...BuYuRuN oXuYuN...
DoDakDaN_kaLbe
4 May 2014 / 18:39
Niyə Allah bəzən duaları
müstəcab
etmir? Axı Allah Quranda vəd
verib
ki, Onu çağıran adamın duasını
müstəcab edəcək?
Allah-təala Quranda buyurur: “(Ya
Rəsulum!) Bəndələrim məni
səndən soruşduqda söylə ki, mən
(onlara) yaxınam. Dua edib məni
çağıranın duasını qəbul edərəm.
Gərək onlar da mənim çağırışımı
qəbul edib mənə iman gətirsinlər.
Bununla da ola bilsin ki, doğru
yola
yetişsinlər” (Bəqərə, 186). “İman
gətirib yaxşı işlər görənlərin
duasını qəbul edən, Öz nemətini
onlara artıran da Odur” (Şura, 26)
.
Ayələrdən görünür ki, kim
duasının qəbul olmasını istəyirsə,
gərək Allahın göstərişlərini yerinə
yetirsin. Allahın çağırışını qəbul
etməyən şəxs necə ümid edə bilər
ki, Allah onun duaşını qəbul
edəcək?
Bir nəfər İmam Cəfər Sadiqdən (ə)
soruşdu ki, Allah Quranda: “Mənə
dua edin, mən də sizin dualarınızı
qəbul edim” (Mömin, 60) buyurur,
amma biz Allaha dua edirik, cavab
almırıq.
İmam buyurdu: “Hər kim Allahın
əmrlərinə itaət etsə, sonra Onu
dua məqsədilə çağırsa, Allah
mütləq cavab verər”. Sual verən
soruşdu: “Allahı dua məqsədilə
çağırmaq nədir?” İmam cavab
verdi: “Duanı Allaha həmdü-səna
ilə başlamaq, Allahın nemətlərini
xatırlamaq, şükr etmək, sonra
Peyğəmbərə salavat göndərmək,
öz günahlarını etiraf etmək,
Allaha
sığınmaq”.
Duaların qəbul edilməməsinin bir
səbəbi də əmr bil-məruf və nəhy
ənil-münkəri (camaatı yaxşı işlərə
çağırıb pis işlərdən
uzaqlaşdırmağı) tərk
etməyimizdir. İmam Əli (ə) son
vəsiyyətində buyururdu: “Əmr bil-
məruf və nəhy ənil-münkəri tərk
etməyin! Əks halda pisləriniz sizə
hakim olarlar. O zaman dua
edərsiniz, amma duanız
müstəcab
olmaz”
[cavab]
Kriptazoy
4 May 2014 / 18:55
Allah razi olsun
[cavab]
reshid11
4 May 2014 / 22:05
ALLAH TAZI OLSUN !!!!
red. reshid11 (04.05 /22:10)
[cavab]
DoDakDaN_kaLbe
4 May 2014 / 23:38
tşklər cümləmizdən...
[cavab]
Bölmeye qayıt
0.1637 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az