! Vayy olsun o qadina ki,eri ondan narazidir.

pol ozdunyamiz 2 Noy 2012 / 22:32
Bir gün Imam Əli ibn Əbu Talib (ə) Fatimeyi-Zəhra (ə) ilə birlikdə Həzrət Mühəmməd Peyğəmbərin (s) yanına gəlmişdi. Gördülər ki, Peyğəmbər dərdli-dərdli ağlayır. Əli (ə) soruşdu: “Atam-anam Sənə fəda olsun, ey Alahın Rəsulu! Niyə ağlayırsan?”.

Peyğəmbər cavab verdi: “Merac gecəsində mənə cəhənnəmi göstərəndə ümmətimdən çoxlu qadının orada əzab çəkdiyini gördüm. Indi onların halını yadıma salıb ağ
layırdım. Bir qadını saçlarından asmışdılar, cəhənnəm alovunun hərarətindən kəl
ləsində beyni qaynayırdı. Başqa bir qadını dilindən asıb, cəhənnəmin qaynar suyunu boğazına tökürdülər. Bir qadın öz bədəninin ətini çeynəyib yeyirdi, ayaqlarının altından od çıxırdı. O biri qadının əl-ayağını bağlayıb, ilanların və əqrəblərin arasına atmışdılar. Bir başqa qadın alovlu təndirin içində başıaşağı asılmışdı. Cəhənnəmdə donuz başlı, uzunqulaq bədənli bir qadın da gördüm ki, çox dəhşətli əzablara giriftar olmuşdu. Başqa bir qadın isə it sifətinə düşmüşdü, od onun oturacağından daxil olub ağzından çıxırdı, əzab mələkləri odlu gürzlərlə onu döyürdülər”.
Fatimə (ə) soruşdu: “Atacan, bu qadınlar dünyada nə günah ediblər ki, axirətdə bu cür qorxunc əzablara layiq olublar?”. Peyğəmbər cavab verdi: “Qızım, saçlarından asılan və istidən beyni qaynayan qadın dünya həyatında ... naməhrəm kişilərdən örtünməzdi. Dilindən asılan və cəhənnəmin qaynar irinli-çirkli suyunu udan qadın ərindən icazəsiz evini tərk edib çıxırdı. Öz bədəninin ətini yeyən qadın həyatı boyunca özgə kişilərdən ötrü bəzənib-düzənirdi. Əl-ayağı bağlı halda ilan və əqrəblərin əhatəsində qalan qadın paklığa əhəmiyyət verməzdi, heyz qanını üst-başından təmizləməzdi, namaza barmaqarası baxardı. Donuz başlı, uzunqulaq bədənli qadın yalan danışar, söz gəzdirərdi. Nəhayət, it sifətini alan və alov oturacağından girib ağzından çıxan qadın isə naməhrəm kişiləri əyləndirib onlar üçün nəğmə oxuyardı, özü də çox paxıl idi”.
Sonra o həzrət buyurdu: “Vay olsun o qadının halına ki, əri ondan narazıdır...”.

Hormetle (Bluffmaster, Ozdunyamiz, Nurlanichka)

[cavab]

pol Mehdi* 2 Noy 2012 / 23:20
bes er bir evin icinde yasadigi xanimina ehemiyet vermirse,butun gunu arvadinin usaginin ne istediylerini neye ehtiyaci oldiglarini sorusmursa deseler bele ehemiyet vermirse,xanimin o biri otaqda ne cekdiyini,agridiginimi,incidiyinmi maraglanmayan,butun gunu internetde bos bos avaralanan,insan yerine qoymuyub hara getdiyini bele demeyen kisinin axiri nece olacag.eger o qadin her gun ALLAHA bele erden narazi oldugunu dese nece olar onun hali.halbuku sevib evleniblr.demek sevgi bosdur bir usaq olana kimidir.bele ailsine laqeydlerin axireti nece olacau.....

[cavab]

pol BEATIFUL 2 Noy 2012 / 23:53
ozdunyamiz,
Allah razi olsun twkler

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1196 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az