Ureyime canim Aylama hesr edirem

pol aynur653* 5 May 2014 / 04:55
Darıxdığınız və qaçırdığınız duyğuları bəlkə də yenidən tapa bilərsiniz...
Sonuncu dəfə nə vaxt darıxmısınız?
Təbii ki, darıxmaq deyərkən, rastlaşdığımız köhnə bir tanışa sərf etdiyimiz sözləri nəzərdə tutmuram.
Məsələn:
- Haralardasan, darıxmışdım sənin üçün?
- Eynilə mən də, çoxdandır ortada yoxsan, narahat idim sənin üçün.
- Görüşək bir gün.
- Mütləq görüşək, aranı bu qədər soyutmayaq.
- Mütləq mənə zəng et, küsərəm yoxsa...

Qətiyyən yuxarıda gedən dialoqdan getmir söhbət.

Bir düşünün...
Saatlardır gözlədiyiniz qatar nəhayət stansiyaya çatdı...
Əllərində çamadanlar, insanlar yavaş-yavaş qatardan enməyə başlayır...
O yoxdu!
Aman Allahım, o yoxdur!
Get-gedə qatardan enən insanlar seyrəlir.
Stansiyada tək-tük insan qaldığı bir vaxtda, qatarın pilləkənlərində görünür...
Bax, o zaman xatırlayırsınız ki, həmişə belə arxaya qalırdı.
İstər-istəməz bir təbəssüm dodaqlarınıza yerləşir.
Göz-gözə gəlirsiniz...
Bax o, hər şeyə dəyən gülümsəmə yenə qarşınızda...
Sizə qovuşub, qucaqlaşana qədər keçən anın dadını həyatda başqa nə vaxt yaşayacaqsınız?
Hətta bir daha belə bir an yaşaya biləcəksinizmi?
Ürəyiniz sanki ağzınızdan çıxacaq, qucaqlayanda qoxusu ciyərinizə dolacaq, fərqində belə olmadan gözünüzdən axan iki damla yaş onun yanaqlarına axacaq...
O an üçün ömür belə verilər, deyilmi?!
Darıxmaq və darıxılmaq üçün çox darıxıram...

Bilirəm, sən də yuxarıda oxuduqlarının həqiqət olduğunun fərqindəsən...
Bir də düşün ki, O (istənilən insan ola bilər) sənin üçün darıxır...
Bəs sən necə, darıxmısanmı onun üçün? Məncə daha gözləmə.
Çünki əminəm ki, o, çoxdandır bu sözü səndən eşitmək üçün darıxıb...

[cavab]

pol aynur653* 5 May 2014 / 04:56
Darixdim darixdim darixdim

[cavab]

pol Ayla 5 May 2014 / 04:58
Sonuncu dəfə nə vaxt darıxmısınız?
dunennen indiye qeder(

[cavab]

pol aynur653* 5 May 2014 / 04:59

[cavab]

pol aynur653* 5 May 2014 / 05:01
U R E Y I M

[cavab]

pol Ayla 5 May 2014 / 05:03
ay daaa movzunun adina hele indi baxdim..

[cavab]

pol aynur653* 5 May 2014 / 05:04
Darıxmaq; sevməkdir ilk öncə
Çünki sevməzsən darıxmarsan ki dəlicəsinə.

Darıxmaq; ağlamaqdır
Axan hər Gözyaşında xatirələri anmaqdır.

Darıxmaq; uzaqlara dalmaqdır
Çox uzaqlara ...

Darıxmaq; umid etməkdir
Xəyal etmək ona toxuna bilməyin tamamıdır.

Darıxmaq; saxlamaqdır çəkinməkdir
Bəzən təkliyindən bəzən isə ətrafındakı gərəksiz izdihamdan.

Darıxmaq; qışqırmaqdır
Səsin batırmış kimi darıxdım deyə qışqırmaqdır.

Darıxmaq; hirslənməkdir
Bəzən həsrətinə səbəb olanlara bəzən isə qədərə çarəsizcə
"Bəzən də qovuşma istəyinin heçə sayılmasına".

Darıxmaq; yanılmaqdır
Gecə yarısı qalxdığında hər şeyin bir yuxu oldugunu anladığında məsələn....
Və sənə gəl deməsini gözləyərkən gəlməməliyəm deməsidir.

Darıxmaq; səbr etməkdir
Usanmadan şəfəqi gözləməkdir
Illəri Aylari həftələr günləri saatları dəqiqələr hətta saniyələri qovalamaqdır halbuki.

Darıxmaq; yaşamaqdır
Yalnızlığa inad mübarizə etməkdir ya da təkliyi əmanət edib
Kobudluq etmədən xəbərsiz çıxıb getməkdir.

Darıxmaq; qovuşmaqdır.
Bir daha ayrılmayacasına ...

[cavab]

pol aynur653* 5 May 2014 / 05:05
Hee ureyime hesr elemiwemde

[cavab]

pol aynur653* 5 May 2014 / 05:07
♥♥

[cavab]

pol Ayla 5 May 2014 / 05:08
ureyim yerine geldi

[cavab]

[1] 2 →

 
Bölmeye qayıt
19.04.13 22:00
0.1754 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az