sheir dunyasi
alara
11 İyun 2012 / 17:12
Her setir ustunde titreyib elim,
setirler gelbimden od alibdilar
men sene bir defe aldandim gulum,
mektublar omurluk aldanibdilar
meni xatirlama ozge ol , yad ol,
oyuncaq olmasin mektublar bari,
omrunde birce yol alicenab ol
yandir xatiremi- o mektublari.
Onda ureyimin harayi ahi
qelbimin utancaq sevdasi yatir.
Orda vugarimin sinma gunahi
kovrek bir negmenin sedasi yatir
dagilar shohretin dumani ceni
udar bir ac balig incitek seni
yazdigim setirler ac toxum kimi
bir gun goz yashini ichecek senin
mektublar ichinde neyim nelerim
alovlu setirler gizli qem kimi
yandir mektublari
xatirelerim
yansin kule donsun qor kerem kimi
sene umid dolu dikilen gozler
yene xatirede donub qalandir.
Elim ese- ese yazdigim sozler
o zaman duz idi indi yalandir
Heyatin ozunde sinadim seni,
deme bahar idim , Indise gisham,
yaxshi ki, sonradan tanidim seni,
yaxshi ki omurluk aldanmamisham
[cavab]
EMIN98
11 İyun 2012 / 17:38
Ey dünya, səsimə səs verin mənim,
Anadır həyatda mənim həmdəmim
Anadır sevincim, anadır qəmim,
Mənim həyatımda elə anadır.
Ana əyilməzdir, ana müqəddəs
Qoy bütün dünyaya yayılsın bu səs!
Bir insan havasız yaşaya bilməz,
Bizə havadan da vacib anadır.
Uşaqkən qədrini bilmirdim sənin
Öpməzdim ağarmış telindən ana.
İndi can üstəsən nə mənası var,
Yüz kərə öpsəmdə əlindən ana.
[cavab]
EMIN98
11 İyun 2012 / 17:39
Allahdan heç vaxtı ümid kəsilməz
Sən özün bilirsən fələk nə sayır
Əgər şər deməsən xeyirdə gəlməz
Sabahın işini bilmək olmayır
Baxsada ətrafa heç nəyi görmür
Çox gözəl olsada gözləri kordur
Qəlbində var olan ümidlər sönmür
Ümidlər o qədər saysızdır çoxdur
Saçını tökübsən yenə yanına
Oturub özün üçün xəyal qurursan
Vurğunam qap qara kirpik qaşına
Sevgilim həyatım niyə susursan?
İlahi bu qədər gözəl qız olar
Sənə hər baxanda gözlərim dolar
Niyə gözlərin tutuldu sənin
Allahım gözləri açılsın nə olar
Hər gecə əlimi açıb Allaha
Sənin tək canına dua edərəm
İstəməm inanki girim günaha
İnanki mən səni atıb getmərəm
[cavab]
EMIN98
11 İyun 2012 / 17:40
Kədərdən, qüssədən yan qaça bilmir,
Zülmətə bürünüb nur saça bilmir.
Nə səndən, nə məndən baş aça bilmir,
Domsovet, Qorodok, bir də ki, Salyan.
Sənsizlik qoluma bir qandal olub,
Sənə söylədiyim getmə, qal olub,
Səninlə birlikdə susub, lal olub,
Domsovet, Qorodok, bir də ki, Salyan.
Dənizə boylanıb xəyala dalır,
Sevincdən göylərə qalxır, ucalır.
Bizim sevgimizdən hər gün güc alır,
Domsovet, Qorodok, bir də ki, Salyan.
Qəlbimi ağrıtmır bu eşqin oxu,
Qəmə xərclənibdir ömrümün çoxu.
Sənsiz gecələrdə gördüyüm yuxu,
Domsovet, Qorodok, bir də ki, Salyan.
Artıq göz yaşların siləcək o, da.
Yaşamaq haramdır, biləcək o, da.
Bizimlə bərabər öləcək o, da.
Domsovet, Qorodok, bir də ki, Salyan.
Yolumdan saxlamaz nə boran, nə qar,
Gözlərim hər yeri gəzər, dolaşar.
Bizim sevgimizdən üç şey yadigar,
Domsovet, Qorodok, bir də ki, Salyan
[cavab]
EMIN98
11 İyun 2012 / 17:41
Neçə qışım, baharlm var,
Getməliyəm, qərarım var.
Gözü yaşlı nigarım var,
İnsaf elə, gəlmə ölüm.
Ürəyimdən atmadığım,
Gözlər məni satmadığım.
Bir arzum var çatmadığım,
Hələ gəlmə, gəlmə ölüm.
Elə bilmə uzaqdayam,
Uzaq deyil, yaxındayam.
Çırpınıram, torundayam,
Bir az yuban, gəlmə ölüm.
Yollarını izləyirdim,
Qışqıraraq səsləyirdim.
Səni dünən gözləyirdim,
Amma, bu gün gəlmə ölüm.
[cavab]
EMIN98
11 İyun 2012 / 17:44
Səni tanıdığım o ilk günləri
Yadıma salanda qüssələnirəm
Yalançı baxışa, saxta sözlərə
Necə aldanmışdım təəccüblənirəm
Həqiqi kimliyin, mənəviyatın
Kaş bəlli olardı o vaxtlar mənə
Sənintək qürursuz qadınla birgə
İtirmiş olmazdım heç bir saniyə
İndi varlığın da bir xəyal kimi
Ötür gözlərimdən yada düşəndə
O keçən günlərin xatirələri
Yanıb külə dönmüş qəmdə-kədərdə
Bəzən qəlbimdəki saf məhəbbəti
Duymaq istəyirəm sanki yenidən
Ötən illərdəki ülvi hissələri
Geriyə qaytarmaq keçir könlümdən
O an əqlim ilə hisslər arası
Bir savaş başlayır daxildə inan
Qəlbim sənə doğru addımlasada
Sovrulur qəzəblə, kin çovğunundan
[cavab]
EMIN98
11 İyun 2012 / 17:44
Bir çətir, bir stul bir ağac, bir mən!
Artıq xeyli keçib o ayrılıqdan
Unuda bilmədik, nə mən nədə sən
Unutmaq istədim macal vermədi
Bir çətir, bir stul, bir ağac, bir mən!
Necə gözəl idi səninlə hər yan,
Necə gözəl idi o park, xiyaban.
Sənsən bircə dənə tamamlamayan
Bir çətir, bir stul, bir ağac, bir mən!
Məhəbbət məhv oldu bu sevgi bir yas,
Səbəbsiz günahsız yoxdu bir əsas,
Yenə köhnə hamam yenə köhnə tas,
Bir çətir, bir stul, bir ağac, bir mən!
Bu da nəticəsi, yolumuz iki
Məni düşündürən sual niyəki?
Ağlımdakı sənsən, ürəyimdəki...
Bir çətir, bir stul, bir ağac, bir mən!
Hərdən düşünürəm məndədi nöqsan,
Etdiyim səhvlərə olmuşam peşman,
Gecələr oyadır məni yuxudan
Bir çətir, bir stul, bir ağac, bir mən
[cavab]
charkaz
11 İyun 2012 / 17:48
Sevdinse…Beş il, on beş il nedir,
Bütün ömrün boyu gözleyeceksen.
Ne boyda zülm etse sevgili sene,
Sevdinse…"her zülme döz",-
deyeceksen.
Sevdinse…Kölgeye dönüb her zaman Sen onu her yerde izleyeceksen. Sevdinse…qem içib, derd udacaqsan,
Onu unutmağı unutacaqsan.
Zererin xeyirdir, xeyirin zerer,
Sevdinse…Günahın içinde haqsan.
Onu unutmağa çalışsan, eger.
Sen özün özünü unudacaqsan. Sevdinse…qanqalı gül bileceksen.
Her esen yarpağa kövreleceksen.
Sevdinse…ne dünen, ne de bu günsen,
Sevdinse…hemişe sen geleceksen.
Sevdinse…bir ömrün ilk sabahısan,
Dünyanın en böyük xeyirxahısan..
[cavab]
alara
11 İyun 2012 / 17:53
Əlvida demirəm görüşəcəyik
Endi gozumuze hesretin ceni,
Hicran yaman yerde haqladi meni
Bu keder yagisli ayriliq gunu
Elvida demirem,goruseceyik.
Indi aglayiriq biz icin icin
Sonu gelecekmi bu qemli kocun?
Helelik deyirem teselli ucun
Elvida demirem,goruseceyik.
Bu qemin elinde sola bilmerik
Bir basqa sevgide yana bilmerik
Men sensiz sen mensiz qala bilmerik
Elvida demirem,goruseceyik.
Geldi bu ayriliq derd qada kimi
Batdiq qem golunde bir ada kimi
Son negme kimi son seda kimi
Elvida demirem,goruseceyik.
Qalandim mehebbet ocagina men
Ne deyim sevginin bu cagina men?
Bu inadi hesretin acigina men
Elvida demirem,goruseceyik.
red. alara (11.06 /17:54)
[cavab]
alara
11 İyun 2012 / 17:55
Qayidib gelibsen gozleri yashli,
Deyirsen, bir daha kusen deyilsen.
Hani o vuqarin, o saymazligin;
Yox, bu sen deyilsen, bu sen deyilsen.
Deyirsen vaxt kechir, zaman gozlemir,
Dilin dediyini ureyin demir.
Bu yalvaran gozel sene benzemir,
Yox, bu sen deyilsen, bu sen deyilsen.
Deyirsen kusenler barishar yene,
Ne tez boyun eydin besh gunluk qeme?
Ozunden raziliq yarashir sene,
Yox, bu sen deyilsen, bu sen deyilsen.
Derdlisen, derdini get danish suya,
El achma, alchalma men veren paya,
Ele bil dilenchi gelib qapiya,
Yox, bu sen deyilsen, bu sen deyilsen.
[cavab]
Bölmeye qayıt
0.1569 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az