Ələm və Ucan Ələm nə deməkdir?
NARDARANLI
17 May 2014 / 02:22
“Ələm” ərəb sözüdür. Bir mənası bayraqdır.
Qədim dövrdən savaşlarda bayraq döyüşən
qüvvələrin əsas atributu olub. Döyüşün taleyini bir
çox hallarda məhz bayraqlar (ələm) həll edib. bir
çox döyüşlərdə məhz bayrağın qorunması, onun
enməməsini təmin etmək üçün döyüşçülər böyük
qəhrəmanlıq göstəriblər. Analoji hadisə 680-ci il
(hicri 61-ci il) İraqın Kərbəla çölündə baş verir.
Xəlifə Yezidin ordusu tərəfindən mühasirəyə alınan
İmam Hüseynin (ə) tərəfdarları Məhərrəm ayının
10-da həlledici döyüşə girirlər. Aşura ilə bağlı
tarixi sənədlərdə qeyd olunur ki, Aşura günü
döyüşdən əvvəl İmam Hüseyn (ə) ələmi kiçik
qardaşı, qəhrəmanlığı ilə tanınan Əbulfəzl Abbasa
(ə) verir. Aşura günü Əbulfəzl Abbas (ə) sona
qədər ələmi qoruyub saxlayır, düşmənlər onu ağır
yaralayıb, qollarını kəsdikdən sonra İmam
Hüseynin qəhrəman qardaşı bayrağı dişləri ilə
tutaraq onun enməsinin qarşısını alıb. Həzrət
Abbasın bu qəhrəmanlığı Aşura ilə bağlı
mərasimlərin əsas epizodlarından biridir. Ə.Abbas
sədaqət və qəhrəmanlıq simvolu kimi xatırlanır. Bu
səbəbdən ötən yüz illər ərzində ələm daşımaq
Aşura mərasimlərinin əsas atributlarından birinə
çevrilib. Aşura mərasimlərində Ələm mərasimə
gətirilir və ona Həzrət Hüseynin (ə) bayrağı kimi
ehtiram edilir. Əbulfəzl Abbas ələmdar, yəni
bayraqdar titulu ilə xatırlanır.
İndi geniş yayılan ələm isə xüsusi işarəsi ilə seçilir.
Əl və 5 barmaq simvolundan ibarət olan Ələmin
Aşura hadisəsindən sonra meydana çıxdığı güman
olunur. Bəzi məlumatlara görə, ələm Həzrət
Əbulfəzlin kəsilmiş əli, eyni zamanda Əhli Beyti
(Həzrət Məhəmməd (s.ə.s), İmam Əli (ə), Həzrət
Fatimə (ə), İmam Həsən və İmam Hüseyn (ə.s))
simvolizə edir. İlk dəfə ələmi Kərbəla hadisəsindən
bir qədər sonra üsyan edən və tövbəkarlar,
təvvabinlər adlanan üsyançıların istifadə etdiyi
bildirilir. Sonrakı əsrlərdə ələm bu və ya digər
dövlətlərin, dini-siyasi hərəkatların əsas
simvollarından biri kimi istifadə olunub.
Qədim dövrlərdən bu günə qədər ələm Aşura
mərasimlərinin əsas atributlarından biri olaraq
qalır. Bir qayda olaraq ələm Aşura günü ən sonda
meydana gətirilir, İmam Hüseyn (ə) tərəfdarlarının
mübarizə simvolu kimi daşınır. Hazırda İran və İraq
kimi ölkələrdə ələm Aşura mərasimlərində istifadə
üçün xüsusi olaraq hazırlanır. Həddən artıq böyük
və dəmirdən hazırlandığı üçün ağır olan ələmi
yalnız ən güclü əzadarlar hər biri növbə ilə bir
neçə metr daşıya bilirlər. Ələm daşımaq xüsusi
güc tələb edir.
Azərbaycanda qədimdən bu yana Aşura
mərasimlərində ələm gətirilib. Eyni zamanda bir
neçə bölgədə “gəzən ələm” adlandırılan simvollar
mövcud olub. Xalq arasında yaranan inanca görə
bu ələmlər Aşura günü gəzir, niyyət edən insanlara
yaxınlaşır və sair. Dini baxımdan ələmin gəzməsi
və ya ələm hadisəsinin heç bir əsası yoxdur. Ələm
mərasim atributu kimi meydana çıxıb və onun
möcüzə göstərməsi və ya iddia edildiyi kimi,
gəzməsi cəhalət və fırıldaqçılıq kimi qəbul olunur.
Bir sıra din alimləri məclislərə ələm gətirilməsinə
icazə versələr də, bu əməllərin dinin əsas
qaydalarına zidd olmaması ilə bağlı qəti tələb
qoyublar.
***Uçan ələm nədir?
"Uçan Ələm"i təbliğ edənlər yalançı ve dinsizlərin
İslama zərbəsidir!
Ələm – Həzrət Abbasın kəsilmiş qollarını,
qəhrəmanlığı və rəşadəti simvolizə edir. Ələmin
hansısa məqsədlər üçün istifadə edilməsi,
“coşması”, “uçması” heç bir dini məntiqlə uzlaşmır
və xurafat xarakterli əməllərdir. Bunun İslamla heç
bir əlaqəsi yoxdur və əslində imam Hüseyn (ə)
məktəbinin böyük hədəflərini kiçildir.
Hacı Şahin Həsənli (“Məşədi Dadaş” məscidinin
imam-cüməsi)
***
Salam olsun hüseynçilərə!
Bəndəyə verilən suallardan biri də uçan ələmlər
barəsindədir.
Cavab: Bunu edənlər yalançı ve dinsizdirlər. Buna
inanmaq dini şeytana satmaq deməkdir! Saf
insanların inancları ilə oynamaq deməkdir. O işlə
məşğul olanları Allah hidayət etsin. Olmasalar bu
dinə zərbə vurmaq istəyən bu aktyorların
zəlilliklərini artırsın!
Hacı Elxan Badkubei (Rəsmi Fb səhifədən)
***
Ələmi biznes, pul qazanmaq vasitəsinə çevirmək
yolverilməzdir və bunu böyük bir günah hesab
edirəm. Belə hərəkətlər Peyğəmbərə (s), imam
Əliyə (ə), imam Hüseynə (ə), Həzrət Abbasa
xəyanətdir.
Hacı Samir Ağayev ("Qasımbəy" məscidinin imam-
cüməsi)
[cavab]
Saccc
17 May 2014 / 02:50
tsk ela idi
[cavab]
NARDARANLI
17 May 2014 / 03:54
Saccc, Allah razi olsun
[cavab]
Bölmeye qayıt