Təsadüf yoxsa Alın yazısı (1-cibölüm)
Ayan01
23 May 2014 / 20:05
Hava tutqun idi yay olsa da.
Ağlamağa hazır insan kimi
hər an yağa bilərdi. Səlim illər
sonra onunla üz üzə
gələcəyinin xəyalını dəfələrlə
qurmuşdu. Düşünürdü ki,
ona bir üzr borcludur. Həm
də halallıq almaq istəöyirdi.
Neçə illərdir ürəyində bu
sevgi ilə yanaşaı ağır gələn
vicdan əzabı, bir gənc qızı
gözüyaşlı qoymaq əzabı ona
əzab verirdi. Sevgisi
getmişdimi? Bunu belə
bilmirdi.
- Salam. Səlim dönmədən
gözlərini bərk yumdu. O
gəlmişdi və illər sonra onlar
yarım qalan hər şeyi yenidən
xatırlayacaqdılar.
- Salam. Necəsən?
- Bura niyə gəldiyimi
açıqlayıb gedəcəyəm.
- Gülnaz
- Oğluna de qızımdan uzaq
dayansın
- Gülnaz mən
- Mənim qızım sizin ailənizin
əzablarını çəkmək
məcburiyyətində deyil
- Gülnaz bir dəqiqə qulaq as.
- Qulaq asmalı bir şey yoxdur.
Oğluna de çəkilsin qızımın
həyatından.
- Şəhriyar qərarlıdır.
- Heç nə olmaz sən onu yola
gətirərsən. Bu sizin ailədə var
axı. Ata sözündən çıxmamaq.
- Gülnaz məni incidirsən
- Səni incidirəm? Demək
inciyirsən? Nədən səlim.
Nədən inciyirsən?
- Bir qulaq as! Səlimin səsinin
yüksəlməsi ilə Gülnaz başını
aşağı salıb hikkəsini uddu.
- Şəhriyar mənim kimi deyil. O
istədiyi hər şeyi əldə edir.
Indi də onun qarşısını alacaq
gücdə deyiləm.
- Çox nahaq. Mən dedim və
deyirəm. Sizə verəcək qızım
yoxdur. Oğluna de çıxsın
getsin. Ülviyyə qürurludur,
əgər Şəhriyar getsə o bir
daha onu axtarmaz. Bir neçə
gün əzab çəkər bununla da
bitər.
- Bir neçə gün? Sənin, mənim
əzabım bir neçə gün çəkdi?
- Burda sən mən deyə bir şey
yoxdur. Həm mən əzab
çəkmirəm. Dediklərimi
unutma. Oğlunla danış. Sağol
Gülnaz dönüb getmişdi. Səlim
isə hələ də ürəyində deyə
bilmədiyi sözləri ilə baş başa
qalmışdı. Onu arxasınca baxa
baxa acı acı gülümsəyərək. –
heç dəyişməmisən inadçı
Gülnaz xanım deyərək
pıçıldadı.
Şəhriyar bir neçə gün içində
baş sındırmağa çalışılrdı ki,
neyləsin ki, Ülviyyənin ailəsini
öz ailsəni razı salsın. Əslində
özü də görürdü ki, bu
vəziyyətdə bu mümkün deyil.
Amma əllərini yanına salıb
eləcə təslim olmaq istəmirdi
və olmayacaqdıda. Bu
düşüncələrlə ülviyyənin əlini
bərk sıxdı istəmədən. Ülviyyə
isə bunu hiss edib - Şəhriyar
əlim.
- Bağışla.
- Neynəmək fikrindəsən?
Mənə də de xahiş edirəm. Nə
baş verir. Evdə heç kim heç
nə danışmır. Sən də burada
axı niyə onlar izn vermirlər.
- Dedim axı sən bunları
düşünmə. Bir az zaman ver
mənə hər şeyi yoluna
qoyacağam.
- Məncə bilmək mənim də
haqqımdır.
- Xahiş edirəm Ülviyyə. Inad
etmə və mənim sözümə
güvən. Sadəcə bir az
gözləyəsi olacaq
- Mən səni bir ömür
gözləyərəm Şəhriyar bunu
bilirsən.
- Bilirəm canım bilirəm.
Ülviyyə başını Şəhriyarın
sinəsinə qoyaraq ağalamağa
başladı. Şəhriyar isə qəfəsə
bağlanmış və qurtulmaq
istəyən, çarəsizcə özünü
divarlara sıxılmış kimi hiss
edirdi. Ağlına tək bir fikir
gəldi. O da Gülnazla
danışmaq.
Kənan isə Nərgizin işə bikef
gəlib getdiyini gördüyündən
onunla daha çox
maraqlanmaq əhvalını
düzəltmək istəyirdi. Düşnüdü
ki, bir qutu şirniyyatla da
onun üzündə təbəssüm
oyada bilər. Bilirdi ki, Nərgiz
kimi qızlar bahalı
hədiyyələrdənsə belə xırda
jestlərə daha çox sevinər.
Nərgiz otağa girəndə Kənan
əlində qutu onun masansının
yanında idi.
- Burda neynirsən?
- Məni qabaqladın. bunu
qoyub çıxmaq istəyirdim.
Düşündüm bəlkə əhvalını bu
açar. Nərgiz bu günlər içində
Kənanın ona olan diqqətinin
fərqində idi. Onun bu jestinə
mülayim təbəssümlə
gülümsəyərək – çox sağol
dedi və ona yaxınlaşıb
qutunu aldı. Sonra qutunu
üzrəniə baxıb gülərək. –
yaxşı ki bu dəfə zorla
şirniyyatı yedizdirməmisən
dedi. Kənan təəcüblə ona
baxdı.
- Necə yəni, bəyənmədin?
- Yox. Yox. Yaxşıdır. Amma
mən yeyə bilmərəm.
- Niyə?
- Bu darçınlıdır. Mənimsə
darçına alergiyam var. Deyib
gülümsədi.
- Sən lap əldə qayırmasan ki...
Kənan sözünü deyib cəld
susdu.. Düşündü ki, indi bir
sillə ona doğru gələcək,
amma yanıldı. Nərgiz onun
bu sözünə ürəkdən gülməyə
başladı.
- Mən ən yaxşısı sənə mənə
nə olar nə olmaz onun
siyahısını verim. Yoxsa bu
gedişlə sən məni öldürərsən.
Kənan heyran heyran onun
təbəssümünü izlərkən
özündən asılı olmadan – sən
artıq çoxdan məni
öldürmüsən dedi.
Nərgiz heyrətlə ona baxdı.
Kənan da cəld sözünü
toparlamaq üçün – şey yəni,
acılamağınla...yəni əvvəllər.
Təzə tanış olanda, daha
doğrusu işləyənədə...yənii...
nə isə özün başa düşdün
deyib otaqdan çıxdı. Çıxan
kimi qapının ardında –
axmaq Kənan balaca uşaqlar
kimi özünü itirirsən. Nə olub
sənə? Nərgiz sən mənə
nenyirsən malenkaya
kaldunya (balaca cadugər)
Nərgiz isə içəridə rəng verib
rəng aldı. O artıq anlayırdı ki,
Kənanın bu jestləri nə
deməkdir. Istər istəməz
birinci sıxıldı. Düşündü ki, ən
yaxşısı onu özündən uzaq
tutsun. Nə özü bir də yanar
nə də şirkətdə müdirin oğlu
ilə adı hallanar. Məyus halda
yerinə keçib. Şirniyyat
qutusunu açdı. Fikirli halda
ağzına aparıb dişləməyə
başladı. Hiss etdi ki, boğazı
yanır.
[cavab]
Ayan01
23 May 2014 / 20:06
. Birdən ayılıb
neynədiyini fərqinə vardı cəld
dəhlizə qaçanda Yusiflə
toqquşdu. Yusif onun
qızardığını görüb
- Nə olub sənə? Deyə
qolundan tutdu. O isə əlini
çəkib ayaqyoluna tərəf qaçdı.
Nərgizin gözündə yaş
axdığından elə başa düşdü
ki, o ağlayır. Halbuki
ağlamırdı sadəcə boğazı
yandığından gözləri
sulanmışdı. Ayaqyolunu
qarşısında o tərəf bu tərəfə
gedərkən Salma gəldi.
- Yusif bəy siz burda
neynirisiniz?
- Nərgizi gözləyirəm. Niyəsə
ağlayırdı. Yəqin yenə nişanlısı
onu incidib. Bu axmaqda nə
görüb axı bu qız.
- Demək nişanlı məsələsini siz
də bilirsiniz
- Hə Kənan dedi. O qız bu
xəstəni necə sevə bilər axı.
Adam sevdiyinə bu qədər
əzab verər?
- Nə əzabı?
- Qısqanc olmasını deyirəm
də. Yanında olan oğlanları
döyməyini. Eşitməmisiniz
- Başa düşmədim. Kimisə
döyüb.
- Hə şirkətdə bir neçə nəfəri
ölümünə döyüb.
- Onu kim deyib?
- Kənan.
- Nərgiz nişanlısından
çoxdan ayrılıb. Nişanlısının
da bu şirkətdə kimisə
döyüdyün xəbərini sizdən
eşidirəm. Burda hamı sağ
salamatdır. Kimdir bu qıza
dönüb baxan ki o oğlan da
onu döysün.
- Necə yəni ayrılıb?
- Hə də ayrılıb.
- Bəs Kənan mənə dedi ki....
anladım. Çox sağolun Salma
xanım.
- Nəyə görə? Salmanın sualını
cavablandırmaq istəyərkən
Nərgizin çıxdığını görən
Yusif daha da ürəkli şəkildə\
onun yanına gələrək
nəvazişlə onun qolundan
tutub – Nərgiz nə olub sənə?
Kim ağladıb? Nərgiz onun bu
hərəkətini görüb qolunu cəld
çəkdi.
- Nə ağlamaq? Mən
ağlamıram
- Axı göz yaşlarıyla bura
qaçdın.
- Yox narahat olmayın sadəcə
gözüm sulanmışdı
- Nərgiz mənə yalan
danışmağına gərək yoxdur.
Mən sənin dostunam
- Nə?
- Hə. Biz yaxşı dost ola bilərik.
Pis başa düşmə. Niyyətim
sadəcə dost olmaqdır.
- Təşəkkür edirəm, amma
mənim dosta ehttiyacım
yoxdur deyib qaşlarını
çataraq otağına tərəf gəldi.
Yusif isə artıq başa
düşümüşdü ki, Kənan ona
yalan danışıb. Salma da bu
xəbəri lazımi orqana
çatdırmaq üçün Kənan bəyin
otağının qarşısına gələrək
əlinə aldığı ilk kağızla onun
otağına keçdi.
- Kənan bəy, Nərgiz xanımı
başı qarışıq olduğundan
sənədləri sizə mən gətirəsi
oldum. Yusif bəylə söhbət
edirdilər. Amma bir birlərinə
çox yaraşırdılar həqiqətən.
Bilniri ki, yusif bəy ona qarşı
boş deyil. Elə Nərgiz də elə
görünürdü.. oyy deyəsən çox
danışdım...siz sənədləri....aaa
buna baxee sənədləri səhv
götürmüşəm. Indi gətirərəm
deyib otaqdan çıxdı.
Salmanın dəxilsiz otağa girib
dəxilsiz danışmasına da
təəccüblə baxan Kənan
yadında sadəcə Yusif və
Nərgiz sözünü saxlaya bildi.
Çünki gerisi ona maraqlı
deyildi. Cəld otağından çıxıb
nərgizi gördü. Əsəbi olduğu
bilinirdi. Düşündü ki, yusif
yəqin ona hər şeyi deyib.
Nərgiz eyni əsəblə Kənan
yaxınlaşanda Kənan onun
ağzını açmağa imkan
verməyərək – Səni
qısqandığımdan belə elədim.
Dedi. Nərgiz isə yerində
donub qaldı. Arxaya çönüb
heç kimi görmədiyindən
dönüb bir də təəcüblə
Kənana baxaraq – Nə? Kimi?
Deyə bildi Kənan sözünə
davam eləmək istəyirdi ki,
Yusifi gördüyü üçün susdu. –
Kənan bəy biz danışa bilərik?
Nərgizin yusifin səsini eşidən
kimi cəld dönmədən otağına
keçdi.
- Kənan niyə mənə yalan
dedin?
- Nə barədə?
- Nərgizin nişanlısı barədə
- Yusif o qızdan uzaq dayan.
- Niyə?
- Çünki.. çünki.. uzaq dayan
vəssalam.
- Məncə sən bu dəfə
uduzacaqsan.
- Anlamadım.
- Deyirəm oyunu bu dəfə
uduzacaqsan. Kənara
çəkilməyəcəyəm. Nərgiz kimi
seçsə o oyunu udacaq..
Kənan Yusifin bu sözünə
ayağa qalxıb onun
yaxasından tutaraq – Nə
cürətlə? Sən kimsən ki,
oynadığın oyuna onu da
qatırsan? O sənin üçün
oyuncaq deyil eştidin. Özü də
nərgiz yox Nərgiz xanım. Indi
get işinin başına.deyərək
yaxasını buraxdı. Yusif heç
nə demədən otağından
çıxanda – görərik kimi
seçəcək deyərək qapını
örtdü. Kənan əsəbindən
partlasa da həm də qorxdu.
Ona görə ki, əgər Yusif
Kənanın dediklərini Nərgisə
desə Nərgiz onu bir dəfəlik
siləcəkdi. Düşündü ki, ona
hər şeyi özü etriaf etməlidir.
Özü də bu gün. Cəld gedib
nərgizin otağının qapısını
döyüb içəri keçdi.
[cavab]
Ayan01
23 May 2014 / 20:11
- Nərgiz, bu gün axşam
ortaqlarla iş yeməyimiz var.
Sən də iştirak etməlisən.
Vacibdir. Axşama hazır ol
gəlib götürəcəyəm. Nərgizin
ağzını açmağına imkan
verməmiş qapını bağlayıb. –
bu dəfə də yalan dedim,
amma gəlməyəcəkdin başqa
çarəm yox idi deyərək öz
otağına keçdi. Axşam hər şey
ideal olmalı idi deyə telefonu
əlinə alıb tapşırıqlarını
verməyə başladı. Nərgiz isə
şok vəziyyətdə heç nə
anlamamış – niyə burda
normal adamlar çalışmır ki,
nolar birini ağlı başında
olsun da. Salma Kənanın
nərgizi yeməyə aparmasını
eşitdiyindən bildi ki, heç bir
iş yeməyi yoxdur. Olsaydı hər
kəsdən əvvəl onun xəbəri
olardı. Mane olmaq üçün
Nərgizə Kənanın ylan dediyin
demək istəsə də özünü bu
işdə günhazı çıxartmalıdır
deyə cəld Yusifin yanına
gedərək olanları çatdırdı.
Yusif isə - bu axşam
yeməyində tək olmayacaqlar
Salma buna imkan vermərəm
deyə Salmaya göz vurdu.
Nərgiz evdə hazırlanıb
kənanın gəlməsini gözləyirdi.
Hansı sənədləri götümrək
lazımdır deyə soruşduğunda
kənan hər şeyi özüm
götürəcəyəm orada
baxarsınız deyə Nərgizi
inandırmışdı. Kənan gəldiyini
xəbər verəndə isə Nərgiz
aşağı düşüb maşına əyləşdi.
Çox gözəl görünürdü. Sadə
idi, amma özünün gözəlliyi
bu sadəliklə tamamlanırdı.
- Kənan yol boyu kompliment
deək istəsə də nərgizin
hirsləndirməmək üçün
susurdu. Nərgiz isə öz özünə
- buna baxe.. bir xoş söz
demədi. Adam bir deyər
gözəl görünürsən nə bilim
paltar rəng yaraşıb. Ehh..
Mənə nə vaxt ağıllısı rast
gəlib ki. Deyə ürəyində öz
özünə danışmağa başladı.
Onu bu danışığını Kənanın
sözü kəsdi. – nə deyime.
- Nə?
- Nə nə?
- Dedin nə deyime.
Soruşuram ki, nə yəni
- Mən onu səsli dedim.
Deyərək kənan ald dodağını
dişlədi. Aydın olmuşdu ki,
beynindəki düşüncəsini dilə
gətirmişdi.
Nərgiz onun bu halına
gülümsəyərək. – sən
yaxşısan? Dedi. Nəsə sözlü
adama oxşayırsan.
- Çataq danışarıq. Nərgiz arxa
oturacaqda əyləşmişdi.
Qabağa gəlib ön oturacağa
boylananda saşları Kənanın
çiyninə töküldü. Ətrindən lap
özünü itirən kənan
istəmədən anidən əyləcə
basdı. Nərgiz daha da
qabağa gələrək yerindən
durası oldu.
- Neynirsən sən? Noldu?
- Sən neynirsən. Niyə qabağa
gəlirsən ki? Adam bu qədər
ətir vurar.
- Pah minnətin olsun ki, bu
ətiri vurub sənin maşınına
minmişəm
- Heç dəxli var. Nə axtarırsan.
- Sənədləri. Dedin hamısı
götürəcəyəm. Mən də
boylandım ki, ordadır yoxsa
yox. Yoxsa gözüm atmır sənə
yaxınlşamaqdan ötrü.
- Of Nərgiz of... şirini elə də
bu dilini nolar
- Sənə qalmayıb
- Mən sənin müdirinəm. Nə
desəm o dur.
- O işdədir. Indi biz yoldayıq.
Istədimiyi deyə bilərəm.
Deyinə deyinə restoranın
qarşısına gəldilər. Kənan ilk
əvvəl restoranı bağlatdırmaq
istəsə də Nərgizdə şübhə
yaradar deyə eləmədi. Hər
ikisi masa arxasına
əyləşəndə. – nldu müdir bəy,
hansı qonaqlarınız? Deyərək
iynəli şəkildə Kənana baxdı.
- bir azdan gələrlər. Biz
yeməyimizi sifariş verək.
Menuya nəzər saldı. Nərgiz
də Menunu əlinə alıb
menyuya baxırmış kimi elədi
amma göz altı kənanı
izləyirdi. Çox təlaşlı və
həyəcanlı idi. Bir az da
gülümsəyib menyunu
qaldırdı ki kənan görməsin.
Sifarişlərini verib gözləməyə
başladılar. Kənanın nəsə
demək istəyirdi həmin anda
vaz keçirdi.
- Kənan nə olub sənə?
- Mən.. mən...Nərgiz sənə bir
şey etriaf etməliyəm. Daha
doğrusu iki şey. Bilmirəm
necə başlayım.
- Aha eşidirəm. Ikisini de de
gəlsin.
- Asan deyil....şey mən...
- Axşamınız xeyir...bu səs
onların hər ikisinin diqqətini
özünə çəkdi. Bu Yusif idi.
- Yusif!! Səni burda nə işin
var deyərək kənan ayağa
qalxdı.
- Yemək yeyirdim sizi
gördüm. Dedim bir
salamlaşım. Nərgiz, nişanlın
nə əcəb icazə verib burda
olmağına.
- Nə? Nə nişanlısı.
- Aa gizlətmə. Bilirəm ki,səni
dəhşətli dərəcədə qısqanan,
elə sənin də dəhşətli
dərəcədə sevdiyin bir
nişanlın var. O dərəcədə
qısqanır ki, yanında kimi
görsə həmin anda o adamı
xəstəxanalıq edir. Nərgiz
təəcüblü halda bir Yusifə bir
kənana baxıb dururdu.
Kənan isə yumuruğunu
sıxaraq başı aşağı halfda
əyləşmişdi. ardi var
[cavab]
Ayan01
23 May 2014 / 20:15
Təsadüf yoxsa alın
yazısı (Bölüm 18)
[cavab]
Ayan01
23 May 2014 / 20:18
Gərgin ortamda bir əksik
olan ofisiant idi o da gəlmiş
oldu.
- Sifarişləriniz. Deyib
yeməkləri masanın üzərinə
qoydu. Nərgiz ofisiant
uzaqlaşan kimi – biri mənə
izah edəcək ki, burda nə baş
verir. Deyə sərt şəkildə
dilləndi. Yusif stul çəkib
nərgizə yaxın əyləşərək hər
şeyi başdan danışmağa
başladı. O danışdıqca Kənan
qaşlarını çatır baxışını
qaldırmadan ağır ağır nəfəs
alırdı. Onu bu saat
düşündürən Nərgizin
gözündə yalançı vəziyyətdə
düşməsi idi. Nərgiz isə Yusif
danışdıqca Kənanı izləyir
dodaqlarını dişləyirdi. Cəld
ayağa qaqlxaraq – gecəniz
xeyrə qalsın bəylər deyib
getdi. Onun bu sakit tonu
Kənanı lap pis elədi. Anladı ki,
nərgiz artıq onu
bağışlamayacaq. Qızın adına
yalandan söz çıxarmaq onun
edə biləcəyi ən böyük səhv
idi. Masanın arxasından
tərpənmək istəsə də Yusif
artıq çoxdan Nərgizin
arxasınca getmişdi.
- Nərgiz, Nərgiz gözlə..
- Nə var?
- Yəni bütün bunlar yalandır?
- Yusif bəy məni axmaq
sayırsınız?
- Niyəki?
- Nə isə.. sağolun
- Nərgiz icazə ver mən
aparım
- Icazə vermirəm.
- Nərgiz mənim günahım
nədir? Yalanı deyən Kənandır.
- Sən necə dostsan? Dostunu
satmısan hələ bir gəlib yenə
də onun arxası ilə danışmağa
davam edirsən.
- Nə dəxli?
- Çox dəxli. Mən satqınlarla
heç salamlaşıb sağollaşmıram
da. Elə ona görə
sağollaşmadan da gedirəm.
Yusif onun qolundan tutub. –
bəsdir özünü naza qoydun.
- Əlini çək ondan. Kənan
qəzəblə gəlib yusifin
yaxasından yapışdı. – bir də
ona toxunsan məndən
incimə. Bu səhnə Nərgizə
tanış gəlirdi. Artıq ikinci
dəfədir ki, Kənan eyni
qəzəblə kiməsə nərgizə
toxunduğuna görə əl
qaldırırdı. Və yenə də bu
səhnəni izləməyə davam
etməyəcəkdi. Oradan
uaqlaşaraq Ülviyyəgilə gəldi.
Ülviyyə hər zamanki kimi
düşüncəli şəkildə otağında
oturmuşdu. Nərgiz Gülnazla
salamlaşıb içəri keçmək
istədi. Gülnaz onu saxlayıb –
ona başa sal ki, nə vaxta
qədər belə davam edəcək.
Artıq buna öyrəşsin.
- Nəyə Gülnaz xala. Elə
bilirsən şəhriyar onu atacaq,
heç Ülviyyə də ondan vaz
keçən deyil.
- Xəyal qurmasın boşuna
nərgiz. Olmaz. Olacaq iş deyil.
- Axı niyə sizin cavanlıqdakı
həyatınızın bədəlini niyə o
ödəməlidir.
- Nə bədəli? Ülviyyənin bu
səsi hər ikisini diksindirdi.
- Ülviyyə, qızım..
- Nə bədəli deyə soruşdum.
Məncə vaxtı çoxdan keçib
artıq mənə danışın nə baş
verib. Gülnaz Nərgizə qorxu
dolu gözlərlə baxaraq sanki
yalvarırdı ki, onu xilas etsin.
Nərgiz gözləri ilə
təsdiqləyirmiş kimi Gülnaza
işarə edərək. – Ülviyyəm gəl
çıxaq bir az hava alaq deyə
dilləndi.
- Heç bir yerə getməyəcəyəm.
Ana.. eşidirəm.
- Mən..mən.. Nərgiz sənə hər
şeyi danışar deyib otaqdan
çıxdı. Nərgiz – ayda yenə ən
çətin iş mənim üstümdı qaldı
deyə mızıldandı. Bir saat
sonra ülviyyə dizlərini
qoynuna yığmış halda
susaraq gözünü bir nöqtəyə
zilləmişdi. Nərgiz isə yatağın
kənarında oturub əlinə aldığı
sap qırığını gah bükür gah
düyünləyir gah açırdı. Heç
özü də fərqində deyildi
elədiyinin. Sonra dərindən
nəfəs alaraq – ona da
çətindir Ülviyyə- deyə dilləndi.
Ülviyyə isə hələ də susurdu.
Bu anda çalan telefonların
səsi səssizliyi pozdu. Şəhriyar
Ülviyyəyə Kənan isə nərgizə
yığırdı. Ülviyyə könülsüz
halda telfonu əlinə alıb
kənara atdı. Danışmaq
istəmirdi Şəhriyarla. Nərgiz
də telefonunn ekranına
baxıb qaşlarını çataraq –
öküz deyib telefonu kənara
atdı. Kənanla şəhriyar isə
həyətdə dayanmışdılar.
Kənan Nərgizi izləmiş onun
bura gəldiyindən xəbərdar
idi. Şəhriyar isə Ülviyyəni
görməyə gəlmişdi. Aşağıda
söhbət edərkən kənan
olanları Şəhriyara danışdı.
Şəhriyar qaşlarını qaldıraraq
– işin çətindir dedi. Nərgizi az
çox tanıyıramsa bunu sənə
asan bağışlamayacaq.
- Elə demə. Onsuzda
çarəsizəm. Bir ümid yeri
axtarıram.
- Ümid yeri var.
[cavab]
Ayan01
23 May 2014 / 20:20
- Nə?
- Nərgizin ağzını əlini qolunu
bağlayıb zorla sənə qulaq
asması üçün bağlı saxlamaq.
- Hə ondan sonra
ümumiyyətlə üzümə
baxmasın.
- Başqa yol görmürəm. O qız
səni dinləməz.
Bir az söhbətləşdikdən sonra
hər ikisi zəng vursada nə
Ülviyyə açmışdı telfonu nə
Nərgiz. Düşündülər ki, yəqin
başları qarışıb deyə
telefonların səsini eşitmirlər.
Amma əslində qızlar
danışmaq istəmirdi.
- Sən neynəməyi düşünürsən
Şəhriyar.
- Bilmirəm Kənan bilmirəm.
Elə mən də çarəsizəm. Aşağı
tüpürsən saqqal yuxarı
tüpürsən bığ.
- Konkret məsələ nədir ki?
- Uzun söhbətdir. Boş ver.
Amma çarəsini tapacağam əl
çəkən deyiləm. Lazım olsa
anası ilə danışacağam. O da
olmasa Ülviyyəni də götürüb
buralardan gedərəm.
- Ülviyyə ailəsini tapdalayar
səncə
- O da mənim kimi hər şeyi
gözə alsa hə.
- Elə sənin də işin çətindir.
Iki oğlan aşağıda söhbət
edərkən qızlar yuxarıda
qucaqlaşıb uzanmışdılar.
Ülviyyənin ağladığını görən
nərgiz
- Ülü..nə oldu? Nə
düşünürsən?
- Mən.. mən.. Nərgiz deyəsən
bu macəra burda da bitəsi
olacaq.
- Dəlisən sən? O nə deməkdir.
- Nərgiz bir az real olaq. Biz
ailə qurduq. Sonra? Onlar
bizə gəlib getməyəcəklər.
Necə bir birilərini üzünə
baxacaqlar. Atam necə həzm
edər bunu. Həyat yoldaşının
keçmiş sev....tövbə tövbə..
dilim dönmür deyəm.
- Elə bu? Bununla da
sevgindən vaz
keçəcəksən....ülü... ağlama..
qurban olmu elə ağlama..
Ülviyyə hönkürtü ilə
ağlamağa başlamışdı.
Telefona gələn smsm i açıb
oxuduqdan sonra daha da
bərk ağladı. Bu Şəhriyardan
idi "Nə olur olsun mənimsən
mənim olacaqsan. Bir ömür
boyu.” Nərgiz onun saçlarını
sığal çəkərək – shhhh... sakit
sakit.. ağlama.. Şəhriyar
yoluna qoyacaq hər şeyi
- Yox.. Nərgiz yox.. heç nə də
yoluna girməyəcək.
Mümkünsüz eşqin arxasınca
düşə bilmərəm mən...
- Əl çəkə bilmərsən. Bəs
Şəhriyar. Elə bilirsən o icazə
verəcək ondan ayrılmağına.
- Bilmirəm Nərgiz bilmirəm.
Ülviyyə göz yaşları içində
yuxuya getmişdi. Nərgiz isə
ayağa qalxıb pəncərəni
bağlamaq istədi. Kənanın
maşının aşağıda görüb – bu
burda neyniyir bu vaxtı deyə
öz özünə danışdı. – yox yəqin
səhv gördüm. Bu maşından
bəyəm təkcə kənanda var
bəyəm. Pərdəni çəkmək
istəyirdi ki, maşının qapısının
açıldığını gördü. Kənan çölə
çıxıb maşına söykəndi
siqaret çəkdiyi közün
qpızarmağından bəlli idi.
Nərgiz pərdəni bağlayıb
otaqda o yana bu yana
gedərək nə edəcəyini
düşündü. Cəld otaqdan çıxıb
aşağı düşdü. Gəlib kənanın
qarşısında dayandan Kənan
anidən onu görüncə siqareti
necə içinə çəkdisə
öskürməyə başladı.
- Nərgiz!
- Niyə gəlmisən?
- Danışmalıyıq.
- Nə barədə? Yalan
danışmağın barədə?
- Xahiş edirəm qulaq as
- Dinləməli bir şey yoxdur.
Sənin haqqın yox idi buna.
Həm sən nə zənn edirsən
özünü
- Nərgiz
- Nə Nərgiz! Nə!
- Səsini qaldırma!
- Əcəb edirəm.
- Deməli belə.. yaxşı.. Kənan
Nərgizi qucağına alıb zorla
maşına saldı. Səninlə ancaq
sənin dilidə danışası olacam
deyəsən. Adam kimi izah
edəcəkdim istəmədin
- Burax məni! Səni şikayət
edəcəyəm. Adam qaçırtmaq
üstündə iş verəcəklər sənə
burax..
[cavab]
Ayan01
23 May 2014 / 20:23
Dur çabalama.. işini daha da
zorlaşdırırsan belə. Sadəcə
danışacağıq.
- Mən danışmaq istəmirəm
burax, alçaq burax. Nə
cürətlə...Kənan isə çoxdan
qapını bağlamış sükan
arxasına keçdi. Yol boyu
Nərgiz maşında əlinə nə
keçirdisə ona atırdı. Kənanın
maşını sürətlə sürməyini
gördükcə o daha da
qəzəblənir əlinin altında heç
nəyin olmadığını görən kimi
ayaqqabısını çıxarıb ona atdı.
- Ay başım. Neynirsən sən?
Qəza keçirdək ikimizdə?
- Saxla maşını yoxsa ...
- Yoxsa nə? Indi hədə qorxu
gəlirsən. Maşının anidən
basılan əyləci ilə Nərgiz
özünə gəlməmiş Kənan
sükan araxasından düşüb
arxa oturacağa gəldi. Qapıları
kilidləyib Nərgizin əl qolunu
tutmağa çalışdı. Nərgiz isə
ayaqqabısını digər tayı ilə
onu başından vurdu. Kənanın
qaşını yarmışdı. Kənan heç
nə demədən əlini qaşına atdı.
Çəkəndə qan olduğunu
görüb dillənmədən Nərgizə
baxdı. – qaşımı da yardın.
Indi heç olmasa
dinləyəcəksən?
Nərgiz belə olmasını
istəmirdi. Balaca uşaqlar kimi
dodağını büzüb – mən ..
mən.. bağışla.. belə eləmək
istəmirdim. Ehmalca əlini
atpıb onun qaşının qanını
təmizləyərək doluxsundu.
Kənan onun əlini tutub qanı
gördü – Əlini qanıma buladın
da axır deyərək gülümsündü.
Nərgizdə göz yaşı ilə
gülümsünərək – bir də
bağışla. Gedək xəstəxanaya
deyəsən tikiş atası olacaqlar.
- O nə ayaqqabısıdır elə bu
günə qoydun məni.
- Kənan
- Ay can... Kənanın sakit tonu
Nərgizi lap həyəcanlandırdı.
Ona nə olur deyə özü də
anlamadı.
- Xəstəxanaya gedək. Qatilin
olmaq istəmirəm.
- Balaca qaşla ölmürlər,
amma elə istəyirsənsə baş
üstə.. Kənan yenidən sükan
araxasına keçib xəstəxanaya
sürdü. Içəri giəndə növbətçi
həkim - bu qızı iki dəfə
xəstəxanaya salanda
bilmirdin axırı buralıq
olacaqsan deyə gülümsündü.
Bu təsadüfdən həmin həkim
idi. Nərgizin iki dəfə
xəstəxanada olarkən onu
müalicə edən.hər ikisi
həkimə necə qəzəblə
baxdılarsa həkim – başa
düşdüm bu dəfə də uğurlu
zarafat olmadı deyib getdi.
Kənanın qaşını təmizləyib
yara bandı vurdular. Tikiş
qoymağa ehtiyac yox idi.
Kənan isə bir az Nərgizi
qorxutmaq üçün o içəri
keçən kimi, sayəndə 5 tikiş
qoydular.
- Nə!? Nə 5. Yalandan tikiblər.
Ola bilməz.
- Niyə olmur ayaqqabının
dabanına bax 20 sm.
- Yox da.. o qədər deyil..
Nərgizin ayaqqabısını əlinə
alıb ölçməyə çalışması Kənanı
bərk güldürdü. Onun qəh
qəhə atdığını görən Nərgiz
qəzəblə dilləndi. – yalan
danışmağa öyrəşmisən
deyəsən.
Kənanı gülüşü o saatca kəsdi.
- Nə isə əhvalından görünür
ki,yaxşısan mən gedim
- Hara?
- Hara olacaq evə.
- Tək olmaz.
- Deyəsən unutdun ki, qaşını
yaran mənəm.
- Olsun yenə də olmaz.
Buraxa bilmərəm. Həm biz
danışmalıydıq. Sən məni
dinləməlisən.
- Hər şey aydındır. Sən də
digərləri kimi ancaq yalan
danışırsan.
- Yox səhvin var. Mən sənə
yalan danışmamışam. Yaşlı
tibb bacısının otağa daxil
olması ilə Nərgiz çıxacaqdı ki
Kənan onun qolundan tutub
özünə tərəf çəkdi. Nərgiz boş
dayandığından yataqda
oturan Kənanın qucağına
yıxıldı. Tibb bacısı isə rus
dilində - mən də cavan
olsaydım bu oğlanın
qucağına atardım özümü
deyib qəh qəhə çəkərək
otaqdan çıxdı. Nərgiz
Kənanın qadının sözünə
güldüyünü görüb ayağa
qalxaraq ürəyindəndir
deyəsən. Istəyirsən çağırım.
[cavab]
Ayan01
23 May 2014 / 20:25
- Aha...qısqanclıq..
- Yox əşi.. o yaşlı qadına
qısqanacam.. bir bu qalmışdı.
- Yəni cavan olsaydı
qısqanardın? Nərgiz bu sözə
tutuldu. Özünü toparlamaq
istəsə də dili topuq vura vura
– yox. Yəni..ona görə
demədim.. yaşlı olsa da yəni
cavan.. eeee mən səni niyə
qısqanım. Allah vurmuşdu
elə.
Onun bu halına gülən Kənan
yenə onu özünə tərəf
çəkərək – Allahı bilmirəm,
amma sən vurdun özü də elə
yerdən ki, bir də sağalmaz.
- Şişirtmə bir balaca yaradır.
3 günə keçər.
- Ay dəli mən onu demirəm.
- Bəs nəyi deyirsən?
Kənan Nərgizin əlini götürüb
ürəyinin üstünə qoyaraq –
bax burdan yaralamısan deyə
dilləndi. Nərgiz utanaraq əlini
çəkdi və söhbəti dəyişmək
istədi. – niyə yusifə elə
demişdin. Bu sualnan
mövzunu dəyişəcək deyə
ümidlənmişdi ki, Kənanın
cavabı onu lap duruxdurdu.
- Çünki istəmədim ki, yusif ya
da qeyrisi sənə yaxınlaşsın.
Qısqandım. Yusifin niyyəti
sənin könlünü almaq idi.
Mənsə səni dəli kimi
qısqandım.
- Niyə ?
- Niyə? Yaxşı sualdır. Bu
ortamda bu vəziyyətdə
demək istəməzdim, amma
madəm ki, anlamadın
niyəsini deyim .. Çünki mən
səni..
- Mən gəldim.. bu uğursuz
zarafatları ilə Kənan və
Nərgizin həkimi idi. Hər
ikisinin üzündən vaxtız
gəldiyini anlamışdı.
Ülviyyə ayılanda Nərgizin
yanında olmadığını görüncə -
Nərgiz Nərgiz deyə
səslənməyə başladı.
Telefonun işığı yanırdı. Əlini
telefonuna atanda
Şəhriyardan gələn smsm və
zənglərlə yenidən ağlamağa
başladı. Şəhriyar onun
telefonu açmadığına narahat
olmuşdu. Ülviyyə ağlayaraq
telefonu açdı. – Eşidirəm.
- Ülviyyə.. offf niyə açmırsan
bu telefonu. Dəli oldum
burada.
- Şəhriyar mən hər şeyi
öyrəndim.
- ....Ülviyyəm
- Şəhriyar səni sevirəm bunu
unutma. Amma
- Amması yoxdur Ülviyyə, bu
işi yoluna qoyacam dedim axı
sənə.
- Yox. Şəhriyar bağışla...hər
şey bitdi...
Ardı var
[cavab]
Ayan01
23 May 2014 / 20:46
Təsadüf yoxsa alın
yazısı (Bölüm 19)
[cavab]
Ayan01
23 May 2014 / 20:47
- Ülviyyə aç qapını! Ülviyyə!
Danışmamış gedən deyiləm
onsuzda. Aç dedim! Ülviyyə!
Şəhriyar Ülviyyənin telefonu
bağlaması ilə yuxarı qalxıb
qapını çırpmağa başladı.
Ülviyyə qulaqlarını tutaraq
ağlayırdı. – bitdi. Bitdi
Şəhriyar.. hər şey bitdi.. deyə
pıçıldayırdı. Səsə ayılan
qonşular evdəkilər qapıya
tərəf gəldilər. Kamal bəy
qapını açan kimi Şəhriyar
özünü içəri salmaq istədi.
Kamal bəy əli ilə onun
qolundan tutub. – bu nə
tərbiyəsizlik? Gecəni bu vaxtı
alacaqlı kimi qapını
sındıdırsan.. cammat var var
bu binada.
- Ülviyyə ilə danışmalıyam
- Səhər danışarsa deyə
- Onunla danışmamış heç bir
yerə gedən deyiləm. Ülviyyə!
- Oğlum hörmətin olsun.
Qarşında atan yaşında kişi
dayanıb.
- Kamal bəy, bağışlayın,
istəyirsiniz lap məni vurun
söyün, təhqir edin. Gedən
deyiləm.
Gülnaz Şəhriyarın bu qəzəbli
hlını görüb bir az çəkindidə.
– Səninlə danışmaq istəmirsə
istəmir. Tərslik eləmə. Get
evinə.
- Gülnaz xanım Ülviyyəni
çağırın. Ülviyyə bilirəm ki,
eşidirsən. Ülviyyə
danışmalıyıq. Ülviyyənin
qapısı açıldı. Başı aşağı
şəkildə sakitcə qapının
yanında dayandı, yanaqlarını
islaq, burnu qıpqırmızı idi.
Kirpikləri asta asta qalxıb
enirdi. Ayaqda dayanmağa
halı yox idi. Qapıda güclə
tutub dayanmışdı. Gülnaz
qızının bu halını görüb əlini
ağzına qoyub ağlamağa
başladı. Kamal bəy qızını
yanına gələrək –Ülviyyə
yaxşısan qızım? Deyərək əlini
onun çiyninə qoydu. Ülviyyə
başını astaca təsdiq
mənasında yelləyərək, başını
qaldırmadan – Danışmağa
sözümüz yoxdur Şəhriyar.
Get.. telefonda hər şeyi
dedim. Deyərək aramla
danışmağa başladı.
- Yox hər şeyi danışmadıq.
Sən belə tez əl çəkirsənsə
mən necə mübarizə
aparacağam deyə bilərsən
mənə? Sevgin bura qədərmiş.
Ülviyyə əllərini sıxaraq –
Şəhriyar get deyərək
özündən asılı olmadan
dayandığı yerdə yerə
çökəcəkdi. Atası onun tutdu.
Şəhriyarda yaxınlaşmaq
istəyəndə Gülnaz onu tutub –
Get, danışmaq istəmir.
Onsuzda halı pisdir. Sən də
onu lap incidirsən
- Onu mən incitmirəm. Onu
siz incidirsiniz. Siz hamınız.
Amma bu məslə burda
bağlanmayacaq. Biləsiniz.
Deyib qapıdan çıxdı. Atası
Ülviyyəni otağına gətirəndə
Gülnaz içəri girib ona çıxması
üçün başı ilə yavaşca işarə
elədi. Kamal bəy otaqdan
çıxdıqdan sonra Gülnaz
Ülviyyəni yerinə uzandırıb
üstünü örtdü.
- Mənim ağıllı qızım anasının
əlini saçından itələyən Ülviyyə
- Arzuna çatdın. Onunla
münasibətimi kəsdim. Artıq
Şəhriyar deyə birisi
həyatımda yoxdur. Amma bil
ki, Ülviyyə də artıq yoxdur.
- O nə sözdür qızım. Mən
sadəcə sənin xoşbəxt
olmağını istəyirdim.
- Bil ki, Şəhriyardan əl
çəkməyimin səbəbi atamdır.
Tək qalmaq istəyiəm get.
Gülnaz ağlayaraq otaqdan
çıxdı. Qapının arxasında
dayanıb – Mənim nə
günhaım var bəs qızım?
Mənim nə günahım var.
Deyərək dizi üstüə çöküb
daha da bərk ağlamağa
başladı. Kamal bəy onun
qolundan tubu yavaşca
qaldırdı. Gülnaz nəmli
gözlərlə ona baxdı.
Baxışlarındakı sevgi istilik
yox idi. Yeini buz kəsmiş qara
gözlər gördü. Bu onu daha
da incitdi.
- Kamal.
- Gəl gedək uzan, sən də
dincəl sabah danışarıq
onunla. Lazım gələr bir
müddətlik qardaşımgilə
göndərərik. Bakıdan
uzaqlaşsa yaxşıdır onun
üçün.
- Kamal bəlkə danışaq. Kamal
bəy buz baxışlarla Gülnaza
baxıb dodağını qaçırtdı. Bu
acı gülümsəmə ilə də - Gülnaz
biz danışmaq üçün 20 ildən
çoxdur gecikmişik. Get yat
deyib özü eyvana çıxdı.
Gülnaz isə yerində donub
qalmış, qarşısındakı insanı
tanımaqd çətinlik çəkirdi. O
isti sevgi dolu baxan adamın
yerinə kim idi gələn deyə
düşünürdü. Bu onu çox
incitdi. Çünki düşünürdü ki,
Kamalın gözlərindəki sevgi
heç vaxt itməz. Amma
deyəsən Kamalı da itirirdi.
[cavab]
Bölmeye qayıt