"QEZELL"

pol *_SADECE_MEN_* 16 May 2014 / 02:01
İncə qəlbimdə ümüdlər
çoxalır gizlincə,
Çıxmayır zahirə gizlində qalır
gizlincə.

Ağacın yarpağı zahirdə
solur...amma mənim,
Sarı yarpaq kimi ömrüm saralır
gizlincə.

Acı göz yaşlarımın damcıları
qəlbə axır,
Bir bulud tək dolur hər gün
boşalır gizlincə.

Demirəm kimsəyə qəlbimdə
nələr çəkdiyimi,
Məni yar həsrəti min dərdə salır
gizlincə.

Dəli könlüm daha bir yerdə
qərar tutmur inan,
Sıxılır hövsələ səbrim daralır
daralır gizlincə.

Gülməsin həsrətinə, dərdinə
biganə olan,
Çəkilir xəlvətə Teymur qocalır
gizlincə.

[cavab]

pol *Duyqu* 16 May 2014 / 02:09
*_SADECE_MEN_*,

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.2528 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az