Avtobus Mədəniyyəti - Müzakirəli Mövzu
MaqnuM
31 Okt 2012 / 04:57
"Avtobus mədəniyyəti" - əslində belə anlayış mövcüd deyil sadəcə mən qısaca olaraq belə adlandırdım mövzumuzu.
Gəlin formal ad daşıyan "avtobus mədəniyyətimizi" müzakirə edək.
"Qışqıra-qışqıra danışıq"
Marşurtda getdiyimiz yerdə kiminsə telefonu zəng çalır. Sağ olsunlar, bütün söhbətlərini dinləməyə məcbur oluruq. Niyə qışqırırlar onu da bu yaşımıza qədər anlamadıq. Yani sakit danışmaq bu qədərmi çətindir?
Sərnişinlərə 20 qəpik gözü ilə baxan sürücülər.
Hələ bizə iyirmi qəpik kimi baxan sürücülərdən danışmıram ( bu ifadə hər sürücüyə aid deyil) Görəsən nə vaxt dərk edəcəklər ki, biz 20 qəpik deyilik, canlıyıq. Həm də döyünən ürəyimiz var. "Mağazadan" sürücülük vəsiqəsi alanların sayəsində o ürək nə qədər döyünəcək orası da qaranlıq qalır.Bəzən 1 dəqiqə gecikməsinlər deyə avtobusu elə sürürlər ki, sanki sükan arxasında sərnişin daşıyan sürücü yox təkər qaldırmaq istəyən avtoş oturub.
Elə mədəniyyətsiz sərnişinlərimiz də yetəri qədərdi..
Mədəniyyətdən xəbərsizlər yalnız "sürücülər" deyil. Elə biz sərnişinlərin arasında da belələri az deyil. Sanki atasının şəxsi maşınında gedirmiş kimi kobud şəkildə avtobusu saxlatdıran kim, pulu atıb düşən kim, bir azca səhv yerdə saxladımı üzr istəyirəm söyüb düşən kim... bu qədər düşüncəsiz olmağa məcbursuz?
Aktyorluq sənəti bəziləri üçün elə avtobusdan başlanır..
Sonra keçək özünü yatmış kimi göstərən "oğullara" və sanki özündən böyüklərə yer vermək yalnız oğlanlara aidmiş kimi əyləşən "xanımlara" . Həmin "oğullara" da halal olsun hər adamın işi deyil sənətin aktyor olmadan aktyorluq etmək. Və "xanımlar"... Axı harada yazılıb ki, yalnız oğlanlar yer verməlidir?! Əgər kimisə ayaqüstə görürsənsə (yaşda böyük insanı) xanımqız, bəlkə, zəhmət çəkib qalxasız?!
"Basabasdan istifadə edən əxlaqsız oğlanlar"
Düzünü desəm, bu haqda yazmaq bir xanım kimi mənə olduqca utanc vericidi..Səbəb isə pik vaxtlarda, marşurtda camaatın sıx olduğu zaman bundan istifadə edib qızlara, qadınlara dəyən oğlanların hərəkətləridir..Görəsən həmin əxlaqsız oğlanların anaları, bacıları, bir sözlə doğmaları marşurtla getmir ? Bunu başa düşən məncə bu hərəkəti etməz..
Sonda..
Bəs görəsən səbəb nədir ? Yani gündəlik həyatda "özünü idarə edə bilmək" bu qədərmi çətin olub ?!
Yani bizim adicə marşurtda getmək mədəniyyətimiz yoxdur ?
[cavab]
Bölmeye qayıt