►Qəribə Qadın və Zənci◄

pol ozdunyamiz 31 Okt 2012 / 04:21
Bu hadisə 14 oktyabr 1998-ci ildə qitələr arası uçuş əsnasında yaşanmışdır.
Bir qadın təyyarədə, zənci bir adamın yanında otururdu. Vəziyyətdən dolayı yaşadığı rahatsızlığı aşkar edərək, stüardesadan ona başqa yer axtarmağını istədi. Çünki, belə antipatik bir insanın yanında əyləşə bilməzdi.
Stüardesaa qadına təyyarədə bütün yerlərin dolu olduğunu bildirdi və son olaraq birinci sırada yerin olub-olmamasını dəqiqləşdirmək üçün yenidən axtarışa başladı. Digər sərnişinlər çaşqınlıq içində hadisəni izləyirdi. Bu qadının tərbiyəsizliyinə deyil, həm də birinci sırada səfərinə davam edəcəyinə şahid olurdular...
Yazıq adam çox pis vəziyyətdə olduğuna baxmayaraq cavab verməməyi seçmişdi... Bu yüksək təzyiqdə qadın, birinci sırada və o adamdan uzaq bir yerdə səfərinə davam edə biləcəyindən məmnun olmuş və stüardesanın qayıtmasını gözləyirdi. Bir neçə dəqiqə sonra geri qayıdan stüardesa :
“Çox üzr istəyirəm gecikdim.Lakin birinci sırada yer tapdım.Bu yeri axtarmaq bir az vaxt aldı, sonra isə yer dəyişikliyi üçün pilotdan da icazə almalı idim”. Dedi
Pilot: “Heç kim problem yaradan kimsənin yanında oturmaq məcburiyyətində deyil”. Deyərək icazə verdi.
Digər sərnişinlər qulaqlarına inana bilmirdilər. Bu əsnada qadın zəfər qazanmış kimi yerindən qalxmağa hazırlaşırdı. Eyni anda stüardesa oturmaqda olan zənciyə dönərək:
“Cənab, xahiş edirəm sizi təyyarənin birinci sırasındakı yeni yerinizə aparmağım üçün məni izləyəsiniz”.Səyahət firmamız adına kapitan pilotumuz sizdən belə xoş olmayan hadisə yaradan bir kimsənin yanında müəyyən müddət də olsa oturmaq məcburiyyətində qaldığınız üçün çox üzr istəyir.
Zənci bu qəribə və xoş davranışa səs çıxarmadan stüardesanın arxasınca özünə ayrılan birinci sıradakı yerinə getdi.
Yanındakı insandan dolayı yerinin dəyişdirilməsini istəyən qadın isə, böyük bir çaşqınlıq içərisində olanları izləyirdi.
Bütün sərnişinlər, bu hadisəni gözəl biçimdə nəticələndirən təyyarə heyyətini alqışlayaraq, təbrik etdilər. Həmin il kapitan pilot və stüardesalar davranışlarına görə təltif edildilər.

[cavab]

pol FoReVeR-GS 31 Okt 2012 / 20:40
maraqliydi.

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1404 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az