*Allah var (hekaye)
Bluffmaster
31 Okt 2012 / 02:41
Bir kişi saçını səliqəyə salmaq
üçün bərbər yanına
getdi.Bərbər işə başlarkən
müxtəlif mövzudan söhbətlər
açdı və bir müddət gözəl
söhbət etdilər.Birdən Allah ilə
əlaqədar bir mövzu açıldı.
Bərbər dedi:
-Mən sənin söylədiyin Allahın
varlığına inanmıram.
Kişi: Nə səbəbə? –deyə soruşdu.
Bərbər: Səbəb çox sadədir.Bunu
görmək üçün çölə
çıxmalısan.Əgər Allah
həqiqətən olsaydı, bu qədər çox
problemli, çətinlikli, xəstə insan
olardımı? Tərk edilmiş uşaqlar
olardımı? Əgər Allah ols aydı,
heç kəsi üzməz, heç kəsə
əziyyət verməzdi.Əgər Allah
olsaydı bu cür şeylərin olmasına
icazə verməzdi.
Kişi bir an dayandı və düşündü,
amma gərəksiz bir mübahisə
etmək istəmədiyi üçün cavab
vermədi.Bərbər işini bitirdikdən
sonra kişi çölə çıxdı.Həmin vaxt
prospektdə uzun saçlı və
saqqallı bir adam gördü.
Adamın saçı o qədər dağınıq idi
ki, uzun müddət bərbər yanına
getmədiyi aydın görünürdü. Kişi
geri dönüb, həmin bərbərin
yanına qayıtdı və dedi:
-Bilirsənmi nə var, məncə
“bərbər” adlı bir şey yoxdur.
Bərbər:-Necə yəni yoxdur?! Mən
burdayam, özü də bərbərəm.
Kişi:-Xeyr. Əgər “bərbər”
olsaydı, prospektdə gedən
uzunsaçlı və saqqallı adamlar
olmazdı.
Bərbər: Hmm. Bərbər adlı bir
şey var.Amma o insanlar mənə
gəlmirsə, o demək deyil ki,
bərbər yoxdur. O insanlar mənə
gəlmirsə, mən nə edə bilərəm
ki? Bu onların problemidir.
Kişi: Doğrudur.Demək Allah
vardır və insanlar ona tərəf
gəlmirsə, o demək deyil ki,
Allah yoxdur! Sadəcə bu onların
problemidir.
[cavab]
BEATIFUL
31 Okt 2012 / 02:49
Bluffmaster,twk
Gozel hekayedi Allahin varligina cox sukur...Dunyani yoxdan var eden goze gorunmez Allahimiza hemd olsun,cox sukur.Allah bizleri oz yolundan ayirmasin...Amin...
[cavab]
Bluffmaster
31 Okt 2012 / 02:54
BEATIFUL,size twk oxudugunuzcun..Allah razi olsun.
[cavab]
ozdunyamiz
31 Okt 2012 / 02:58
tamamile raziyam. Allah var. ve bunun subuta ehtiyaci yoxdur
[cavab]
Bluffmaster
31 Okt 2012 / 03:00
ozdunyamiz,elediki var!
red. Bluffmaster (31.10 /03:00)
[cavab]
BEATIFUL
31 Okt 2012 / 03:17
Bluffmaster,
Amin cumlemizden...Deymez sizde sagolun....
[cavab]
Bluffmaster
31 Okt 2012 / 03:51
BEATIFUL,twk
[cavab]
Bölmeye qayıt
0.2392 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az