qaynana vs gelin

pol ErRoR_MEDVED 12 May 2014 / 13:44
O bu evə yeni gəlin gəlmiş,elə ilk gündən
qayınanası ilə bir yerdə yaşamağa
başlamışdı.Ancaq çox keçmədi ki, qayınanası
ilə aralarında dava-dalaş başladı. Artıq evdə
ağız deyəni qulaq eşitmirdi.
Dava-dalaşdan bezən gəlin, bir gün
kəndlərindəki loğmanın yanına getdi və dərdini
açıb danışdı. Loğman ona bitkilərdən bir zəhər
hazırladı və bunu hər gün az-az qayınanasının
yeməyinə qatmağı məsləhət gördü.
Loğman heç kim şübhələnməsin deyə, gəlinə
qayınanası ilə xoş davranmağı da tapışırdı. Evə
qayıdan gəlin tələsik "işə başladı". Hər gün
qayınanası üçün cürbəcür yeməklər bişirir, təbii
ki, bu yeməklərə zəhər qatmağı da unutmurdu.
Heç kim şübhələnməsin deyə, onunla xoş rəftar
etməyə başlamışdı. Artıq qayınanasının da ona
münasibəti dəyişmişdi.
Vaxt keçdikcə gəlin narahat olmağa başladı.
Hərəkətindən peşman olduğu üçün nə edəcəyini
bilmirdi. Bir gün yenə loğmanın yanına getdi.
Artıq yeganə arzusu qayınanasını ölümdən
xilas etmək idi. Loğman göz yaşları ilə
yalvaran gəlinə baxdı və qəhqəhə ilə gülməyə
başladı:
-Mənim sənə verdiyim zəhər deyildi. Onun içində
adi otlardan başqa bir şey yox idi.
Əsl zəhər sənin ürəyində idi. Sən qayınananla xoş
rəftar etdikcə o zəhər də əriyib getdi. İndi o
zəhərin yerində sevgi var.

[cavab]

pol Mr_PsiXxX 12 May 2014 / 13:49
mirtddasib lap gelinnen.maraqliydi sagol

[cavab]

pol TENHA_MEZAR 12 May 2014 / 16:06
super

[cavab]

pol chelsea2014 12 May 2014 / 16:14
gelinin esgerliyi qaynana evinde bashlayir qaynana olur dembil gelinde olur maladoy giriler tappa-tarap

[cavab]

pol *Duyqu* 12 May 2014 / 16:19
ALLAH mene en deyingen qaynanani nesib edsin inwALLAh.zarafatsiz en boyuk arzumdu.

[cavab]

pol jaquar1999 12 May 2014 / 17:28
Ela ela

[cavab]

pol ErRoR_PC 12 May 2014 / 18:02
Xaxaxa

[cavab]

pol **K_I_L_L_E_R** 12 May 2014 / 19:43

[cavab]

pol reshid11 12 May 2014 / 19:45

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.2203 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az