==MeNCe HeR KeS BuNu BiLMeLiDiR==
ErRoR-TeRRoR
20 May 2014 / 13:49
Ağdam rayonu 1930-cu ildə təşkil
edilmişdir. Rayonun sahəsi 1094
kvadrat km olmaqla relyefi əsasən
düzənlik, qismən dağlıqdır. Ağdam
rayonu Azərbaycanın qədim,
füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində – Qarabağ
dağ silsiləsinin şimal-şərq
ətəklərində, Kür-Araz ovalığının
qərbində yerləşir. Dəniz
səviyyəsindən yüksəkliyi 410 metr,
maksimum yüksəklik 1365 metrdir. İqlimi əsasən mülayim isti, quraq
subtropikdir. Dağətəyi yerlərdə
yüksəklik artdıqca iqlim
mülayimləşir. Ən çox yağıntı
dağətəyi sahələrə düşür. İllik yağıntı
300-550 mm-dir. Rayonun ərazisindən Qarqar və Xaçın çayları
axır. Dağlıq Qarabağ hadisələri
başlayandan Ağdam burada
cərəyan edən hadisələrin episentri
olmuşdur. Mövcud dövlətini qədim
Azərbaycan torpaqları üzərində qurmuş Ermənistan Azərbaycanın
yeni bir ərazisini – Dağlıq Qarabağı
işğal etmək məqsədi ilə 1988-ci ilin
fevralından başladığı müharibəyə ilk
olaraq məhz Ağdam rayonu cəlb
olunmuş, hadisələrin ilk günlərindən ən böyük ağırlıqlar
Ağdam rayonunun, onun əhalisinin
üzərinə düşmüşdür.
1988-ci ilin son aylarında
Ermənistandan öz ata-baba yurd
yuvalarından, daha sonra Dağlıq Qarabağ Muxtar Vilayətindən
doğma isti ocaqlarından silah
gücünə amansız vəhşiliklərlə
qovulub didərgin salınan on
minlərlə azərbaycanlı məhz Ağdam
rayonuna pənah gətirdi. 1992-ci ildə Dağlıq Qarabağı bütünlüklə
işğal edən Ermənistan bədnam rus
ordusuna arxalanaraq bununla
kifayətlənməyər ək Dağlıq Qarabağın ətraf rayonlarına da
hücum etdi. Xüsusən Ağdama olan
hücumların ardı – arası kəsilmirdi.
1993-cu ilin may ayının 11-dən
etibarən qızışan bu hücum
əməliyyatları həmin il iyul ayının 23- də Ağdamın süqutu ilə başa catdı.
Bundan sonra 1994-cü il mayın 12-
dək davam edən hərbi təcavüz
nəticəsində ermənilər Ağdam
rayonunun 846,7 kvadrat km-i,
yəni ümumi ərazisinin 77,4 %-ni işğal etməyə nail oldu. İşğal edilmiş
Ağdam şəhəri və 87 kənd oxşarı
olmayan bir vəhşiliklə darmadağın
edilərək yerlə yeksan olundu.
Ağdamın müdafiəsi üzrə döyüşlərdə
5 min nəfərdən çox azərbaycanlı həlak oldu, minlərlə insan fiziki
şikəstlik qazandı, rayonun 126 min
nəfərdən çox əhalisi öz doğma ev-
eşiyindən qovularaq məcburi
köçkünə çevrildi.
[cavab]
samur_lezqin
20 May 2014 / 14:21
qaqa saol
[cavab]
Leqo_Fantastic
20 May 2014 / 14:42
doqrudu sagol mende agdamliyam sene hormetim coxdu
[cavab]
ErRoR-TeRRoR
20 May 2014 / 14:48
samur_lezqin, twk
[cavab]
ErRoR-TeRRoR
20 May 2014 / 14:50
Leqo_Fantastic, twk. Cox gozel. Qarwiliqlidi
[cavab]
Qalaciq
20 May 2014 / 15:28
Axmaq seni bana atacam
[cavab]
ErRoR-TeRRoR
20 May 2014 / 15:52
Qalaciq, Bilerekden ozunu tehlukeye atmaq gunahdir bununcun de agilli ol gunaha batma
[cavab]
Bölmeye qayıt