Əhsən ! Teymur

pol ErRoR_PC 7 May 2014 / 23:45
Teymurun NASA yolu
20 il təhsil almaq və bu
müddətdə yalnız əla qiymətlərlə
oxumaq... Orta məktəbi 9 ilə
başa vurmaq, dünyaca tanınmış
İstanbul Texniki Universitetin
240 illik tarixi ərzində ilk və
yeganə ən yüksək ballı məzunu
olmaq... Bütün bu qibtə
doğuracaq nailiyyətlərin sahibi
soydaşımız Teymur Sadıxovdur.
Teymur İstanbul Texniki
Universitetində bakalvriat
səviyyəsində dövlət xətti ilə
təhsil alıb, ABŞ-ın Corciya
Texnologiya İnstitutunun
magistratura təhsilini dövlət
proqramı ilə davam etdirmişdir.
Hal hazırda Teymur Sadıxov
Corciya Texnologiya
İnstitutunda doktorantura (Phd)
səviyyəsində təhsil alır.
Ancaq bu, hələ hamısı deyil –
Teymur dünyanın aerokosmik
tədqiqatlar mərkəzi hesab
olunan NASA-da elmi tədqiqatla
məşğul olan ilk və yeganə
azərbaycanlıdır.
27 yaşlı soydaşımız hazırda
NASA-nın Jet Propulsion
laboratoriyasında Robotik
Sistemlərin Qiymətləndirilməsi,
Qərar və nəzarət qrupunda elmi
tədqiqatçı, Mars planetində olan
Curiosity Rover-in avtonom
idarə olunması, eləcə də JPL
yüksək mobilli çoxməqsədli
təkərli nəqliyyat vasitəsinin
avtonom, insansız idarə
olunması layihələrinin
iştirakçısıdır.
O, indiyədək xaricdə təhsil
almış yeganə azərbaycanlıdır ki,
təhsilin növbəti pilləsi üçün
müraciət etdiyi 10 tanınmış ali
məktəbin hamısından müsbət
cavab alıb və təhsil müddətində
ona yüksək təqaüd təklif
olunub.

[cavab]

pol ***EmiL*** 7 May 2014 / 23:51
Halal olsun

[cavab]

pol C_A_D_E_T 7 May 2014 / 23:56
Halaldi

[cavab]

pol jaquar1999 7 May 2014 / 23:58
Super halaldi

[cavab]

pol ErRoR-TeRRoR 7 May 2014 / 23:58
Azerbaycanlidirsa buna teeccublenmirem. Ona ugurlar.

[cavab]

pol Saccc 8 May 2014 / 02:25
halaldi bele savadli insanlar lazimlidi olkemize

[cavab]

pol ErRoR_MEDVED 8 May 2014 / 06:11
MasaAllah ne gozel,halal olsun

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.161 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az