senli xatireler gunleer

pol Edik__ 8 May 2014 / 18:55
Unutmaq lazımdır artıq bizə
əzab verən xatirələri...Amma
hər “unutdum artıq” dedikdə
Bakının küləkləri xatirələri
üzümüzə vurar. Baxdığın
filmlər, dinlədiyin musiqilər,
gəzdiyin küçələr hər şey
O”nu xatırladır sənə. Sən
yenə üzülürsən, yenə
ağlamaq istəyirsən , amma
boğazın düyünlənir, qəhər
içində boğulursan. O
xoşbəxtdi deyir, gülür, heçnə
olmamış kimi davam edir
həyatına. Yaşanmış sevginizi
isə çoxdan unudub.
Tərk edən gedər... Geridə
qalan isə bir ömr qəlbi qırıq
qalar.
Sən çırpınarsan, unutmaq,
qəlbinə hökm etmək
istəyərsən, unutduğunu
sanarsan və o zaman...
Küçədə gördüyün birini O”na
bənzədərsən yolda sürətlə,
böyük bir həyacanla
addımlarsan, sanki qəlbin
yerindən çıxacaqmış kimi...
Amma çox təəssüf ki, bu
sadəcə bir bənzətmə olar.
Ya da bir gün bütün
cəsarətini toplarsan, bəzi
etirafları etməyə hazır
olarsan, həyəcanını boğub
O”na zəng edərsən... Və “ Bu
nömrəyə zəng çatmır...”
bütün hisslərin məhv olar.
O profilinə yeni şəkillər
yükləyər, sən o şəkillərlə
danışmağa başlarsan, göz
yaşlarınla birgə,amma O
yenə səni eşitməyəcək...
O”nunla gəzdiyin küçələr
sönüb sanki. Xarabalığa
bənzəyir.
Nə O”ununla birgəykən olar,
nə də onsuz olmaz. Artıq
hisslər tükənir, qəlbindəki
sevgində küsüb sənə.O”nu
görəndə sürətlə döyünən
qəlbin belə artıq heç nədən
məmnun deyil..
O”ndan sonra həyatında
olanlarda axtararsan O”nu..
Amma nə O”nun kimi gülər,
nə O”nun kimi danışar..Sən
yenə O”nun üçün darıxmağa
başlarsan.
Bəzən çox darıxarsan və
saatlarca rəsimlərinə baxıb
ağlarsan, ya da sönülü olan
nömrəsinə “Bəlkə cavab
verər..” ümidi ilə zəng
edərsən...
Sən ağlarkən yenə O yanında
olmaz, sadəcə 4 divar, sən,
qaranlıq otaq və O”nu sənə
xatırladan “sizin mahnınız”...
Qovuşmaq mümkün olmur,
“Ammalar, Kaşkilər,
Valideynlər” mane olur...
Xeyli zaman keçər yaşanan o
nostalji hisslərdən... Geriyə
sadəcə illərdir toz bağlamış
xatirələr və bir neçə rəsimlər
qalar...
Bu zaman ərzində sən bir şeyi
anlarsan. Bundan sonra heç
kim O olmayacaq...

[cavab]

pol Royal@mail 8 May 2014 / 20:37
sen deyendi

[cavab]

pol Fialka 8 May 2014 / 20:49
Edik__, cox sagol ((

[cavab]

pol Edik__ 8 May 2014 / 20:50
Fialka, dymz

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1931 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az