==Shushanin ishgalindan 22 il otur ALLAH shehidlerimize rehmet etsin==
ErRoR-TeRRoR
8 May 2014 / 03:08
1992-ci il may
ayının 8-nə keçən
gecə erməni hərbi
birləşmələri keçmiş
sovet ordusunun
366-cı alayının hərbi
qulluqçularının və
40 zirehli
texnikasının
köməyi ilə Şuşa
şəhərinə hücuma keçdilər. Uzun sürən artilleriya atəşindən və qeyri-bərabər
qanlı döyüşlərdən sonra şəhər işğal
olundu.
Şuşa işğal nəticəsində ölüm sükutuna
qərq olub. Bütün dünyanın,
beynəlxalq təşkilatların işğalçı ölkə kimi tanıdığı Ermənistanın silahlı
qüvvələri bu şəhərdə Azərbaycan
xalqının izlərini silmək, onu
unutdurmaq üçün ən ağlagəlməz
cinayətlərə əl atmışlar. Qarabağ
xanlığının paytaxtı olmuş Şuşa şəhərinin qiymətli tarixi abidələrini
dağıdır, milli arxitekturasını silib,
istədikləri kimi yenidən qurmağa cəhd
edirlər. Nadir tarix-memarlıq tikililəri,
qədim abidələr, inanc yerləri, yaşayış
binaları, hətta məzarlıqlar dağıdılmış, zəngin muzey və kitabxanaları
muzeyləri talan edilmiş, bir vaxtlar
təkrarolunmaz təbiətinə görə
«Qafqazın cənnəti» adlandırılan yerlər
xarabazara çevrilmişdir. Şuşanın işğalı nəticəsində şəhərdə
195 nəfər Azərbaycan vətəndaşı
xüsusi amansızlıqla qətlə yetirilmiş,
165 nəfər yaralanmış, onlardan 150
nəfəri əlil olmuş, 552 körpə
valideynlərini itirmiş, 20 mindən artıq əhali isə doğma yuvasını tərk
edərək məcburi köçkün vəziyyətinə
düşmüşdür. Əsir və girov götürülmüş
58 azərbaycanlının taleyi barədə bu
günə qədər məlumat yoxdur. Şuşa şəhərində azərbaycanlıların tarixi
izlərini silmək məqsədilə vandallar 600
yaxın tarixi memarlıq abidəsini, o
cümlədən Pənahəli xanın sarayını,
Cümə məscidini, Aşağı Gövhər Ağa
məscidi, Xurşud Banu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsini yerlə-
yeksan etmiş, 7 məktəbəqədər uşaq
müəssisəsini, 22 ümumtəhsil
məktəbini, mədəni-maarif, kənd
təsərrüfatı texnikumlarını, orta ixtisas
musiqi məktəbini, 8 mədəniyyət evinin, 22 klubu, 31 kitabxananı, 2
kinoteatrı, 8 muzeyi, o cümlədən Şuşa
tarix muzeyi, Dövlət xalça muzeyinin
filialı və xalq tətbiqi sənəti muzeyi,
Qarabağ dövlət tarix muzeyi, turist
bazasını, Qafqazda yeganə Şərq musiqi alətləri fabrikini dağıtmış, buradakı
nadir sənət incilərini talamış və məhv
etmişlər. Ermənilər insanlığa
sığışmayan vəhşiliyə də əl atdılar:
Üzeyir Hacıbəyov, Bülbül, Natəvan kimi
tarixi şəxsiyyətlərin heykəllərini güllələdilər. Şəhərin tarixi
muzeyinin 5
minədək əşyası,
Azərbaycan Xalçası
və Xalq Tətbiqi
Sənəti Dövlət muzeyi Şuşa filialı,
Dövlət Qarabağ
Tarixi muzeyinin
1000-dək əşyası,
professional
Azərbaycan musiqisinin banisi, bəstəkar Üzeyir Hacıbəylinin (300-dən
çox əşya), vokal sənətimizin əsasını
qoymuş böyük müğənni Bülbülün
(400-dək əşya), görkəmli musiqiçi və
rəssam Mir Mövsüm Nəvvabın (100-
dən çox əşya) xatirə muzeylərinin fondları qarət edilib. İşğal olunmuş
ərazilərdə erməni işğalçılarının
özbaşınalığı, tarix və mədəniyyət
abidələrimizin dağıdılması və qəsdən
korlanması “Silahlı münaqişə baş
verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il
Haaqa Konvensiyasına, “Ümumdünya
mədəni və təbii irsin mühafizəsi
haqqında” YUNESKO-nun 1972-ci i
konvensiyasına ziddir.
[cavab]
ElectronNick
8 May 2014 / 03:11
Yazdiqin ucun cox sag ol ama cox guman ki copy etmisen
[cavab]
ErRoR-TeRRoR
8 May 2014 / 03:16
ElectronNick, twk. Cox teessuf ki he. Vetenimin tarixini yaxwi bilmediyim ucun utaniram. :(
[cavab]
YeRLi-PlaKA
8 May 2014 / 03:17
ermenilere bunun olmasini dilemirem biz onlara bunu etmerik cunki biz onlar kimi hyvanliq etmerik
red. YeRLi-PlaKA (08.05 /03:18)
[cavab]
((Nissan))
8 May 2014 / 03:44
Yaxdgn ucun cox sagol
[cavab]
QuMaRBaZ
8 May 2014 / 04:08
Biz ancaq olanlari yad eliyik.22ildi bu beledi bele getse nece illerde bele olacaq.tek cxiw muharibedi nie etmirik bilmirem.ne qeder insan nece ildi oz kendderne gede bilmir.o qeder insan varki 1kelmeye muharibeye getsn ama o bir kelme heleki yoxdu
[cavab]
Saccc
8 May 2014 / 05:12
biz onlara bundan daha pis edeceyik borcdu bu
[cavab]
RUSIYA
8 May 2014 / 12:48
ALLAH CANINI SAG ELESIN...
[cavab]
KinG_oF_WorLD
8 May 2014 / 12:59

bizimkilerde lazimi gozleyir !
[cavab]
Bölmeye qayıt