+Kibrit cöpleri+

pol Nurlanichka 2 Noy 2012 / 15:20
Kibrit çöpləri ( Maraqlidi
oxumaga deyer )
Heç kibrit çöplərinə diqqət
yetirmisinizmi?
Əgər diqqət yetirsəniz, siz də,
dediklərimizə haqq verərsiniz...
Kibrit çöpləri insanlara, kibrit
qutusu isə yaşadığımız cəmiyyətə
bənzəyir. Elə çöplər var ki, bir
məqsəd üçün yanır. Kimisi siqaret
yandırır, kimisi ocaq, kimisi də
boş yerə yanıb gedir. Özü ilə
birlikdə böyük bir evi, böyük bir
meşəni yandıranlar olur.
Ancaq qutuya baxanda hamısı
eyni görünür. Bəziləri o qədər
nazikdirlər ki, sanki heç
yanmayacaqlar. Ancaq ən yaxşı
yananlar da onlardır.
Bəziləri isə o qədər qalındırlar ki,
sanki yeri-göyü yandıracaqlar.
Ancaq özlərini də yandıra
bilmirlər.
Bəziləri də əyri-üyrü olsalar da,
işdə düzdürlər. Bəzi insanlar qalın
çöplər kimi ümidləri puça
çıxarırlar. Və çox keçməmiş
məhv olub gedirlər.Bəziləri isə
bir lampanın fitilini yanırırlar.
Özləri getsələr də, işıqları qalır.
Əlsiz-ayaqsız, şikəst insanlar isə
əyri çöpləri xatırladırlar.
Onların qiyməti formalarında yox,
məzmunlarındadır. Qutu isə
yaşadığımız cəmiyyətdir. Yaş
qutudakı kibritləri nə qədər
yandırmaq istəsəniz
yanmayacaq...
Bəzi çöplər isə tərs təbiətli
insanlar kimidirlər. Bütün çöplər
bir tərəfə baxsalar da, onlar tərs
tərəfə baxırlar. Qutu aşılanda da
ilk gözə dəyən onlar olurlar. Bir
də bir-birinə yapışan çöplər var,
onlardan biri yanan kimi istər-
istəməz o birini də yandırır.
Ancaq ən dəhşətlisi isə özləri ilə
qutularını da yandırırlar. Bunlar
yaşadıqları cəmiyyəti məhv
edənlərdir...

[cavab]

pol Bluffmaster 2 Noy 2012 / 15:23
Nurlanichka,ehsen...sozsuz cox maraqlidi

[cavab]

pol legenda 2 Noy 2012 / 15:46
ders cixartmag lazimdi ela

[cavab]

pol SeSiZ)(GeC 2 Noy 2012 / 23:56
aferin size

[cavab]

pol nina* 3 Noy 2012 / 00:32
cox maraqlidi..cox duzgun benzetmedi

[cavab]

pol oktavian 3 Noy 2012 / 03:37
Məntiqli Epitetdir.

[cavab]

pol ozdunyamiz 3 Noy 2012 / 03:39
oktavian, harda oxuyursuz?

[cavab]

pol Memo 3 Noy 2012 / 04:33
Nurlanichka,
maraqlıdı twk..

[cavab]

pol MaqnuM 3 Noy 2012 / 06:39
sadece AFERIN!

[cavab]

pol oktavian 3 Noy 2012 / 15:09
ozdunyamiz,BDU

[cavab]

[1] 2 →

 
Bölmeye qayıt
19.04.13 22:00
0.1806 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az