Təsadüf yoxsa Alın yazısı (1-cibölüm)

pol Ayan01 20 May 2014 / 22:00
- Yox yox yox! Mən hələki ailə
qurmaq istəmirəm.
- Sənə bu saat ailə qur deyən
yoxdur. Bax, tanı bəlkə xoşuna
gələr, bəlkə yaxşı oğlandır elə.
Həm nə vaxta qədər yanımızda
oturacaqsan. Artıq ailə
qurmalısan. Qonum qonşuda
sən yaşda qız qalmayıb. Mən
yaşdakılar nəvələrini gəzməyə
aparır. Mənsə hələ sənin
nazınla oynayıram.
- Anam qurban olum, neçə dəfə
demək olar istəmirəm, məni
başa düşün. Heç oğlanı sən də
görməmisən nə bilirsən ki,
kimdir. Nə olsun ailəni
tanıyırsan bəlkə oğlan avaranın
biridir, bəlkə məni hər gün
döyəcək, ac saxlayacaq, sizinlə
görüşməyə qoymayacaq, heç
çölə çıxmağa qoymayacaq
bəlkə. Hiiii bəlkə narkomandır?
- Ay qız bəsdir axmaq- axmaq
danışma. Bu dövrdə elə vəhşi
adam var? Narkoman olsaydı
adlı -sanlı ailədir səs yayılardı
aləmə.
- Sən deyilsən deyən ki, hər şey
ola bilər.
- Mən yoruldum sənə söz
deməkdən. Atan gələr özün
üzünə deyərsən istəmədiyini.
Məni də bu işə qatma.
- Deyərəm. Niyə demirəm. Hər
halda atam səndən fərqli
olaraq məni başa düşər!
İnşallah başa düşər....deyə
pıçıltı ilə özünə təsəlli verməyə
çalışdı. Çünki Ülviyyə bilirdi ki,
atasına heç nə də deyə
bilməyəcək. Atası nə qədər
Ülviyyəyə bağlı olsa da onun
zəhmi hər kəsi qorxudurdu,
ondan çəkinməyə vadar edirdi.
Vəzifəsi hərbiçi olduğundan
sərtliyinin üstünə daha da
sərtlik gətirirdi.
-Ülviyyə atan çağırır.
- Gəlib? Ana... Ana..
- Ana ana deyib durma. Dedim
axı məni bu işə qatma. Get
özün danış.
- ... axı...ehh anam..
- Gəl görüm bura. Mənə sözün
var?
- Kimin.. mənim? Xeyr sözüm
yoxdur. Nə sözüm olacaq.
- Əminsən?
- Hə..həə əminəm.
- Onda gedə bilərsən.
- Mən..... ata... mən. Yaxşı...
- Ülviyyə.
- Bəli.
- Yaxın gəl. Otur! Bax qızım, biz
valideynlər sadəcə
övladlarımızın xoşbəxtliyini
fikirləşirik. Sağol indiyə qədər
başımızı hər yerdə uca
tutmusan. (Müəllif Lili SH)Hər
yerdə fəxrlə sənin haqqında
danışırıq. İndiyə qədər səni
nəyəsə məcbur etməmişik
bundan sonra da məcbur edən
deyilik.
Mən söz vermişəm ki,
düşünəcəyəm, amma sənin
sözün daha önəmlidir. Yaxşı
yaxşı fikirləş. Bizim könlümüz
ondan yanadır, amma sən nə
desən o olacaq.
- Çox sağol.
- Anana sağol de.
Ülviyyə bu işdə də anasının əlini
olduğunu artıq atası sözünə
başlayanda bilirdi. Atasının
yanından gülər üzlə qayıdıb
mətbəxə keçdi.
- Deməli qarışmırdın hə? Deməli
mən özüm həll etməliydim? Sən
bilirsən də yəqin ki, dünyanın
ən yaxşı anasısan.
- Yaxşı görək bayaq belə
demirdin amma.
- Keçmişlə yaşamayaq biz
gələcəyə baxaq elə deyil?
- Yenə başladı ağıllı ağıllı
danışmağa. Əlimdən qurtula
bilməyəcəksən onsuzda,
oğlanın anası ilə danışdım. Bu
gün səni gözləyəcək. Tanış
olarsınız görək sonra nə olacaq.
- Bir dəq nə tanışlıq? Danışdıq
axı rədd cavabı verəcəksiniz.
- Xeyr elə bir şey danışmamışıq.
Biz dedik ki, əvvəlcə tanı sonra
qərar ver.
Ülviyyə etiraz etməklə bir şey
çıxmayacağını başa düşmüşdü.
Öz özünə düşündü ki, ən yaxşısı
gedib oğlana istəmədiyini açıq-
açıq desin. Bəlkə o da istəmir
elə. Bu işi də ordaca həll etmiş
olaram. Özüdə birdəfəlik.
- Görüş hardadır?
- Nə?
- Oğlanın adının da de tapa
bilim.
- Mənim ağıllı balam. ay sağol.
Bax bu başqa məsələ. Adı
Rəşaddır. Bu gün səni saat 4 də
Dəniz kənarındakı kafedə
gözləyəcək.Bir dəq. Sən belə
asan yola gələn deyilsən. Mənə
bax oğlanı tərsləyib eləmə.
- Mən heç elə bir şey eləyərəm.
- Əlbətdəki. Özünü bizə
tanıdırsan?
- Nəisə mən gedim hazırlaşım.
- Bax eşidəm biləm oğlana nəsə
demisən atanın canı üzünə
baxmaram. Eşidirsən məni
- Səni sevirəm ana!
Otağın dərinliyindən gələn bu
səs Gülnazın üzündəki qırışı
gülüşlə əvəz elədi “Dəli qız,
guya bilmirəm nə deyəcəyini.
Oğlana boşuna bəri başdan
xəbərdarlıq etməmişik ki, qız
səni tərsliyəcək açıq -açıq yox
deyəcək, amma sən onu yola
gətirə bilərsən”

[cavab]

pol Ayan01 20 May 2014 / 22:02
(Ülviyyə kafedə)
Mən indi nə bilim ki, o gəlib
yoxsa yox. Heç soruşmadım ki,
nə geyinib. Indi burda qışqırım
ki, Rəşad kimdir. Eh... Yəqin bu
oğlandır. Burda ondan başqa
tək oturan yoxdur.
- Salam
- Aleykuma salam
- Siz?
- Siz?
- Ananız demişdi ki, burda
gözləyəcəksiniz. Gecikmişəm
deyəsən?
- Eybi yox. Ziyanı yoxdur.
Buyurun əyləşin, Nə isə
istəyirsiniz?
- Xeyr sağolun heç nə
istəmirəm. Çox qalmayacam.
Bir iki söz deyib gedəcəm.
- Buyurun.
- Baxın, mənim hələki ailə
qurmaq kimi niyyətim yoxdur.
Valideynlərimiz öz aralarında
danışsalar belə bilin ki, mən
istəmirəm. Ümid edirəm ki, siz
də mənimlə eyni fikirdəsiniz.
Bura ona görə gəldim ki,
evdəkilərə söz verdim ki, gedib
tanış olacağam. Amma bu heç
nəyi dəyişdirməyəcək. Yəqin ki,
məni başa düşürsünüz. Ülviyyə
oğlanın düzüzünə baxaraqbir
nəfəsəsözləri dedi. Oğlanın üz
cizgiləri dəyişmədən eyni
soyuqqanlılıq və cəldliklə cavab
verdi.
- Eyniliynən. Bura sadəcə
valideyinimin sözünü yerə
salmamaq üçün gəlmişəm. Sizin
də belə düşünməyiniz məni
sevindirdi.
- Lap yaxşı. Eyni fikirdə
olduğumuza görə məsələ həll
olundu deməkdir.
Hər iki rahat nəfəs almış şəkildə
stula söykəndilər. Ülviyyə göz
altı oğlanı süzdü.
Pis oğlana oxşamır. Mədənidir.
Görünür ki, yaxşı tərbiyyə alıb.
Həm də....Allahım bu nə
yaraşıqdır... Ülviyyəəə...özünə
gəl...Mən nə danışıram? Nəisə
burda çox qalsam işləri
korlayacam. Ən yaxşısı durub
getmək. Ülviyyə içindəki səsə
uyğun olaraq üz cizgilərinin
dəyişdiyinin fərqində deyildi.
Sağollaşmaq istəyirdi ki, qarşı
tərəfin səsi onu qabaqladı.
- Madəm ki, razılığa gəldik
getmədən əvvəl bəlkə bir
stəkan çay içək.
- Olar.
Olar nədir ay qız durub
getməliydin axı. Bir stəkan
çaydan heç nə olmaz. Bunu içib
duraram.
1saat sonra
Bayaq gedirdim eee guya. Artıq
1 saatdır burdayam. Neynim
çox maraqlı söhbət edir. Ən
yaxşısı gedim. Deyəcək istəmir,
amma bayaqdan oturub. Off
mən niyə belə həyəcanlandım.
Qızardım.. sakit ol Ülviyyə belə
görsə səni anlayacaq hər şeyi..
Hər şeyi? Hansı hər şeyi? Heç bir
şey də yoxdur. İndi getməsəm o
hər şeyi korlayacağam...
- Maraqlı söhbətinizə görə çox
sağolun, amma mən
getməliyəm.
- Əsl mən sizə minnətdarlığımı
bildirirəm. Bir saat mənim üçün
çox tez keçdi. Sizi tanıdığıma
şad oldum.
Ülviyyə oğlanını fikrə daldığın
gördü. Onun sözü istər istəməz
oğlanı diksindirdi. Ülviyyə
xəfifcə gülümsəyərək - Birdə
xahişim olacaq.
- Buyurun nə istəsəniz.
Bu sözə qızaran Ülviyyə
gülüşünü gizlədə bilmədi.
- Bu tanışlıqdan məmnun
qalmadığınızı valideynlərinizə
siz də desəniz?
- Narahat olmayın. Həll
eləyərik.
- Çox sağolun.
Ülviyyə kafedən evə gələnə
kimi onu yadından çıxarda
bilmirdi. Üzündə təbəssümlə
söhbətlərini xatırlaya- xatırlaya
evə çatmışdı. Anası bu halını
görməsin deyə özünü tez
toparladı və qapını açdı.
-Ülviyyə, qızım sənsən?
- Hə ana mənəm.
Gülnaz xanım mətbəxdən
tələsik halda dəhlizə gəldi.
- Nə oldu qızım? Görüşdünüz?
- Görüşdük.
- ...
- Niyə elə baxırsan?
- Sən hər şeyi olduğu kimi danış
məndə baxmayım.
- Heç nə olmadı getdim,
gördüm pis oğlan deyil. Amma
o da tərəddüd edirdi. Belə
fikirləşirəm ki, istəməyəcək.
- Niyə? Minnəti olsun ki, sənin
kimi qız onun görüşünə gedib.
Ülviyyə bu söz anasının
yanaqlarını öpərək - Nə bilim?
Dedim axı belə fikirləşirəm.
Telefon zəng çalır. Mən baxım
sən baxırsan.
- Mən baxaram yəqin oğlanın
anasıdır.
Ülviyyə əllərini ovuşduraraq
üzündə xain bir təbəssümlə “Bu
işdə burda həll olundu. Amma
pis oğlan deyildi. Belə mədəni,
ağıllılar təsadüfən olur. Nə isə
onsuzda bir də görüşən deyilik.”
Deyə düşünürkən anasının səsi
onu fikrindən ayırdı.
- Ülviyyə. Ülviyyə!
- Burdayam nə olub.
- Niyə yalan deyirsən? Ayıb deyil
sənə.
- Başa düşmədim.
- Gülyaz xanım bayaqdan
üzrxahlıq edir. Deyir Rəşadın işi
olub gələ bilməyib. Xəbərdarlıq
etmək istəyirmiş, amma
telefonu götürən olmayıb.
- Necə yəni? Onda mənim tanış
olduğum o oğlan kimdir?
(Oğlan kafedə)

[cavab]

pol Ayan01 20 May 2014 / 22:04
İşim gücüm var harda qaldı bu
qız. Mən indi ona necə deyim ki,
mən onunla ailə qurmaq
istəmirəm.Evdəkilərin xahişi ilə
gəlmişəm. Allah bilir qız artıq
çoxdan gəlinliyinə kimi planlar
qurub. Qəlbini qırmadan öz
fikrimi çatdırmalıyam. Bircə
ağlamasın.
- Salam
- Aleykuma salam
- Siz?
- Siz?
- Ananız demişdi ki, burda
gözləyəcəksiniz. Gecikmişəm
deyəsən?
- Eybi yox. Ziyanı yoxdur.
Buyurun əyləşin, Nə isə
istəyirsiniz?
- Xeyr sağolun heç nə
istəmirəm. Çox qalmayacam.
Bir iki söz deyib gedəcəm.
- Buyurun.
- Baxın, mənim hələki ailə
qurmaq kimi niyyətim yoxdur.
Valideynlərimiz öz aralarında
danışsalar belə bilinki, mən
istəmirəm. Ümid edirəm ki, siz
də mənimlə eyni fikirdəsiniz.
- Eyniliynən. Bura sadəcə
valideyinimin sözünü yerə
salmamaq üçün gəlmişəm. Sizin
də belə düşünməyiniz məni
sevindirdi.
- Lap yaxşı. Eyni fikirdə
olduğumuza görə məsələ həll
olundu deməkdir
Bu iş umduğumdan asan oldu.
Ağlamaq, sızlamaq olmadan öz
xoşluğu ilə yox dedi. Xoşuma
gəldi açıq sözlüdür. Nə
istədiyini bilənlərdəndir.
- Madəm ki, razılığa gəldik
getmədən əvvəl bəlkə bir
stəkan çay içək.
Nə çayı? Qız indi deyəcək nə
üzlü adamdır. Qəbul etsə də
pərt olmasam.
- Olar.
1 saat sonra
Belə olacağını gözləmirdim.
İkimizində susacağını zənn
edərkən çox maraqlı söhbət
alındı. Ayrıca təbəssümün bir
insana bu qədər yaraşdığını
birinci dəfədir görürəm. Nə
danışıram mən. Oğlum özünə
gəl. Sadəcə bir saatlıq söhbət
oldu və bitdi. Birdə
təkrarlanmamaq üzrə.
Ülviyyənin incə səsi səssizliyi
pozdu.
- Nə isə maraqlı söhbətinizə
görə çox sağolun, amma mən
getməliyəm.
- Əsl mən sizə minnətdarlığımı
bildirirəm. Bir saat mənim üçün
çox tez keçdi. Sizi tanıdığıma
şad oldum.
-Mən də. Sağolun.
- Birdə xahişim olacaq.
- Buyurun nə istəsəniz.
Ülviyyənin bu söz gülümsədiyini
görəndə istər istəməz pərt
oldu. Sözü elə iştahla dedi ki,
elə bil Ülviyyənin ondan nə isə
istəməsi onun üçün çox vacib
idi.
-.Bu tanışlıqdan məmnun
qalmadığınızı valideynlərinizə
siz desəniz?
- Narahat olmayın. Həll
eləyərik.
- Çox sağolun.
Siz sağolun....getdi... Amma nə
yalan deyim sən yox
deməsəydin mən etirazımı
bildirməzdim. Ülviyyənin arxası
ilə deyilən bu sözlər elə pıçıltı
ilə deyilmişdi ki, özü belə
eşitmədi. Və balaca oğlanlar
kimi əlləri cibində fit çala çala
arada Ülviyyənin gülüşünü
yadına salaraq gülmsəyə
gülümsəyə başını yelləyirdi. Bu
halı özünə qəribə gəlirdi.
İçindən heyfsləndi ki, Ülviyyə
tanış olmaq istəməyib. Evə
çatanda isə onu sürpriz
gözləyirdi.
- Şəhriyar sənsən oğlum?
- Hə ana mənəm.
- Xoşgəldin. Getmişdin görüşə?
- Getdim... Ana, qızın da bu işdə
könlü yoxdur. Gəlin siz bu işdən
əl çəkin. Nə o, nə də mən razı
deyilik. Bu söhbət burdaca
bağlansın. Oldumu gözəl anam?
- Sən kiminlə görüşmüsən?
- Necə yəni kiminlə? Zülfiyyə ilə.
- Oğlum bir az əvvəl Sevinc
zəng eləmişdi. Zülfiyyə səni
gözləyib, amma sən
getməmisən. Qız yazıq 1 saat
orada gözləyib.
- Necə yəni...Bir dəqiqə əgər
Zülfiyyə ilə görüşməmişəmsə
bəs onda mənim tanış olduğum
o qız kimdir?
Ardı var .... gelen bolumde
red. Ayan01 (20.05 /22:09)

[cavab]

pol tutu 20 May 2014 / 22:38
Ayyy ardi tez gelsindeee xais ediremcox maraqli geldi

[cavab]

pol Ferid22 20 May 2014 / 22:42
Kinoıara Cox Baxıxırsınız Deyəsən .. bezdim oxumaqdan

[cavab]

pol Ayla 20 May 2014 / 22:47
Rengli duwunceler)

[cavab]

pol PoRsHe_911 20 May 2014 / 22:48
Ferid22,

[cavab]

pol Ferid22 20 May 2014 / 22:52
PoRsHe_911, xaxaca

[cavab]

pol Ayan01 20 May 2014 / 23:48
tutu, axsam yazacam canim

[cavab]

pol ErRoR_PC 20 May 2014 / 23:54
Maraqlidi

[cavab]

[1] 2 3 ... 21 →

 
Bölmeye qayıt
19.04.13 22:00
0.1759 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az