►Sevgi Duası◄

pol ozdunyamiz 31 Okt 2012 / 04:39
Rəbbim
Bir insan sevdir qəlbimə
Amma o insan sənin də
sevdiyin olsun

Və mənə elə bir insan sevdir ki
O insanin ürəyi Səninlə sevib sevildiyi bir məbəd olsun.
Məni elə bir insanla görüşdür ki məndən əvvəl
Onunla görüşmüş olan sən Olasan

Onunla əl-ələ tutuşduğumuzda
İkimizin üzərində Sənin əlin olsun

Mənə elə gözlər göstər ki
Mən o gözlərdən sənə baxım

Mənə elə bir sevgili ver ki
O gözlər Cənnətə açılan iki pəncərə olsun

Onunla elə bir yolda çalışaq ki
Bələdçimiz sən Olasan ey Rəbbim

Elə bir sevimli verki mənə
Ona sarıldığımda kainat bizə baxsın
Bir-birinə sarılsın

Sevgimiz qurdla quzuları barışdırsın
Bizə baxıb şeytan Adəmə səcdə etsin
Günah savab uğrunda özünü fəda etsin

Bizə el bir sevgi ver ki Rəbbim!
Sevgimizdə Muhəmməd(s.ə.a.s) və Əhli-Beyti sevilsin!

[cavab]

pol Wirxan 31 Okt 2012 / 05:03
ozdunyamiz,sagol qaqa ALLAH RAZI OLSUN

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1708 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az