Təsadüf yoxsa Alın yazısı (1-cibölüm)
Ayan01
21 May 2014 / 00:02
twk oxuyan gozlerniz var olsun
[cavab]
Ayan01
21 May 2014 / 00:05
Təsadüf yoxsa Alın yazısı (2-ci
bölüm)
[cavab]
Ayan01
21 May 2014 / 00:08
- Salam Gülnaz xala.
- Ay aleykuma salam. Necəsən
qızım?
- Yaxşıyam siz necəsiniz?
- Belə də
- Niyə nə olub ki? Xeyir olsun.
- Bizə qalsa xeyir olacaq amma.
- ......
- Ülviyyəyə yaxşı bir yerdən
qismət çıxıb. Xanım qızımız naz
eləyir.
Qızım bütün günü bir yerdə
olursunuz. Bizdən çox səninlə
dərdləşir. Nə isə deməyib.
- Nə barədə?
- Bəlkə kimsə var ona görə
istəmir.
- Mən biləni yoxdur.
- Bəs onda bu qızın dərdi nədir?
Niyə istəmir? Nərgiz, mənim
ağıllı balam, sən onunla danışıb
razı salsan. Sənə qulaq asar.
Cavan qızlarsınız. Onun beyninə
sal bu söhbəti.
- Məni bu işə qatmasanız.
Özünüz bilirsiniz ki, dediyinin
üstündə durur.
- Getdi kimə oxşadı bu qız
bilmirəm. Belə qismət hər vaxt
olmur. Sən yenə də bir dilə tut.
- Ay Gülnaz xala qismətində nə
varsa o da olacaq. Sənin mənim
deməyimlə olsaydı...
- Nərgiz bura gəl. Otaqdayam.
- Get qızım get. Onu yaxşı
tənbehlə.
- Xoş gəlmisən gəl.
- Xoş gördük.
- Sənə danışılası sözüm var.
- Bilirəm.
- Hardan?
- Səncə? Anan məni tənbehlədi
o ki var. Tapşırdı ki, səni ərə
getməyə razı salım..
- Həə evlilik məsələsi. Əşi mən
onu demirəm. O heç.
-Başa düşmədim. Bundan vacib
nə ola bilər.
-Bu gün getmişdim görüşə.
- Kiminlə?
- Rəşadla. Amma onu
görmədim. Başqasını onunla
səhv saldım. Deyəsən o da məni
kiminləsə səhv salıb. Çünki elə
davrandı ki, elə bil məni
gözləyirdi. Düzü çox yaxşı birinə
bənzəyirdi. Söhbətindən
görününrdü ki, mədəni-
tərbiyəli biridir.Həm də çox
yaraşıqlı idi. Bir saata yaxın
söhbət etmişik.
- Ay qız dayan bir. Heç nə başa
düşmədim. Rəşad kimdir? Niyə
onunla görüşə getmişdin? Sənin
səhv saldığın kimdir? O niyə
səni səhv salıb?
[cavab]
Ayan01
21 May 2014 / 00:11
Ülviyyə aramla hər şeyi Nərgizə
danışdıqca Nərgiz təəcüb dolu
baxışlarla, arada gülüşlə
qarşılayırdı söhbəti.
- Dedin ki, oğlan da səni səhv
salıb?
- Belə çıxır ki, hə.
- Bəs sonra bilmədiniz ki, kim
kimdir?
- Yox hardan. Oturduq çay içdik,
bir az söhbət etdik vəssalam.
- Onun haqqında heç nə
öyrənmədin?
- Nə öyrənəcəkdim. Səndəki
kefsən, mən onu tanımağa
getmişdim, yoxsa istəmədiyimi
deməyə.
- Yəni adını da soruşmadın?
- Yox. Mən Rəşad bilirdim. Evə
gələndən sonra bilmişəmki
doğru adamla görüşməmişəm.
- Allah allah təsadüfə bax. Nə
isə bilirsən niyə gəlmişəm?
yadımdan çıxmamış deyim,
sabah Jalənin ad günüdür səni
də dəvət edir. Gedək?
- Görəsən adı nəidi?
- Aaa tanımadın, Jalə də.
- Nə?
- Adını soruşdun deyirəm Jalə.
- Mən onu demirəm.
- Görürəm. Fikrin hardadır
sənin? Deyirəm ad gününə
gedək?
- Kimin?
- Oğlanın.
- Mənimlə məzələnirsən?
- Sən mənimlə məzələnirsən.
Deyirəm Jalənin ad gününə
gedək?
- Nə vaxt?
- Sabah.
- Gedərik inşallah.
- Sənə nəsə olub. Ayaq üstə
yatırsan özüm ölüm.
- Kim ölüb?
- Ay daaaa. Fikrin hardadır
sənin?
- Heç yerdə sənə qulaq asırdım.
Deyirdin kim ölüb?
- Ülviyyə!
- Yaxşı yaxşı hirslənmə zarafat
edirdim.
- Gül gül. Kefin yaxşıdır deyəsən.
- Şəhriyar sabah nişanlımın ad
günüdür. Ən yaxın dostlarımızı
çağırmışıq. Sən də gəl. Bir az
əylənərəsən. Şəhriyar. Şəhriyar!
- Hə nə olub?
- Mənə heçnə, amma sənə nəsə
olub.
- Yox heçnə olmayıb.
- Kimdir o?
- Kim?
- Səni xəyallara aparan.
- Bilmirəm.
- Necə yəni bilmirəm?
- Həqiqi sözümdür kim
olduğunu bilmirəm. Amma
bilmək istərdim.
- Nə danışırsan sən?
- Fikir vermə. Sən nə deyirdin?
- Nişanlımın ad günüdür. Gedək
bir az başın açılar.
- Bilmirəm baxarıq.
- Gəl gedək.. deyəsən çox
işləyirsən, artıq realist Şəhriyar
xəyallara dalır.
- nə dəxli var. Fikirləşirdim ki
kimdir.
- aha deməli biri var.
- Elçin bəsdir!
- yaxşı susdum. Amma sabah
dəqiq gedirik.
- dedim axı baxarıq.
- etiraz istəmirəm.
( Ad günü)
- Nərgiz Jalə hardadır? Gözümə
dəymir. Bir təbrik eləyək. Sonra
mən gedəcəyəm. bilirsən
tanımadığım adamlar arasında
sıxılıram.
- ee... yaxşıda.. bir saat oturaq
sonra bir yerdə gedərik. Həm
ayıbdır Jalədən, dəvət edib.
- Yaxşı, yaxşı sızıldama mən
içəri keçim baxım bəlkə
oradadır.
- Jalə! Jalə!
- Burdayam. Mətbəxdə. Gəl
bura.
- Salam.
- Xoş gəlmisən.
- Xoş günün olsun. Ad günün
mübarək. Neçə bundan yaxşı
illərə. Dəvətin üçün də çox
sağol.
- Sağol canım. Əsl sən sayıb
gəldiyin üçün çox sağol.
Necəsən? İşlərin necədir?
- Yaxşıyam, hər şey yolundadır
hələki. Nəsə kömək lazımdır?
- Can çox sağol sən qonaqların
yanına get mən bir azdan
gəlirəm. Ay əlim!
- Nə oldu kəsdin? Gəl bura
təmizləyək. Pambıq var?
- Zəhmət olmasa içəri otağa
keç. Qapıdan girən kimi sağdakı
rəfdə görəcəksən.
- Bu saat gətirirəm.
Sağdakı rəf yəqin budur. Aha
tapdım. Qapı döyüldü yoxsa
mənə elə gəldi. Bu dəfə yenə
qapının döyülmə səsi eşidildi. -
Jalə qapı döyülür.
- Sən bax da canım. Əlimi
təmizləyirəm.
- Oldu.
[cavab]
Ayan01
21 May 2014 / 00:12
[vpclr]Ülviyyə qapını açan kimi
təəccübünü gizlədə bilmədi.
- Siz?
- Siz?
(Ülviyyənin dilindən.)
Ülviyyə və Nərgiz ad gününü
tez tərk eləmişdilər. Nərgiz nə
qədər etiraz etsə də Ülviyyənin
əhvalının olmadığın görüb
üstünə daha da getmədi və ad
gününü onunla birlikdə tərk
etdi.(Muellif Lili SH)
- Ülviyyə.
- Eşidirəm
- Söhbət elədiyin oğlan kim idi?
- Dünən deyirdim axı Rəşadı
başqası ilə səhv salmışam.
Həmin oğlandır.
- Yaxşı!!! Təsadüfə bax. O bura
necə gəlib çıxıb?
- Bilmirəm.
- Nə danışdınız?
- Heç nə.
- Heç nə ?
- Hə heç nə.
- Axı söhbət edirdiniz.
- Qısa bir söhbət oldu. Heç
xatırlamıram.
- Adı nə oldu?
- ....
- Niyə elə baxırsan? Yoxsa adını
soruşmamısan?
- Yox soruşmamışam.
- Niyə?
- Nə yaman çox sual verdin.
- Neynim heç nə danışmırsan.
Sözü ağzından zorla alıram.
- Qapıda görüşdük. Salamlaşdıq.
Gedəndə də sağollaşdıq.
Vəssalam. Kifayətdir?
- Nə olub sənə?
- Yorulmuşam danışmaq
istəmirəm.
- Yaxşı...
Nərgiz incimişdi Ülviyyənin
kobud rəftarına görə, amma
Ülviyyənin də əhvalsız
olmasından çox üstünə
düşmədi. Ülviyyə isə Nərgizə
yalan demişdi. Aralarında olan
qısa söhbətin hər bir kəliməsi,
hər bir sözü yadında idi.
( Qapıda)
- Siz?
-Siz?
- Keçən dəfəyə görə üzr
istəyirəm. Sizi başqa biri ilə
səhv saldım. Sizi orda tək
görüncə elə bildim bəlkə sizinlə
görüşməliyəm.
- Sizə də salam.
- Ay üzr istəyirəm. Salam.
Sadəcə sizi birdə görəcəyimi
sanmırdım. Ona görə belə
təəcübləndim.
- Elə qapıda danışacağıq?
- Üzr istəyirəm. Buyurun.
- Siz nə çox üzr istəyirsiniz.
-Eləmi. Üzr istə... Buyurun,
qonaqlar bağçadadır.
Allahım hələ bu qədər pərt
olmamışdım. Birdə həyatım
boyunca üzr istəməyəcəm. (Lili
SH)
Ülviyyə tez-tez danışaraq keçən
dəfəki görüşün izahatını
vermək istəyirdi. İstəmirdi ki,
Şəhriyar onun haqqında yalnış
düşünüsün. Hər önünə gələnlə
çay içdiyini, görüşdüyünü
düşünsün. Özü də fərqinə
varmadan izahat verirdi.
- Necəsiniz?
- Yaxşıyam.
Yanaqlarımın alışıb yandığını
hiss edirəm.
- Mən də yaxşıyam.
- Nə?
- Deyirəm məndə yaxşıyam.
- Ay soruşmadım? Üzr istə....
İcazənizlə mən içəri
keçməliyəm.
Bütün günü yanaqlarım alışıb
yandı. Özümü səfeh kimi
aparırdım. Allah bilir indi
fikirləşir ki, nə axmaq qızdır.
Offff..... offff...İkinci dəfə
yaxınlaşanda da yazığın sözünü
ağzında qoydum. Adım kimi
əminəm ki, düşünür ki, nə
yelbeyin qızdır. Neynim onu
gördükcə daha da utanırdım,
ağılsız- ağılsız hərəkətlər
edirəm. Ülviyyə ikinci
görüşlərini xatırladıqca daha da
utanır içində bir təəssüf hissi
otururdu. Az qalırdı ağlasın.
(Ad günündə görüş )
Şəhriyarın ona yaxınlaşdığını
görmüşdü deyə Ülviyyə özünü
toparlamağavaxt qazanmışdı.
- Bir də salam.
-Aleykuma salam.
- Məncə üzr istəməyə heç bir
səbəb yoxdur. Hər ikimiz səhv
saldıq.
- Elədir. Bağışlayın mən
getməliyəm. Sağolun
- Adınızı....... soruşacaqdım. Siz
də sağolun. Şəhriyar bu sözləri
deyəndə Ülviyyə artıq çoxdan
uzaqlaşmışdı.
Bölümün sonu
ardi gelen bolumde
red. Ayan01 (21.05 /00:14)
[cavab]
tutu
21 May 2014 / 01:26
Eladi twk davam davam )))))
[cavab]
Ayan01
21 May 2014 / 02:56
Təsadüf yoxsa Alın yazısı (3-ci
bölüm)
[cavab]
Ayan01
21 May 2014 / 02:57
Artıq bir neçə həftə keçmişdi.
Ülviyyə isə Şəhriyarı unuda
bilmirdi
Uzun müddətdir onu
görmürəm. Görünür bundan
sonra da görməyəcəm. Niyə də
görməliyəm ki, sadəcə 2 dəfə
təsadüfü görüşdük vəssalam.
İstəmirəm. Onun haqqında
fikirləşmək istəmirəm.Heç adını
da bilmirəm. Adını bilmədiyim,
iki dəfə gördüyüm bir insan
haqqında niyə fikirləşməliyəm
ki?
- Ülviyyə, qızım. Burdasan?
Aaa... Hələ hazırlaşmamısan?
Ay qız tez ol gecikəcəksən.
- Hara?
- Necə yəni hara? Bəs dünən biz
nə danışdıq. Rəşad səni bu gün
gözləyəcəkdi.
- Mən gedəcəm deyə söz
verdiyimi xatırlamıram.
- Sən məni axırda dəli
eləyəcəksən. Niyə bizi belə
incidirsən?
- Bəs sən niyə mənim əvəzimə
danışıb görüş təyin eləyirsən.
Mən dedim ki, tanımaq
istəmirəm.
- Bu dəfə mən danışmamışam.
Rəşad zəng eləyib atandan
icazə alıb. Gör nə düşüncəli,
nəzakətli oğlandır. Bu hərəkəti
heç kim eləməz. Halal olsun
ona. Tərbiyəli uşaqdır.
- Baxeee heyran oldum vAllah.
- Tez ol çox danışma. Hazırlaş.
- Amma...
- Atan dünən söz verib. O boyda
kişinin sözünü yerə salacaqsan.
-...
- Mənim ağıllı balam. Dur
hazırlaş.
Düzü desəm getmək istəyirdim.
Amma Rəşadı görmək üçün yox.
Sadəcə düşündüm ki, bəlkə...Nə
isə.
Budur görüş təyin olunan
məkandayam. Rəşad mənə
yaxınlaşıb çox nəzakətlə salam
verib masa arxasına dəvət etdi.
Elə hey keçən görüşə gələ
bilmədiyinə görə üzrxahlıq
edirdi, sonra valideynlərimizin
dostluğundan danışırdı.
Dediyinə görə uşaq vaxtı biz
bir- birimizi tanıyırmışıq. Nə
bilim eee ordan burdan
danışırdı. Söhbət əsnasında
“siz”dən “sən”ə keçməsi heç
ürəyimcə olmadı. Mən indi
bütün cəsarətimi toplayıb ona
istəmədiyimi, bu işə razı
olmadığımı açıq aydın
deməliyəm. Amma halım
yoxdur danışmağa. Niyəsə
özümü halsız, yorğun və bədbin
hiss edirdim. Elə bil sussaydım o
məni daha yaxşı başa
düşəcəkdi. İstəmədiyimi daha
yaxşı anlayacaqdı.
- Kimisə gözləyirsən?
- Nə?
- Elə bil kimisə axtarırdın ona
görə soruşurdum ki, kimisə
gözləyirsən?
- Xeyr. Heç kimi gözləmirəm.
Haqlıydı. Fərqinə varmadan tez
tez ətrafa boylanırdım. Niyə?
Mən kimi gözləyirdim?
(Şəhriyar)
Ad günündən sonra onu
görməmişəm. Bilmirəm niyə,
amma onu görmək və saatlarca
söhbət etmək istəyirəm, düz
gözlərinin içinəbaxmaq
istəyirəm. Gülüş dolu gözlər.
Balaca uşaqlar kimi uzun
kipriklərini tez tez döyməsi.
Utandan qızarmasına..
saatlarnan baxaram. Niyə?
Tanımadığım, adını bilmədiyim
birini niyə görmək istəyim? Niyə
getdiyim hər yerdə onu
axtarıram?
Ad günündə qızı pərt elədim.
Sonra daha da utandırmayım
deyə yaxınlaşmadım. Bütün
cəsarətimi toplayıb
yaxınlaşmışdım ki, bu dəfə də o
getdi. Deyəsən bərk incimişdi.
Haqqı da var idi. Mən öküzlük
elədim. O çaşqın halı gözümün
önündən getmir. Bu təsüdüfü
görüş elə iki dəfə olacaqdı? Mən
indi onu haradan tapım?
Təsadüf adlandırdıqları bu
görüşlər Şəhriyarın zənn etdiyi
kimi sona çatmamışdı. Onlar
hər an hər yerdə görüşə
bilərdilər. Hər an hər yerdə...
- Alo
- Alo Ülviyyə hardasan?
- Sənə də salam Nərgiz xanım.
- Vaxt yoxdur hardasan? Təcili
surətdə Gəncliyə gələ bilərsən.
Mən ordayam. Kamran müəllim
iş tapşırıb, sənsiz eləyə
bilməyəcəm. Köməyinə
ehtiyacım var.
- Nə işidir? İndi 28 Maydayam
mən.
- Gəl danışarıq. Metro ilə gəl
daha tez olar, tez ol!
- Baş üstə Nərgiz xa...buna bax
telefonu üzümə bağladı. Dayan
ifritə göstərəcəyəm sənə
[cavab]
Ayan01
21 May 2014 / 03:03
(Metro)
Həmişə də burda istiqamətləri
səhv salıram. Ülviyyə yuxarıda
cədvəl axtara axtara asta
addımlayırdı ki, kiminləsə
toqquşdu.
- Ay üzr istə.... Siz?
- Siz?
Bu Şəhriyar idi. Hər ikisi təəcüb
və sevinc dolu baxışlarla bir-
birinə baxırdı. Hər ikisi də
fərqinə varmadan bir dəqiqə
susaraq şok vəziyyətində
baxışırdılar.
- Bir birimizi hər dəfə görəndə
belə müraciət etmək
məcburiyyətindəyik? Mən
Şəhriyar.
- Ülviyyə.
- Tanış olduğumuza məmnun
oldum.
- Məncə biz artıq tanışıq.
Hər ikisi bu sözə gülümsündü.
- Ola bilər. İndi daha yaxından
tanış olmuş olarıq.
Ülviyyə bu sözə istər istəməz
qızardı. Şəhriyar Ülviyyənin əlini
hələ də sıxıb yelləyirdi. Özü də
fərqində olmadan.. Heç Ülviyyə
də fərqində deyildi vəziyyətin. O
anın sehrinə qapılmışdı. Birdən
özünə gəlib əlini çəkdi. Şəhriyar
gülümsəyərək.
- Həmişə buradan istifadə
edirsiniz?
Şəhriyarın niyyəti onun istifadə
etdiyi məkanı dəqiqləşdirmək
idi. Ülviyyə bunu fərqinə
varmadan cavablandırırdı.
- Yox. Burada kiçik bir işim var
idi ona görə. Siz burada
neynirsiniz?
Ülviyyə bir az axmaq sual
verdiyinin fərqində deyildi. Heç
Şəhriyar da qurduğu
cümlələrdə dilinin topuq
vurduğunu, uşaq kimi
danışdığının fərqində deyildi.
Vaxtı uzatmaq üçün bilmirdi ki,
nələrdən söhbət açsın. Səhər
tezdən maşınında birdən –birə
yaranan nasazlıqdan bütün
əhvalı korlanmışdısa da indi
buna şükür edirdi.
Ülviyyənin telefonu zəng çaldı.
Əlini atıb ekranda Nərgizi
görəndə təəsüflə - Bağışlayın
mən getməliyəm. Tələsirəm.
dedi.
- Hə bağışlayın sizi saxladım.
Görüşdüyümüzə şad oldum.
Bəlkə yenə nə vaxtsa görüşərik.
- Mən də şad oldum. Bəlkə də.
Ülviyyə arxasını dönüb gedəndə
Şəhriyar əlini başına vuraraq
“Axmaq oğlan. Harada
görəcəksən bir də. Telefonun
istəsəm birdən pis başa düşər.
Mənə güvənməz. Görüş təyin
etsəm necə? Eh artlq gecdir.
Getdi..” Şəhriyar da təəsüflə
Ülviyyənin getdiyi stansiyanın
əksinə getdi.
( Ülviyyə.)
Səhv gəldim. Offfff... Həzi
Aslanov yerinə Memar Əcəmi.
Çox gözəl. Hər şey əladır. Bircə
burda pərt olmamışdım o da
oldu. Bir qatarı buraxım o
getsin sonra gedərəm. Ayıbdır.
Nərgiz məni öldürəcək...
Şəhriyar. Adı Şəhriyar imiş.
Qəşəng adı var...Ülviyyə bu
fikirlərdən cəld ayılaraq
üzündəki təbəssümü yığışdırıb
digər tərəfə keçdi.
- Siz?
- Siz?
Heç bir sözə ehtiyac yox idi. Hər
ikisi sadəcə qəh -qəhə ilə
güldülər. Görünən o idi ki,
Şəhriyar da stansiyanı səhv
salmışdı. Niyəsə....))
- Harda qaldın? Bir
stansiyadırda.
- Bağışla istəmədən gecikdim.
-....
- Nə olub niyə elə təccüblə
baxırsan?
- Mən də onu soruşacaqdım.
Normalda səni belə anidən
çağıranda hamının içində indi
məni öldürərdin, ən azından
qolumdan bir çimdik atardın.
amma indi gecikdiyin üçün üzr
istəyirsən. Nə olub?
- Allah səni güldürsün. Mən
eləyəm?
- Hə
Ülviyyə tam ciddi sifətlə -
Nərgiz, düş qabağıma!
- Bağışla bağışla. Mənə lazımdır
axı bu. Gül kimi əhvalın yaxşı idi.
- Yaxşı bəsdir gedək.
[cavab]
Ayan01
21 May 2014 / 03:05
(Şəhriyar)
- bilmirəm niyə bu qədər tərslik
edirsən. Istəsən 2 dəqiqəyə
taparam onu. Bilirsən ki Jalənin
tanışıdır. Elə tərs -tərs baxma.
- Elçin xahiş edirəm. mənim heç
kimdən xoşum gəlmir. Hələ
belə şeylərdən heç xoşum
gəlmir. Birdə bu söhbəti açma.
- Amma səni belə görəndə pis
oluram çox bikefsən
- Bikef deyiləm. Sadəcə
gözləyirəm.
- Nəyi
- Zamanı
- Şəhriyar məni
qorxudursan......... Gülmə...
bilirsən ki, dostunam nə kömək
lazım olsa hazıram.
- Bilirəm- bilirəm çox sağol.
Narahat olma hər şey
qaydasındadır.
- Yaxşı sən deyən olsun. Axşam
çıxaq bir yerə?
- Mən evə getsəm yaxşıdır.
Hətta gecikdim artıq yolda
olmalı idim. Sağol
- Sağol
Elçin başa düşmək istəmir ki,
mən bu təsadüfün olmasını
istəyirəm. Başa düşmək istəmir
ki, mənim ondan xoşum gəlmir
mən... Mən...
mən.....bilmirəm....Hə istəsəm
nömrəsini verərə hətta
görüşdürər. amma bunu başqa
görüşlərdən fərqli olmayacaq.
əgər qismətimdə varsa o yenə
mənim qarşıma çıxacaq.
- Şəhriyar!
- Hə ana
- Hardasan
- Gəldim
- Oğlum axşam sevincgilə
gedəcəyik. Bizi apararsan
atanla?
- Ana!!
- Atan maşınını təmirə verib.
Yoxsa ki, narahat eləməzdim
- Mən də inandım
- Ayıb olsun xətrimə dəydin
yalan deyəcəm?....(Müəllif: Lili
SH). hələ gülür
- Yaxşı apararcağam, amma
səndə atamın yanında“bura
qədər gəlmisən gəl salamlaş
sonra get” deyib içəri salıb
“gəlmişkən Zülfiyyəni də apar
gəzdir bizi götürməyə gələndə
gətirərsən” deməyəcəksən
- Deməyəcəm deməyəcəm..
hazırlaş orda sənə köynək də
şalvar da ütüləmişəm. Məncə
qara pencəyini geyin o sənə
daha çox yaraşır. Daha yaraşıqlı
görünürsən. Mənim oğlum
hamıdan yaraşıqlıdır.
- Ana indicə söz dedim axı.
- Mən nə dedim ki. Sən həmişə
səliqəli geyinməyi xoşlayırsan.
Danışdıq da heç nə deməyəcəm
Anası Şəhriyarın dediyi hər şeyi
eləmişdi. Eyniliynən zorla evə
salmış sonra Şəhriyarın aldığı
tərbiyədən etiraz etməyəcəyini
bildiyi üçün Zülfiyyəni gəzməyə
aparmağı ona təklif etmişdi.
Məcbur Zülfiyyəni aparacaqdı.
Bölümün sonu ardi gelen bolumde
[cavab]
Bölmeye qayıt