! Agcaqanaddaki mocuze
ozdunyamiz
31 Okt 2012 / 23:28
Gəlin birlikdə bütün kainatı altı günün içində yoxdan var edən Allah təbarəkə və təalanın əzəmət və qüdrətinə qısa bir nəzər salaq: İlk öncə diqqətinizi Allah təbarəkə və təalanın son dərəcə dəqiqliklə xəlq etdiyi kiçik bir həşarata, ağcaqanada yönəltmək istəyirəm. Belə ki, bəzən bizi narahat edən və onu tələf etmək üçün müxtəlif vasitələrdən istifadə etdiyimiz bu həşaratı Allah təbarəkə və təala Qurani-Kərimdə misal olaraq göstərmişdir:
“ Əlbəttə, Allah (Quranda) ağcaqanadı və onun üstündəkini (və ya ondan daha böyüyünü) misal gətirməkdən çəkinməz. İman gətirənlər bunun öz Rəbbi tərəfindən bir həqiqət olduğunu bilirlər, kafirlər isə: “Allah bu məsəllə nə demək istəyir?” -deyirlər. Allah bununla (bu məsəllə) bir çoxlarını zəlalətə salır, bir çoxlarını isə doğru yola yönəldir. Allah yalnız fasiqləri zəlalətə düçar edir.” (əl-Bəqərə surəsi, 26-cı ayə)
Bəli, möhtərəm mömin bacı və qardaşlarım, Allahın bəşəriyyətə unvanladığı sonuncu əmr və qadağaları ehtiva edən Qurani-Kərimdə qeyd olunan, bizim xırda, ziyanverici həşarat kimi tanıdığımız ağcaqanad aləmlərin Rəbbi, Uca Allahın əzəmət və qüdrətini dərk etməyimiz üçün vəsilə ola bilər. Müasir elm ağcaqanadın aşağıdakı xüsusiyyətlərini kəşf etmişdir:
-Onun baş nahiyəsində 100 gözü, ağzında 48 dişi, daxilində 3 ürəyi, xortumunda hər biri xüsusi funksiya daşıyan 6 ədəd bıçağı və hər tərəfində 3 qanadı var.
-Qaranlıqda insan cildinin rəngini asanlıqla görə bilməsi üçün onu bənövşəyi rəngə çevirən xüsusi orqanla təmin olunmuşdur.
-Qanı təhlil etməsi üçün (özünə lazım olub-olmadığını müəyyənləşdirməsi üçün) xüsusi orqanla təmin olunmuşdur. Belə ki, o hər növ qanı sormağı bacarmır.
-Qanın xortum boyunca asanlıqla hərəkət etməsi üçün onu durulaşdıran xüsusi orqanla təmin olunmuşdur.
-O elə bir iy bilmə orqanı ilə təmin olunmuşdur ki, onun sayəsində 60 km-dən insan tərinin iyini hiss edir.
-O qan soracaq yeri insan hiss etmədən keyləşdirmək üçün xüsusi orqanla təmin olunmuşdur. İnsan isə qan sorularkən nəyinsə onu dişlədiyini hiss edir. Ağcaqanadla bağlı aparılmış elmi tədqiqatların nəticəsində meydana çıxaraq bizlərə təqdim olunan bu və başqa həqiqətlərin içərisində ən cox diqqəti çəkən həqiqət odur ki, artıq elm ağcaqanadın üsütündə mikroskopla görülən olduqca xırda həşaratın yaşadığını sübut etmişdir. Elmin son zamanlarda kəşf etdiyi bu həqiqətə Allah Zulcəlal 14 əsir bundan öncə nazil etdiyi sonuncu səmavi kitab olan Qurani-Kərimdə açıq-aydın işarə etmişdir. “ Əlbəttə, Allah (Quranda) ağcaqanadı və onun üstündəkini (və ya ondan daha böyüyünü) misal gətirməkdən çəkinməz. İman gətirənlər bunun öz Rəbbi tərəfindən bir həqiqət olduğunu bilirlər, kafirlər isə: “Allah bu məsəllə nə demək istəyir?” -deyirlər. Allah bununla (bu məsəllə) bir çoxlarını zəlalətə salır, bir çoxlarını isə doğru yola yönəldir. Allah yalnız fasiqləri zəlalətə düçar edir.” (əl-Bəqərə surəsi, 26-cı ayə)
----------
P.S.-Goturulmedir. Movzu ile elaqedar fikirlerinizi gozleyirem. Meslehetiniz ve ya muzakire edeceyiniz movqe varsa buyurun.
Hormetle (Nurlanichka, Ozdunyamiz, Bluffmaster).
[cavab]
Dj_KeNaN
31 Okt 2012 / 23:38
COX MARAGLIDI HER UCUNUZEDE TEWEKKUR EDIREM
[cavab]
FoReVeR-GS
31 Okt 2012 / 23:41
maraqliydi tesekkurler. Sagolun bele Dinle elaqeder movzu asdiginiza gore.
red. FoReVeR-GS (31.10 /23:43)
[cavab]
*_Pravitel_*
1 Noy 2012 / 02:30
Ya ALLAH..Mence cox gozel bir movzuya toxunmusuz qaqam.Bele deyek ki ALLAHu TEALA insani heyvandan ayirmaq ucun insana agil,duwunce verib..Yeqin ki bizlere verilen ve bizleri heyvandan ferqlendiren aglimizla duwunmeliyik her weyi..Elece de bir soz deyen zaman coxlari ne dediyini bilmir.Cunki sozu agzinda biwirmemiw atir bayira.Bele insanlari yonlendiren weytandi. ALLAH seytana LENET elesin.ve onu yer uzunde temsil eden butun canlilara...AMIN...Ne olursa olsun yeri goyu yaradan ,her weye qadir olan ALLAHdir.Insanin beyninde duwuneceyi bir fikri ALLAHu TEALA ondan evvel bilir.Cunki O alemlerin REBBIdir ve her weye qadirdir..Movzu ucun tewekkurler. Belke bele movzular bezi ALLAHin nece mocuzeler yaradacagina inanmayan kafirler ucun gozel bir bawlangicdir.:)
[cavab]
ozdunyamiz
1 Noy 2012 / 03:36
fovqelinsan, dogru meqama toxundun. bezileri varki,hetda bezileri demek yalan olar,coxsu varki sozu agzinda biwirmeden daniwir. duzdu insana agil verilib,ancaq o agildan mukemmel derecede istifade elemek her adama nesib olmur.Qisa subut deyim: Dunya dagilacaq. Bu sozu deyen indiyene kimi minlerle insanla rastlawmiwam,her yerinden duran Nostradamus olur ve bawlayir agil oyretmeye. Coxsuda inanir. Her wey Uca Tanrinin elindedir. Ol deyer oler,Qal deyer qalar. Insan agli ile idare etmeyi oyrensen,demeli dunyani idare edersen. Bu fikir bowuna deylmeyibdir. Bezen duwunmek yaxwidir. Tewekkur movzuya fikir bildirdiyin ucun
[cavab]
nina*
1 Noy 2012 / 03:48
maraqlidi twk..balaca bir heweratdi ama ne qeder cox orqanlari variymiw
[cavab]
Bölmeye qayıt
0.1541 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az