmaq istəyirdi ki, Nərgiz
onu əlindən tutub. – xahiş
edirəm, dava istəmirəm.
Mənim əmimoğludur,
reaksiyası düz idi hər halda.
Kənan ona baxaraq - əmin
oğlu? Nərgiz onları tanış
etdikdən sonra aradakı
soyuq baxışlar altında yenə
də əzilirdi. Hər ikisinin bir
birinə acıqlı baxması nərgizi
qorxudurdu. Kənan Nərgizə
gəl gedək deməsi ilə Etibar
onu qolundan tutub özünə
tərəf çəkib, əziyyət çəkməyin
mən apararam dedi. Kənan
getmək istəsə də Nərgiz
qolunu Etibardan çəkincə
dayandı. O Etibara tərəf
dönərək sən get, mənim bir
az işim var deyib başını aşağı
saldı. Etibar isə məyus halda
heç nə demədən əlini sıxıb
oradan uzaqlaşdı. Kənan
özündən razı halda nərgizə
yaxınlaşaraq, gedək dedi.
Nərgiz Etibarın uzaqlaşdığın
görüncə Kənana tərəf dönüb
indi də sən get. Dava
olmasını istəmirəm dedi.
- Mənim sözüm yarımçıq
qaldı axı elə bil. Deyirdim
ki...Kənanın telefonun zəngi
yenidən onun sözünü kəsdi.
Əlini telefona atdığını görən
nərgiz ekranda yazılan
Sürəyya adını görüncə geri
çəkildi. – Sevgilin axtarır səni.
Get yanına deyib oradan
uzaqlaşır. Kənan məyus halda
həm də çənəsi ağrıyaraq kor
peşiman qayıdıb maşına
oturur. Nərgizin gözünə
girmək həm də onun özünün
sevgisini etiraf etməsi üçün
planlar cızmalı idi. Bidən bu
gün olan söhbəti xatırlayıb –
Hə əlbəttə.. bundan daha
yaxşı iş... deyib əlini telefona
atdı.
- Alo Şəhriyar salam. Təcili
danışmalıyıq
- Indi işim var bağışla sonra
deyib telefonu adboy verərək
qanlı gölün ətrafında
dayanan Şəhriyar uzaqdan
gələn Ülviyyəni soyuq
baxışlarla qarşıladı.
Ardı var
[cavab]
Ayan01
24 May 2014 / 21:42
Təsadüf yoxsa alın
yazısı (Bölüm 21)
[cavab]
Bölmeye qayıt