§Qezelll§

pol *_SADECE_MEN_* 13 May 2014 / 20:33
Xoş günlərim
olmur əgər
olsaydı nə dərdim,
Qeysin günü məndən betər
olsaydı nə dərdim.


Qəlbimdəki, hər qüssə, kədər,
qəm...mənim ey gül,
Dağ ucadır dağ qədər olsaydı
nə dərdim.


Əğyar yolunu bağlayaram
ağlamaq ilə,
Gözdən süzülən yaş, xəzər
olsaydı nə dərdim.


Yarın qəminə dərdinə tab eyləyə
bilmir,
Ətdəndi ürək daş çəpər olsaydı
nə dərdim.


Dərdim dağılardı azacıq dərdi
bölərdim,
Həmdəm mənə gər, bir nəfər
olsaydı nə dərdim.


Qoydu məni həsrətdə küləklər
də ümüdsüz,
Hərdən mənə yardan xəbər
olsaydı nə dərdim.


Yardan məni etməklə tamam
dərbədər etdi,
Əğyarın özü dərbədər olsaydı
nə dərdim.
Sen`an, yenə zülmətdəyəm
aydın səhər olsun,
Olsun səhər olmur səhər
olsaydı nə dərdim!

[cavab]

pol *Duyqu* 13 May 2014 / 20:34
*_SADECE_MEN_*,

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.2406 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az