__QEZEL__

pol *_SADECE_MEN_* 12 May 2014 / 02:54
Göylərdə mələklər Əlinin
vurğunu olmaz?
Yerlərdə olanlar Həsənin
məftunu olmaz?

Müşgüldü Hüsensiz olasan
məqsədə na'il,
Məqsəd nədi bilməz hələ
qəflətdəki qafil.
Hər kim Hüseyn məktəbinə
olmasa daxil,
Mərdlik, kişilik məktəbinin
mə'zunu olmaz.

Bir gün yetəcək vəslə kim
Allahın eşitsə,
Qul, mütləq alar əcrini öz şahın
eşitsə.
Səccad i əleyhissalamın ahın
eşitsə,
Qeysin özü eşq aləminin
məcnunu olmaz.

Kim Həzrətü Baqirdən
uzaqlaşdısa bir an,
İslamdakı qanun nədi bilməz o
müsəlman.
O yerdə təmamən itirər
mövqeyin insan,
Bir yerdə əgər Əhli-beyt qanunu
olmaz.

Altıncı İmam möcüzeyi-hikmətü-
Xaliq,
Kim istəsə ustadı ola Cə'fərü-
Sadiq.
Ondan elm öyrənməyə can atsa
bir aşiq,
İllərlə həqiqət yolunun yorğunu
olmaz.

Zalimlərə o Museyi-Kazimdi
əyilməz,
Kim sevməsə o məsumu
dünyadə sevilməz.
Kim sevsə əgər qəlbinə şeytan
girə bilməz,
Nə qorxusu, nə cadusu, nə
ofsunu olmaz.

[cavab]

pol *Duyqu* 12 May 2014 / 02:54
super

[cavab]

pol @mudrik@ 12 May 2014 / 02:56
Gozel qezeldi

[cavab]

pol *_SADECE_MEN_* 12 May 2014 / 03:01
Diqqetinize gore minnetdaram

[cavab]

pol kazanova 12 May 2014 / 03:12

red. kazanova (12.05 /03:12)

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.2367 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az