***YAGIW DAMLALARI ***

pol aynur653* 7 May 2014 / 02:12
Səmadan düşən yağış damlaları, bir şey soruşacam sizdən, sevginiz, eşqiniz varmı ürəyinizdə, yoxdursa niyə düşdünüz yerə, niyə toxundunuz bədənimə, ürəyimə ... torpaqla görüşməkdirmi yeganə məqsədiniz, yoxsa torpağamı aşiqsiniz? Bilirsinizmi, mən də düşəcəyəm sizlər kimi bir gün torpağa, qovuşa bilirəmmi yaxşı o zaman sevdiyimə?

Səmadan düşən yağış damlaları, bir şey soruşacam sizdən, hər yanğını söndürə bilərsinizmi? Söndürə bilərsinizmi yanğınlarımıda? Yoxsa sizdəmi yanırsınız , siz də ürəyi yanmışların ortaq göz yaşlarımısınız?

Amma aramızda fərq var, mən hər mövsüm ağlayıram siz bir mövsüm tökülürsünüz, sizin bulud dağlarının var, mənim isə heç sönməyən yanar Dağlarım. Mən hər vaxt ağlaram, ay ilə günəş görüşdüyündə səhər vaxtı, günəşin yolu yarıladığı vaxtlar günortalar, ay növbəni günəşdən təslim aldığında hər axşam və çarəsiz qalar yenə ağlaram gecənin kor qaranlığında çarəsizliyimi itirmək üçün, çarəm olar gözyaşlarım ...

Siz isə müəyyən vaxtlarda tökülürsünüz qərarsız aşiqlər kimi yerin bədəninə, sizin bulud dağlarınız var mənim isə yanardağlarım heç sönməyəcək ...

Sizi kefindən tökər yerə bulud dağlarınız, bahar gəlincə, çiçəklər açınca, torpağa kömək edərsiniz çiçəklər, ağaclar boy versin deyə ... Mənim isə gözyaşlarım hüzündən axar daim ... Heç xoşbəxt olmadım ki, mən heç gülmədi üzüm, mənim gözyaşlarım kömək etmədi heç bir şeyə və fayda vermədi gülsünlər deyə hüzn çiçəklərinə ...

Mən sizin buludlarınızdan daha dərdliyəm, mənim gözyaşlarım daha həqiqi, mənim gözyaşlarım sizdən daha iri, sizdən daha çox yağış damlaları ...
Yağış damlaları

[cavab]

pol BoYKa12 7 May 2014 / 02:14
super xanim eladi like

[cavab]

pol Ayla 7 May 2014 / 02:15
ureyimm

[cavab]

pol BoYKa12 7 May 2014 / 02:25
Ayla, sizden bir sual soruwmaq olar?

[cavab]

pol Ayla 7 May 2014 / 02:40
BoYKa12, buyur soruw maraqli geldi ne sualdi

[cavab]

pol ismet 7 May 2014 / 02:40
Eladi uşaqlar kimde salfetka var mende qurtardi....)) Zarafatsiz superdi...

[cavab]

pol Ayla 7 May 2014 / 02:46
sual noldu?

[cavab]

pol aynur653* 7 May 2014 / 02:49

[cavab]

pol Ayla 7 May 2014 / 02:53
tez olda

[cavab]

pol YeRLi-PlaKA 7 May 2014 / 03:28
Ayla, boyka12 menem xanim deyecekdim ki ban eden bir super moder vezifesinden azad olur onnan sora o nik baninnan azad edilir?

[cavab]

[1] 2 3 →

 
Bölmeye qayıt
19.04.13 22:00
0.1583 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az