Təsadüf yoxsa Alın yazısı (1-cibölüm)
wfarm_tk**
23 May 2014 / 19:10
wfarm.tk girin oynuyun gozel oyundu
[cavab]
wfarm_tk**
23 May 2014 / 19:10
wfarm.tk oynuyun ela oyundu
[cavab]
Ayan01
23 May 2014 / 19:31
- Oğlum gedirik. Aşağıda səni
gözləyəcəyik. Deyib Səlim bəy
Şahnaza başı ilə getmək
işarəsini verdi. Şahnaz
Gülnazın yanından keçərkən
bir anlıq ayaq saxladı başını
qaldırmaq istəyirdi ki,
yenidən yoluna davam etdi.
Şəhriyar isə dəli kimi otaqda
ora bura gedir Ülviyyənin
atasına yaxınlaşıb – elçiliyi
özüm edəcəyəm. Madəm ki,
bu gün də atam anam
yanımda deyil özüm
edəcəyəm.
- Oğlum getsən yaxşıdır.
- Amma
- Dedim axı bizim sizə
verəcək qızımız yoxdur.
Gülnazın bu sərt sözünə
Ülviyyə dözə bilməyib –Ana!
Deyə səsini qaldırdı.
Nərgiz onu sakitləşdirməyə
çalışsa da Ülviyyə halsız oldu
bir anlıq və huşunu itirdi.
Şəhriyar cəld onu tutaraq
divana apardı. Hər kəs onun
başına yığışıb ayılmağı üçün
əlini ovuşdurub adını
çəkərkən Gülnaz göz altı
Şəhriyara baxdı. Gözündən
düşən bir damla uzun
zamandır saxladığı
xatirələrini canlandırdı. Yenə
də ağır olsa da Şəhriyara
dönməyərk – oğlum xahiş
edirəm get dedi.
- Yalvarıram get deyə
pıçıldadı. Şəhriyar isə - ayılsın
gedərəm deyə yalvarış dolu
baxışlarla Gülnaza baxdı.
Gülnaz təəcüblə ona baxıb
başını təsdiqləmiş kimi
yellədi.
Ülviyyə özünə gəldiyində isə
hönkürtü ilə ağlamağa
başladı. Nərgiz onu otağa
aparanda Şəhriyar – Ülviyyəm
ağlama, hər şeyi yoluna
qoyacağam söz verirəm
deyib Kamal və Gülnaza baxıb
çıxdı evdən. Kamal bəy
Gülnaza yaxınlaşıb –
düşünmürsən ki, hər şeyi
danışmaq vaxtı çoxdan gəlib
- Gəlib? Mən deyərdim
çoxdan keçib Kamal bəy, həm
də lap çoxdan. Nəyi danışım.
Hər şeyi bildiyimi zənn
edirdim bu gün isə görürəm
ki, mən də heç nəyi
bilmirmişəm.
- Nə?
- Kamal bəy, sonra danşarıq.
Bu gün lazımından çox əsəb
keçirtdik.
- Sən onu hələ də unuda
bilməmisən? Kamal bəyin bu
sözünü həm gözləməyən
həm də illərdir gözləyən
Gülnaz dönüb ona sadəcə
gülümsəyərək – Mən mənə
edilən haqsızlığı vəcanı
bahasına verilən ama
gerçəkləşdirilməyən vədləri
unuda bilmirəm. Kamal heç
nə demədən başını aşağı
salıb – mən bir az hava
alacağam deyib evdən çıxır.
Gülnaz isə Ülviyyənin otağına
yaxınlaşnda onun ağladığını
eşidib girmək istədi, amma
nə deyəcəkdi. Necə izah
edəcəkdi bilmirdi. Eləcə səni
ona vermirik deməklə
bitmirdi hər şey. Bilirdi ki,
Ülviyyə özünə gələn kimi
soruşacaqdı onsuzda ona
görə otağına gedib olanları
həzm etməyə çalışdı. Yerində
uzanıb uzun uzun düşündü.
Bu görüşü gözləyirdi, amma
burda öz evində yox, bu
şəkildə yox. Sonra bir anlıq
Şəhriyarı düşündü necə də
Səlimə bənzəyirdi. Onu
qarşısında görəndə elə bil 29
il əvvələ qayıtdı. Gözü qaşı,
ağzı burnu. Əslində Ülviyyədə
anasına çox bənəzdiyindən
Səlimin elə reaksiya verdiyin
başa düşmüşdü. Amma nə
əhəmiyyəti var ki. Onu indi ən
çox incidən isə ən yaxın
dostunun bir vaxtlar sevdiyi
insanla ailə qurması
olmuşdu. Ailə qurduğunu
bilirdi, amma ən yaxın
rəfiqəsi ilə yox. İndi başa
düşürdü Şahnazın birdən
birə yoxa çıxmasını, toyuna
çağırmamasını illər keçsə də
onunla əlaqə saxlammasını.
Yatağında artıq gözündə
saxlaya bilmədiyi göz yaşları
yastığa tökərək hıçqırmağa
başladı.
[cavab]
Ayan01
23 May 2014 / 19:34
Şəhriyar isə dəli kimi evi alt
üst edib – kimsə mənə izah
edəcək nələr olur deyə
qışqırmağa başlayırdı.
Divanda ağlayan Şahnaz
divara söykənib siqareti
görməmiş kimi canına çəkən
və əlləri əsən Səlim onu heç
eşitmirdilər. Şəhriyar – bu
məsələ burda qalmadı deyib
evdən çıxdı.
Səlim Şahnaza baxıb – sən
bilirdin? Dedi
- Ailəni araşdıranda
öyrəndim. əvvəl inanmadım,
amma sonra qızı gedib
görəndə.......Gülnaza çox
oxşayır hə? Elə bil almanın
yarısıdır.
- Sən onu görməyə
getmişdin?
- Hə..yox..mən.. anlamırsan
mən bu izdivacın
olmayacağını deməyə
getmişdim. Neynəməliydim
ki, başa düşmədim. Bəlkə razı
olmalıydım? Qıza ayrılmasını
istədiyimi demişdim.
- Niyə? Şahnaz niyə? Onu da
bizim kimi...
- Denən, tamamla
sözünü...bizim kimi nə?
- Şahnaz sən düz
eləməmisən.
- Illər əvvəl olduğu kimi hə?
- Şahnaz!
- Səlim mən səni həmişə
sevmişdim. Həmişə.
Gülnazdan da əvvəl....O səni
- Şahnaz illər keçib
- Hə illər keçib, amma sən
hələ də məni bağışlaya
bilmirsən.
- Sənlik bir şey yoxdur. Hər nə
varsa mənim günahımdır.
Şahnaz ağlayaraq – sən...sən
onu hələ də unuda
bilməmisən? Deyə qırıq qırıq
dilləndi.
- Şahnaz bəsdir. Uşaqlıq
eləmə. Bizim evlilik yaşına
çatmış bir oğlumuz var. Get
yat. Mən bir az hava
alacağam deyib evdən çıxdı.
Bu gün hər kəs hava alarkən
havadakı xatirələrin
ağırlığından ciyərlərinə
ürəyinə çökən ağırılığı
duymaq heç də çətin deyildi.
Bu gecə bu şəhər ayıq
qalanlarla birlikdə xatirələri
yenidən canlandırmaq üçün
can atırdı. Səlim keçə boyu
addımlayarkən siqaretdənmi
yoxsa yaşananlardanmı
yaşarmış gözlərini qıydı.
Yaraya duz basılmış kimi.
- Gözəlliyindən zərrə qədər
də itirməməsiən Gülnaz
xanım. Deyib acı acı
gülümsündü. Dodağını
dişlədi, siqareti dodaqları
arasına aldı əlindən gələni
etdi ki, dinməsin, amma
beyin ki susmurdu. Hələ
qızın. Ilahi Ülviyyə səni ilk
gördüyüm günü xatırlatdı
mənə. Adam bu qədər xain
olmaz Gülnaz. Adam bu
qədər xainlik edib öz
gözəlliyini qızına bəxş edib
adamı yaralamaz. İllər əvvəl
səni məni indi də qızın
oğlumu. Kim deyərdi bunu..
kim düşünə bilərdi ki, bir gün
bu baş verəcək. Axı biz bunu
xəyal etmirdik Gülnaz. Biz
bunu istəmirdik. Biz
övladlarımızın evlənməsini
yox, bacıqardaş olmasını
istəyirdik. Ehh Gülnaz eh...
Mən zəif oldum.. mən elədim
hər şeyi. 29 il əvvəl dediyin
hər kəlmə indiyə qədər
yanımdadır.
(sən..sən qorxaqsan, sən
sadəcə qorxaqsan, sevgisinə,
sevgilisinə sahib çıxa
bilməyən qorxaq! Məni də
atam anam vermirdi, amma
mən dirəşdim, günlərlə ac
qaldım, evdə bağlı qaldım,
amma dönmədim yolumdan.
Çünki səni sevirdim. Sən isə
atanın bir sözünə hər şeyini,
məni qurban verdin. Bəs
mənə dediklərin, mənə
verdiyin vədlər?
- Gülnaz anlamırsan
atam...sən başa düşmürsən.
Mən onlardan keçə bilmərəm.
- Bəs mənim atam anam.. elə
bilirsən mənim üçün əziz
deyillər. Sənin atan anandan
əksikdirlər ki, mən onlara
qarşı çıxdım?
- Gülnaz mən elə demək
istəmədim
- Səlim sən nə dediyini özün
də bilirsən? Sən mənə vəd
verdin. Mənə dedin ki, bizim
ailəmiz olacaq, mənə
gəlinliyimi xəyal elətdirdin
Səlim. Başa düşürsən sən
bunu
- Gülnaz...bağışla..
- Bağışla...bağışla.. həə
əlbəttə.. amma bil! səni
örümün sonuna qədər
nifrətlə xatırlayacağam Səlim,
nifrətlə. Bağışlanmayacaqsan.
Son nəfəsimdə belə sənə
haqqımı halal etməyəcəyəm
bunu bil. İndi ailən kimi
istəyir get onu al. Xoşbəxt ol
da demiyəcəyəm. Mən
sevdiyimin mənim yanımda
xoşbəxtliyini istəyə bilərəm.
- Gülnaz elə danışma.
- Nədir qorxursan? Qorxma
sən bu yalan danışmaq
inandırmaq qabiliyyətinlə
hamıdan xoşbəxt
olacaqsan. )
Bunları xatırladıqca ürəyini
tutan Səlim – mən xoşbəxt
olmadım Gülnaz, olmadım.
Deyə pıçıldadı.
Səhər açılmışdı, amma bunu
heç kim üçün əhəmiyyəti yox
idi. Çünki gecəni yatan
olmamışdı. Nərgiz Ülviyyəni
bu vəziyyətdə qoymaq
istəməsə də Ülviyyə israrla
onu işə göndərmiş özü isə
sakitləşdirici atıb yatmaq
istədiyin demişdi. Nərgiz
üəriy gəlməsə də düşündü ki,
gedib icazə alıb Ülviyyə
oyanana qədər yanına gələr.
O da gecəni ağladığından və
yatmadığından gözləri
qızarmış və şişmişdi. İşə
çatanda bir az gecikmişdi
deyə Kənan onu görən kimi
bir az əsəbi şəkildə - dünən
icazə alıb getmisiniz bu gün
isə gecikirsiniz. Nərgiz xanım
bir az məsuli....Sənə nə olub.
Bu nə üz gözdür? O danışdığı
müddətdə Nərgiz başını ona
tərəf qaldıranda ağarmış
rəngini qızarmış gözlərini
görüncə özünü itirib nə
dediyini də unutdu. Ona tərəf
yaxınlaşanda isə nərgizin lap
kövrəldiyini gördü. – eyy..
sakit ol... nə olub. Yoxsa o
alçaq yenə gəlib. Mən onu..
- Yox dayan.. onluq deyil
- Bəs nə olub. Kim dəyib
xətrinə, onu bu dünyadan
köçürdərəm.
[cavab]
Ayan01
23 May 2014 / 19:37
Nərgiz Kənanın bu sözünə
özünü saxlaya bilməyib lap
ağlamağa başladı. Kənan isə
onu yavaşca qucaqlayaraq. –
Nərgiz sakit ol, de görüm
nolub. Nərgiz onu itələmədən
ağlamağa çiyin axtarırmış
kimi hönkürdü. Kənan isə
onun ağlamağını
görmədiyindən lap dəli
olmuşdu. Nərgizin göz yaşları
aylardır yığılmış kədərdən
axırdı. Ülviyyə onun hər şeyi
idi. Indi onun belə olması
onu da incidirdi. Kənanan
hıçqıraraq nəsə danışmağa
çalışsa da Kənanın başa
düşdüyü tək şey Ülviyyənin
elçiliyinin alınmadığı idi.
- Yaxşı sakit ol. Buna görə də
ağlayarlar, sən nələrdən
keçmisən, az qala ölmüşdün
mənim üzümdən ona heç
ağlamamsına indi bir elçiliyə
görə ağlayırsan. Qızı onsuzda
ilk dəfədən heç kim vemrir..
ikinci dəfə gedərlər. Olmadı
qaçırdadır Şəhriyarla deyib
nərgizin çənəsini oxşamağa
başladı. Nərgiz isə bunu
gülümsünüb – çox sağol
deyə pıçıldadı. Sonra
utanaraq kənanın qolları
rasından çıxıb.
- Mən əslində bu gün də
icazə almağa gəlmişdim.
Bilirəm ağ elədim, amma söz
sonrakı günlərdə lazım olsa
gecə də qalıb işləri bitirərəm.
- D əli dəli danışma. O nə
sözdür. Əlbəttə indi Ülviyyəni
yanında olmalısan. Amma
belə halda qoya bilmərəm.
Mən aparacağam, etriaz da
istəmirəm.
- Amma..
- Dedim ki, etiraz istəmirəm.
Deyib onun əlindən tutaraq
şirkətdən çıxardırdı ki,
kənardan baxıpşlar onların
üzərində cəmləndi. Nərgiz
ağlayır, kənan isə onun
əlindən tutub aparırdı. Hərə
bir cürə yozarkən kənardan
olan iki cüt baxış sadəcə
təəcüb və qısqanclıq hissi ilə
baxırdı. Bu Yusiflə Salma idi.
Yusif Kənanın bu hərəkətinə
çaş baş qalmış Salma isə
Kənanı itirmək qorxusundan
artıq beynində planlar
cızmağa başlamışdı.
Ülviyyəgilə çatdıqda isə
nərgiz ehmalca kənana tərəf
dönərək – çox sağol dedi. O
qədər sakit və məsum şəkildə
dilləndi ki, Kənan dözməyib
əllərini əlinin içinə almış və
öpmüşdü. Nərgiz özü də
şokda idi. əllərini çəkib
qaşlarını düyünlədi. Kənan
isə yenə də gülümsünüb.
Belə elədim ki, əslk nərgizi
üzə çıxardasan. Qaçlarını çat
ki tez qocalasan qırışların
çoxalsın. Nərgiz yenə bu sözə
gülümsünüb maşından
düşüb sağollaşdı. Ülviyyə hələ
ayılmamışdı. Gülnaz xala
qapını açanda Nərgizin halını
görüb- sən beləsənsə
təsəvvür et biz nə haldayıq
deyib hönkürdü. Bu gün
nədənsə hər kəs ağlamğa
çiyin axtarırmış kimi kimi
tapdı ağlayırdı. Düzdür
Nərgiz Gülnazın öz qızı kimi
idi. Ülviyyə ilə bir yerdə
böyümüşdülər. Ona görəö
Gülnaz xala onun yanında
özünü rahat hiss edir və
ağlayırdı. Bir az sonra hər
ikisi mətbəxtdə oturub
dillənmədən gözlərini
masaya dikmişdilər. Nərgiz
dərindən nəfəs alaraq – niyə
belə oldu? Niyə ülviyyəni
onlara vermək istəmirsiniz?
Küsülü olmusunuz ola bilər.
Amma illər keçib axı siz qrup
yoldaşlarısınız, uşaqlıq
xatirələridir onlar
- Biz təkcə qrup yoldaşı
olmamışıq Nərgiz.
- Necə?
- Səlim..yəni Şəhriyarın atası..
o...o..
- Eşidirəm
- O mənim ilk sevgim olub.
- Nə?! Nərgiz gözləri
hədəqəsindən çıxacaqmış
kimi baxırdı. Nə deyəcəyini
bilmirdi, nə deyə bilərdi ki.
Ağzı açıq halda ona baxıprdı.
- Hə..eşitdiyin kimi. Anası
Şahnaz isə ən yaxın rəfiqəm
olub. Biz də səninlə ülviyyə
kimi idik. Ya da mən elə
bilirdim. Heç nə soruşma
çünki mən də bilmirəm ki,
onlar necə ailə qurub.
Bildiyim tək şey bu oyunun
içində uduzan mən
olduğumdur. Deyib yenidən
ağlamağa başladı. Nərgiz
ayağa qalxıb onu qucaqladı.
– yaxşı yaxşı sakit olun.
Ülviyyə nəsə bilir?
- Yox qızım.. qətiyyən
bilməməlidir. əsla.. dediyimə
peşiman eləmə
- Yaxşı yaxşı narahat olmayın.
Amma nə vaxt istəsəniz
dinləməyə hazıram sizi.
Gülnaz himə bəndmiş kimi
başını yelləyib əgər
danışmasam öləcəm bu
sıxıntıdan. Illərdir düz 29 ildir
içimdə saxlamaqdan məhv
oldum. Deyib olanları bir bir
danışmağa başladı..ardi var
[cavab]
Ayan01
23 May 2014 / 19:41
Təsadüf yoxsa Alın yazısı 16-ci
bölüm
[cavab]
Ayan01
23 May 2014 / 19:45
Biz,yəni Səlim Şahnaz mən
eyni universitetdə təhsil
alırdıq. Fakültələr eyni idi,
amma Səlim bizdən bir kurs
yuxarı oxuyurdu. Olduqca
yaraşıqlı idi.. Təsəvvür etməyə
gərək yoxdur Şəhriyar onun
eynisidir. Çox qızların könlü
onda idi. Mənim də xoşum
gəlirdi, amma həm birinci
kursda oxuyurdum deyə o
vaxtlar ayıb bilirdim özümə
bunu bəlli etməyi həm də
şorgöz bilirdim onu. Bilirdim
deyəndə elə idi. Hər gün bir
qız ağlayırdı onun üzündən
təsəvvür elə. Arada
baxışlarını hiss edirdim
dəhlizdə, amma əhəmiyyət
vermirdim. Birinci kurs
bitəndə yaya tətilində bir iki
dəfə onu məhləmizdə
gördüm. Məni görən kimi
dayanıb uzaqdan baxırdı.
Mən də qorxurdum ki, atam
anam görər universitetə də
getməyə qoymazlar. O vaxtlar
indiki kimi deyildi. Yenə də
əhəmiyyət vermirdim ki,
yəqin ki, binamızda istədiyi
qızlardan biri yaşayır. Ikinci
kursa keçəndə ilk dərs günü
qapımız açıldı və Səlim içəri
keçdi. Onun barəsində yenə
mənfi fikirə qapıldım ki,
şorgözlüyünün üzündən
kursda qalıb. Sən demə elə
deyilmiş. Zamanla bunu
bildim. Dərsdə baxışlarını
üzərimdə hiss edirdim.
Şahnaz o vaxtlar ayrı biri ilə
dostluq edirdi, amma Səlim
bizim qrupa keçəndən sonra
mənə yaxınlaşmağa
başlamışdı. Mən də saf
inandım ki, doğrudan dost
olmaq istəyir. Hər fürsətdə
soruşurdu ki, səlimdən
xoşum gəlir ya yox. Mən də
utanırdım deyə hər dəfə yox
deyirdim. Amma nə yalan
deyim Səlimin baxışlarını hiss
etmək xoşuma gəlirdi.
Zamanla ona alışmağa
başlayırdım ya da bəlkə
sevməyə. Bunu sonradan
biləcəkdim. Bir dəfə dəhlizdə
qrup yoldaşım mənə
uzaqdan adımla xitab edib
çağırmışdı. Səhəri o oğlanı
qolu sınmış üzü gözü yara
içində gördük. Yaxınlaşıb
soruşanda mənə dedi ki, get
onu sevgilindən soruş. Heç
nə soruşmadım, amma
ağlıma da gəlmədi ki, bu
Səlim ola bilər. Həmin günü
dərsdən və gedəndə Şahnaza
şübhələrimdən dedim. Həm
də dedim ki, ondan xoşum
gəlir. Şahnaz isə başladı ki, o
şorgözdür, səni də
aldadacaq. Bütün qızlara
yalandan vədlər verir. Həm də
Şahnaz onun uzaqdan
qohumu olurdu deyəsən.
Çünki elə demişdi. Yavaş
yavaş könlümdən salmağa
çalışırdı, amma bilmirdi ki,
mən gündən günə ona
bağlanıram.Söz vermişdim
özümə ki, onu sevməyəcəm,
amma sevgi sözə baxmır. Bir
neçə gün sonra isə qrupun
oğlanları məndən uzaq
gəzməyə başladılar. Kimə
yaxınlşıb söz soruşurdum
üzümə də baxmadan
qaçırdılar. Yenə heç nə başa
düşməmişdim. Sizə nə olub
deyə soruşada Səlim içəri
keçdi və "mən icazə
verməmişəm” dedi. Donub
qalmışdım. Başı ilə işarə
edəndə bütün qrup çölə
çıxdı. Əlləri cibində mənə
yaxınlaşıb. "Mənim gələcək
həyat yoldaşım oğlanlarla
danışmamalıdır. Nə lazımdır
məndən soruş ”deyib çölə
çıxmışdı. Nərgiz təsəvvür edə
bilməzssən halımı. Həm
sevinridim ki, məni sevir və
hörmət etdiyindən həyat
yoldaşım deyir digər tərəfdən
onun özündən razılığı
əminliyinə əsəb olmuşdum.
Şahnaz gəlməmişdi həmin
gün. Evə tək gedəndə hiss
etdim ki, arxamca kimsə
gəlir. Yavaşaca
ayaqqabılarımı bağını
bağlamaq bəhanəsi ilə yerə
çökdüm və griyə baxanda
onu gördüm. Səlimi.
Yaxınlaşdı mənə yenə ayağa
durmağımı dedi. Qalxanda
isə özü əyilib ayaqqabılarımın
bağını bağlamaq istədi. Geri
çəkiləndə qalxıb düz gözümə
baxdı. Onun o baxışları
qarşısında sərt danışmaq
mümkün deyildi. Əriyib
gedirdin. Zamanla arxamca
gəlməyə başladı. Kiçik jestlər
edirdi. Amma mən hələ
onunnla bir kəlmə brelə kəsə
bilmirdim. Şahnaz isə
həmişəki ampluasında idi.
Onu dayanmadan pisləyirdi.
Amma Şahnaz gecikmişdi
çünki mən onu çoxdan
sevirdim bunu anlamışdım.
Biz gizlin görüşməyə
başladıq. Sevgililər kimi.
Utanıb çəkingən
olduğumdan həmişə mənə
məsafəli davranırdı.
Incitməzdi heç vaxt. Bir il belə
davam elədi. Daha da bir
birimizə bağlandıq. Artıq
universitetdə də hamıya
bildirmişdi ki, mənə
yaxınlaşan olmasın. Uzaq
qohumlardan elçi çıxmışdı.
Ülviyyəni atası. Kamal. Ona
deməyə məcbur idim.
Dedimdə. Heç nə demədən
gözlə deyib getdi. Bir gün
gözlə dedi. Mənsə evdə
Kamalla evlənməyəcəyimi
deyəndə aləm dəydi bir
birinə. Səlimlə maraqlanmaq
üçün adını soyadını
öyrənməyə çalışdılar. Günlərlə
universitetə qoymadılar
qapını bağlayıb ac susuz
saxladılar. Dediyimin üstündə
dayandım. O vaxtlar telefon
hər evdə olmurdu deyə
səlimdən xəbərsiz idim.
Şahnaz bizə gələndə isə
ondan xəbər göndərmək
üçün kiçik məktub
yazmışdım. Günlər sonra
ailəm məni universitetə
buraxmışdı, amma
dayıoğlanlarım yanımda
cangüdən kimi gəlirdilər.
Təsəvvür et universitetdən
icazə almışdılar ki, dərsdə də
otursunlar. Çox utanmışdım
çox. Səlim də gəlmirdi dərsə
deyə lap narahat olurdum.
Şahanzdan soruşanda isə
məktubu verib ya yox.
Şahnaz məktubu mənə
uzadıb oxumaq
istəmədi
[cavab]
Ayan01
23 May 2014 / 19:46
dediyində başımdan
qayanar su töküldü elə bil.
Dərsdən icazəalıb ayaqyoluna
getdim ki, üz gözümün yaşını
silim. Dayıoğlanarım çölə
çıxanda hirslə ayaqyoluna
gedirəm deyə qışqırdım.
Onlar isə ağladığımı görüb
geri çəkildilər dəhlizdə
dayandılar. Ayaqyoluna
girməyib həyətə çıxdım. Hava
alamalıydım. Necə qaçdığıma
özüm də məttəl qalmışdım.
Qolumdan kiminsə
tutduğunu hiss etdim
döndüyümdə Səlimi gördüm.
Gözlərində əsəb hirs. Amma
mənimkindən çox ola
bilməzdi.
Gülnaz dərindən nəfəs aldı.
Nəfəsinin titrədiyindən nə
qədər ağır olduğunu anlayan
Nərgiz – istəyirsiniz sonra
davam edərsiniz. Deyə Gülnaz
xalanın əlindən tutdu. O isə
gözləri dolmuş şəkildə başını
yox kimi yellədi.
- Ona qışqırmağa başladım.
Niyə məktubumu
oxumadığını niyə mənimlə
maraqlanmadığını niyə elçi
gəlmədiklərini deyə
qışqırmağa başladım. O anda
- nə məktub mənə məktub
gəlməyib dediyində səsimi
necə başıma atmışdımsa
əhəmiyyət verəyib
danışmağa davam etmidşim.
O isə əli ilə ağzımı yumub.
Indi mənə qulaq as dedi.
Atama dedim, amma o mənə
uzaq qohumuza söz verdiyin
dedi.. bu sözə yerimdə
donub qalmışdım.
- Necə yəni? Və?
- Atam söz verib başa
düşürsən.
- Başa düşdüm söz verib. Və?
Neynəmək fikrindəsən.
- Gülnaz...mən... mən onun
sözündən keçə bilmərəm. O
boyda kişinin sözünü yerə
salsam ailəmiz nəslimiz
ondan üz döndərər.
- Aaa nə gözəl... toyuna
çağırmağa gəlmisən?
- Gülnaz
- Nə Gülnaz! Nə!! Nə!! Nə!!
Bəs mən? Mənə verilən vəd!
- Mən bilmirəm. Elə bilirsən
mənə asandır.
- Əlbəttə asandır. Sən kişisən
mənsə qadın. Mən sözümü
keçirdə bilirəmsə ailəmi razı
sala bilərəmsə sən də edə
bilərsən.
- Gülnaz sənə demək asandır.
Sənin ailən...
- Nə? Mənim ailəm səninki
kimi hörmətli deyil? Səhvin
var Səlim səhvin var.
- Mən elə demək istəmədim.
- Sən elə bunu demək istədin.
Səlim əgər bu həftənin
sonuna qədər həll etməsən
elçilik məasələsini mən
Kamala hə deyəcəyəm.
Ömürlük məni itirəcəksən
bunu bil. Indi get atanla
danış.
- Gülnaz!
Bir həftə keçdi, amma ondan
səs səmir yox idi.
Sonra...sonra yenə görüşdük
və mənə dediyi söz – mən
bacarmayacağam oldu.
Təsəvvür elə Nərgiz. Ailəmi
razı salmışdım bu bir həftə
içində o isə mənə dedi ki,
mən bacarmayacağam. Ona
nələr demədim. Qorxaq
cəsarətsiz alçaq... hər şey..
Hətta sonda xoşbəxtlik
arzulamadığımı belə dedim.
Çünki ona dedim ki, onun
kimi yalançı vədlər verən biri
onsuzda xoşbəxt olacaq. Və
gördüyün kimi xoşbəxtdirdə
bir oğlu var və mənim ən
yaxın rəfiqəmlə evlidir. Gülnz
xala acı acı gülümsündü.
- Bəs siz Gülnaz xala. Necə
oldu sonra
- Sonra Kamalgilin ailəsi gəldi.
Necə olmuşdusa Kamal hər
şeyi öyrənmişdi. Mənim
fakültəmi dəyişmişdilər.
Universitetin ayrı binasında
idi artıq. ÖZüm bunu
istəmişdim. Bir gün Kamal
universitetə gələndə mənə
dedi ki, bilir ki həyatımda
kimsə olub və onu sevmişəm,
amma söz verdi ki, əlindən
gələni edəcək ki, onu sevim.
Hər eyi unudum.
- Onu sevdiniz?
- Qızım Sevgi əbədi deyil.
Təzədən sevmək
mümkündür. Kamala mənim
ömür gün yoldaşım oldu, tək
övladımın atası oldu. Məni o
halımla yəni könlümdə başqa
birinin olduğu təqdirdə
qəbul etdi və yaralarımı
sarımağa kömək olacağına
söz verdi. Zamanla ona
öyrəşdim. O əvəzolunmaz
insandır. Mənim indi
ağlamağıma baxma mən
Səlimi hələ də sevdiyimdən
deyil, onun mənə qarşı
onların mənə qarşı etdikləri
haqsızlıqdan olur. Düzür 19
yaşım var idi onda. Amma
Nərgizim ilk olan heç nə
unudulmur. Necə ki ilk sevgi
unudulmur ilk nifrət də elə.
Nərgiz əslində bunu özü
üçün soruşurdu həm də. Onu
da ilk sevgisi daşa dəymişdi,
amma o Gülnaz kimi olmaq
istəmirdi. Qəlbinin
dərinliyndə bir daha ürəkdən
sevəcək deyə hiss vardı.
Nərgizin təssüfləndiyini
görən Gülnaz onun balaca
əllərini ovcuna alıb qızım
yenidən sevmək
mümkündür, amma bir şərtlə
ki, qəlbində o sevgiyə yer
ayırasan, nifrətə ayırdınsa
sevgi məskən sala
bilməyəcək.Mənim illər boyu
tək səhvim bu oldu.
Ürəyimdə səlimə olan nifrəti
böyütdüm kamala olan
sevgim onun yanında kiçik
qaldı. Sən belə eləmə. Sonra
onun saçını sığallayıb
alnından öpdü. Ülviyyə artıq
oyanmışdı. Mətbəxə gəlib
onları belə görəndə heç nə
demədən su içib yenidən
yatmağa getdi. Nərgiz və nası
ona baxırdı, o isə heç nəyi
vecinə almadan anasına tərəf
də dönmədən Nərgizə baxıb
yüngülcə gülümsündü.
Gülnaz narahat baxışlarla
Nərgizə baxanda – narahat
olmayın Gülnaz xala
düzələcək. Bilmirəm necə
amma düzələcək. Şey.... Onu
Şəhriyardan ayıracaqsınız?
- Nərgiz özün düşün bütün
bu olanlardan sonra onlar
necə birlikdə ola bilər
- Axı onlar birini sevir. Həm
nə olsun. Olan olub artıq..
- Yox..olmaz vəssalam.
Zamanla öyrəşəcək.
- Siz öyrəşmisiniz Gülnaz
xanım?
[cavab]
Ayan01
23 May 2014 / 19:48
- Məncə düşünün. Nərgiz
Ülviyyənin otağına keçdi
Ülviyyə sakitcə yerində
oturmuşdu. Nərgiz onun
yanında oturanda başını
onun dizlərinə qoyub uzandı.
- Nə dedi? Niyə belə eləyiblər.
- Ən yaxşısı özündən soruş.
- Onunla danışmaq istəmirəm
- Ülviyyə o sənin anandır.
- Ana qızını xoşbəxtliyini
istəyər. O isə əvvəldən
əlindən gələni edir ki, mənim
üzüm gülməsin.
- Dəlisən sən o nə sözdür.
- Nə isə mən yatmaq
istəyirəm.
- Yaxşı yat sakitləş.. Ülviyyə
yuxuya gedərkən şəhriyar
yenidən evə qayıdır ata və
anasının divanda əyləşib
susduqlarını görnəd stul
götürüb qarşılarına qoyur və
əyləşir
- Indi deyim görüm nə baş
verir?
- Şəhriyar məncə indi zamanı
deyil
- Xeyr ana indi tam
zamanıdır. Eşidirəm. Kimsə
heç nə deməsə bu otaqdan
çıxmayacaq.
- Oğlum anan düz deyir indi
yox.
- Ata kimsə nəsə deməsə bu
otaqdann çıxmayacaq.
Mənim üzümü bir də görmək
istəyirsinizssə hər şeyi
danışacaqsınız.
- Yox! Yox! Şəhriyar uşaqlıq
edirsən.
- Mən uşaqlıq edirəm? Məncə
əksinədir.. buyurun eşidirəm.
Nə baş verib! Şəhriyarın
axırıncı kəlmələrini aramla
bölə bölə və əsəblə deməsi
anasını titrətdi. Nə desin,
necə desin ki, bir vaxtlar
sevən iki insannın arasına
girib. Necə desin ki, Gülnazı
ailəsinə pisləyən o olub, necə
desin ki, ona olan
sevgisindən ən yaxın
dostunu satıb.
- Ana eşidirəm. Ata! Buyurun.
Səlim Bəy aramla boğazını
yaşlayaraq – oğlum gəl gedək
ikimiz danışaq.. deyərək
ayağa qalxdı. Eyvana çıxan
kimi Şəhriyar onun arxası ilə
gəldi. Səlim arxaya
dönmədən aramla
danışmağa başladı. Hər şeyi
danışdıqca Şəhriyar şok
olmuş vəziyyətdə divara
söykəndi. Bir müddət elə
qalıb sonra səssizliyi pozdu –
indi necə olacaq?
- Bilmirəm
- Necə bilmirəm.Sizin
cavanlıqda yaşadıqlarınızı biz
ödəmək məcburiyyətindəyik?
- Oğlum bu iş alınan deyil
- Yox ata.. Sənə elə gəlir. Bu iş
alınacaq. Deyib eyvandan
çıxdı.
Günün sonuna qədər hamı
ruh kimi gəzirdi. Ülviyyə
bütün gücünü toplayıb
anasını yanına getdi
baxışlarını qaldırmadan –
eşidirəm dedi. Anası isə
udqunaraq. – mən səni
çağırmamışdım.
- Ana nə demək istədiyim
başa düşdün. Eşidirəm. Danış.
Nə baş verib.
- Danışmağa bir şey yoxdur.
Bu evlilik olmayacaq.
Vəssalam.
- Ana nə baş verib! Gülnaz
dözməyib ağlamağa başladı.
Anasını bu halın görəndə özü
də pis oldu, amma yerindən
təpənməyərək – danış deyə
dilləndi. Gülnaz bu gün
olanları danışmağa bir daha
güc tapmadı. Çiyinləri
düşərək hönkürtü ilə
ağlamağa başladı. Ülviyyə
onun dsnışa bilməyəcəyini
görüb o da ağlayaraq
otağına keçdi. Üzü yatağa
uzanmışdı ki, telefonuna
gələn zəngə başını qaldırdı
bu Şəhriyar idi.
- Alo Şəhriyar.
- Ülviyyəm.
- Şəhriyar nə baş verir? Niyə
kimsə mənə izah etmək
istəmir?
- Sakit ol.. Narahat olma.. eyy
ağlama orada. Hazırlaş düş
aşağı burdayam.
- Gəlirəm deyib telefonu
söndürdü.
Aşağı düşən kimi Şəhriyar
onu bərk bərk qucaqladı.
Gözünün yaşını silib alnını
öpüb saçlarını qoxladı
- Ülviyyəm qorxma. Hər şeyi
həll edəcəyəm. Inan mənə.
Xahiş edirəm sadəcə inan.
- Necə? Axı nə baş verir?
- Sən bu gözəl başını belə
şeylərə yorma. Mən dediyim
elə. Səbr et. Söz verirəm.
Şəhriyar Ülviyyəni ehmalca
dodaqlarına öpüş qondurdu.
Ülviyyə başını onun çiyninə
qoyub huzurlu şəkildə
gözlərini yumdu. Səlim bəy
fikirli halda eyvanda siqaret
çəkərkən telefonu zən çaldı.
Tanımadığı nömrə idi.
- Alo
- Alo.
- Sən?
- Hə mənəm. Danışmalıyıq.
Səlim telefonu yerə qoyub
əlində yazdığı adresə baxdı.
Illər sonra yenidən onunla üz
üzə gələcəkdi.ardi var
[cavab]
Ayan01
23 May 2014 / 20:02
Təsadüf yoxsa alın
yazısı (Bölüm 17)
[cavab]
Bölmeye qayıt