Tarla.az yenilik..!
Veliko
19 May 2014 / 17:55
Abbasilərin beşinci
xəlifəsi Harun ər-
Rəşid sarayının
bağçasındakı bir gül
kolunu çox sevirmiş.
Bu gülə xüsusi
qulluq etməsi üçün
bağbanına əmr verir:
- Bağçaya hər gəldiyimdə bu gülə
baxaraq dincəlirəm, ona yaxşı bax,
tez-tez sula, gözün üstündə olsun.
Bağban xəlifənin əmrinə tabe olar,
gülə qarşı çox diqqətli
davranmağa
çalışar. Amma bir gün bağçaya
girəndə bir bülbülün o gülün
bütün
yarpaqlarını qırıb tökdüyünü,
özünü
də dəlik-deşik etdiyini görüb
qaçaraq xəlifənin yanına gedər:
-Sultanım, qorumağı əmr etdiyiniz
gülü qoruya bilmədim, bir bülbül
onu tamamən məhv edib.
Təcrübəli xəlifə gülümsəyir və
deyir:
- Narahat olma o bülbül cəzasız
qalmaz.
Rahatnəfəs alan bağban işinin
başına dönər. Bir müddət sonra
bir
ilanın həmin bülbülü
öldürdüyünün
şahidi olur və yenə qaçaraq
xəlifənin
yanına gedir.
- Sultanım, dediyiniz doğru çıxdı.
Bir
ilan bülbülün cəzasını verdi. Xəlifə
yenə gülümsəyir:
- Narahat olma ilan da cəzasız
qalmaz.
Bağban işinin başına dönər. Bir
gün
bağçada işləyərkən otların
arasında
ilanı görüb, əlindəki bel ilə onu
öldürür və bu xoş xəbəri xəlifəyə
söyləmək üçün yanına gedir.
Xəlifə yenə gülümsəyir və sakit
səslə:
- Gözlə, gözlə sən də cəzasız
qalmayacaqsan, - deyir.
Bu hadisənin üstündən çox
keçmədən həmin bağban başqa
bir
bağban yoldaşı ilə dava edir, dava
əsnasında onu öldürür. Tutub
xəlifənin hüzuruna gətirib
cəzalandırılmasını tələb edirlər.
Xəlifə əmrini verir:
- Atın onu zindana!
Bağbanın qollarından tutub
zindana
aparmaq istəyirlər ki, xəlifəyə
sözüm
var deyir:
- Sultanım, bülbül cəzasız qalmaz
dediniz onu ilan yedi. İlan cəzasız
qalmaz dediniz onu mən
öldürdüm.
Mən də cəzamı alır, zindana
atılıram.
Heç kim cəzasız qalmırsa sizin də
etdiyiniz cəzasız qalmayacaq.
Kimsə
də sizi cəzalandıracaq. Elə isə məni
cəzalandırmayın ki, başqası da sizi
cəzalandırmasın.
Bu söylənilənləri təbəssümlə
dinləyən Harun ər-Rəşid “Doğru
deyirsən, bağban” deyərək onu
azad
etdirir.
Buna şahid olan saray xalqı:
- O, cəzasız qaldı, - deyirlər.
- Xeyr, xeyr, - deyir Harun ər-Rəşid.
Hər kəs etdiyinin qarşılığını daha
ağır şəkildə axirətdə ödəməyə
məcbur ediləcək. Amma qafil
insanlar bunu dərk etməz və
cəzasız
qaldığını sanarlar...
[cavab]
*_AvArA_QaQaS_*
19 May 2014 / 18:00
[cavab]
Saban*
19 May 2014 / 18:01
[cavab]
____SERAP____
19 May 2014 / 18:18
Veliko, ay canım teşk,çox elaidi oxudum beyendim. Hetda nese neticede elde etdim. Eksiy olma minetaram
[cavab]
**K_I_L_L_E_R**
19 May 2014 / 18:20
Super
[cavab]
drakon00
19 May 2014 / 18:21
Ela ela ela ela
[cavab]
jaquar1999
19 May 2014 / 18:21
[cavab]
Veliko
19 May 2014 / 19:30
____SERAP____, cox sagol Lale :)
[cavab]
RUSIYA
19 May 2014 / 19:51
ELAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAA......
[cavab]
____SERAP____
19 May 2014 / 19:52
Veliko, deymez. Sende sağol
[cavab]
Bölmeye qayıt
0.3099 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az