Dua bizim üçün verilmiş bir hədiyədir

pol Ayla 17 May 2014 / 02:13
Kasıb geyinmiş bir qadın qayğılı bir şəkildə
ərzaq dükanına girdi. Utana-utana dükan
sahibinə yaxınlaşaraq, həyat yoldaşının
xəstə olduğunu, yeddi uşağı ilə ac
qaldıqlarını dedi. Dükan sahibi isə ona sərt
bir nəzərlə baxaraq, dükandan çıxmağı
tələb etdi. Qadın çıxış yolu olmadığı üçün
yalvarmaqda davam edir: Mənə inanın.
Pulumuz olan kimi sizin borcunuzu
ödəyəcəyəm, — deyirdi. Bu vaxt dükana
girən başqa bir müştəri onların bu
söhbətini eşitdi.
Üzünü dükan sahibinə tutub: Ona
istədiklərini verin, borcunu da mənim
adıma yazın, — dedi.
Dükan sahibi həvəssiz bir şəkildə, bir az da
istehza ilə qadından: Sizdə alacağınız
ərzaqların siyahısı varmı? — deyə soruşdu.
Luiz başını aşağı əyərək: Var, — deyə cavab
verdi.
Dükan sahibi: Elə isə, o siyahını tərəzinin
bu gözünə qoyun. Nə qədər gəlsə, sizə o
qədər ərzaq verəcəyəm, — dedi Luiz
birdən duruxdu, sonra çantasından
içərisində nə isə yazılmış bir kağız
çıxararaq, tərəzinin gözünə qoydu. Dükan
sahibi tərəzinin o biri gözünə ərzaqları
qoymağa başladı. Ancaq tərəzi dolub —
daşsa da, tərəzinin bu biri gözü əyilmək
bilmirdi.
Dükan sahibi: İnana bilmirəm. Bu necə ola
bilər? — deyə heyrətdən donub qaldı.
Nəhayət, çarəsiz qalıb tərəzidəkiləri qadına
verdi. Dükan sahibi maraqla kağızı götürüb
oxudu. Kağızda bu dua yazılmışdı: Allahım,
mənim nəyə ehtiyacım olduğunu Sən
bilirsən. Hər şeyin Sahibi Sənsən.
Sonra tərəzinin kağız qoyulan tərəfinin
qırıldığını və duanın nə qədər ağır
olduğunu Anlayır.

[cavab]

pol Saban* 17 May 2014 / 02:28
Ayla,

[cavab]

pol kazanova 17 May 2014 / 02:33
Olmus hadisedi?
pis doyul.butun dualariniz qebul olsun insAllah
red. kazanova (17.05 /02:34)

[cavab]

pol Fermer_Dayi_7 17 May 2014 / 02:49
Halal olsun

[cavab]

pol Saccc 17 May 2014 / 03:04
cox gozel

[cavab]

pol Romantik_DeLi 17 May 2014 / 04:01
Ayla, ela ıdı.

[cavab]

pol RUSIYA 17 May 2014 / 22:26
Ayla, halaldi sene ki, bu qeder weyi yazmisan...

[cavab]

pol kendci 17 May 2014 / 22:26
aylaaa

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.2253 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az