►Həsrət (Hekayə)◄

pol ozdunyamiz 31 Okt 2012 / 02:30
Məsciddə oturmuşdum. Gözümə kənarları güllə bəzədilmiş tablo sataşdı. Mən də yaşlı kişiyəm və dini elmlərdən heç bir xəbərim yoxdur. Sizdən nə gizlədim, hətta Quran belə oxuya bilmirəm. Yalnız namaz qılıb oruc tumağı bilirəm, o da niyyətimə baxır, əgər ibadətlərimdə niyyətim pak olubsa, Allah qəbul edib, əks halda... Əlqərəz, nə başınızı ağrıdım. Məsciddə oturub azanı gözləyən cavan bir nurani oğlandan bu tabloda nə yazıldığını soruşdum. Cavan ah çəkdi, gözləri doldu və yavaş səslə: “yolunu həsrətlə gözlədiyimiz İmam Mehdinin (ə) duasıdır” -deyə cavab verdi. Başımı aşağı saldım və ürəyimdə “İmam Mehdinin (ə) duasıdır?” -deyə fikrə daldım. Çünki, mən İmam Mehdi (ə) gəldikdən sonra çoxunu qılıncdan keçirəcəyini bilirdim. Amma bu onu həsrətlə gözləyir, öz-özümə dedim deyəsən mənim bilmədiyim şeylər var. Azan səsi ucaldı, namaz başladı. Doğrusu, fikrim namazda yox, o cavanın dediyi sözdə idi, həsrət sözündə. Namaz bitəndən sonra gözlədim, cavan duasını bitirdi. Düzünü desəm, yaşıma görə belə sualı verməyə utanırdım, amma cürət edərək, “oğlum, əgər vaxtınız varsa, bir neçə sualım var” -dedim. Cavan, təvəzökarlığı üzündən, “çalışaram bacardığım qədər cavab verəm” -deyə dilləndi. Məscidin arxa tərəfində əyləşdik. Üzümü oğlana tutaraq dedim: “Oğlum, mən kənddən gəlmiş bir əkinçiyəm, yaşım da 60-ı keçib. Kasıbçılıq imkam vermir ki, başımız ayılsın bir şeylə maraqlanaq. Axı mən eşitmişəm İmam Mehdi (əc) gələn anda yetmiş nəfər kar olar, yetmiş nəfər öləcək, yetmiş nəfər də huşunu itirəcək, qalanlarını da İmam qılıncdan keçirəcək”. Cavan gülümsəyərək “heç Əlinin (ə) övladı da cinayət törədər?” -deyə cavab verdi. Cavabından anladım ki, cavan elmli insana bənzəyir. Birbaşa elə suallar yağdırmağa başladı ki, sanki ürəyini boşaldırdı.
“Düzdür, bir dəstə insanlarla mübarizə aparacaq ki, məzlumun haqqını zalımdan alsın. Amma bu, o demək deyil ki, bütün insanlara qarşı qiyam edim camaatı qırıb-tökə”.
Başladı Quran ayələrindən oxuyub izah etməyə: “Bax atam, Allah Rum surəsinin 4-5-ci ayələrində buyurur: “O gün möminlər Allahın köməyindən şad olacaqlar”. Bu ayənin barəsində İmam Sadiq (ə) belə buyurur: “İmam Mehdinin (əc) zühuru elə bir gündə olacaqdır ki, möminlər Allahın köməyindən çox şad olacaqlar. Yəni möminlər həddən artıq zülm gördükdən sonra Allah yer üzündə ədaləti bərqərar etmək üçün onu aşkara çıxarar. Hədisdə var ki, o gələndə tarixdə misli görünməmiş yağış yağar”. Soruşdum bizi selmi aparar? Yenə gülərək “Xeyr, atam! Yağışın hər bir damcısının düşdüyü yerdə gül bitəcək, hər yer yaşıl çəmən olacaq, quzu ilə qurd bir bulaqdan su içəcək, varlı insanlar kasıblarla mallarını paylaşacaq və s. bu kimi yüzlərlə gözəlliklər yer üzünü bürüyəcək” -deyə cavab verdi.
Artıq hiss edirdim ki, yavaş-yavaş ürəyim onun eşqilə döyünməyə başlayır.
“Bəs elədirsə, niyə Allah onu aşkara çıxarmır?” -deyə soruşdum və əlavə etdim ki, elə başa düşmə kef olar deyə soruşuram, bilirəm bunların hamısı onun ədalətindən doğacaq.
Cavan məni sadə dillə başa salmağa çalışaraq dedi: “Təsəvvür et ki, kəndinizdə təhlükəli bir yol var və gecələr camaata zərər gəlməsin deyə o yola bir işıq çəkmisən. Avam camaat da, o işığın onlara nə qədər xeyirli olduğunu düşünmədən onu sındırırlar. Sən yenə də bu savab işi görmək üçün sınmış lampanın yerinə təzəsini bağlayırsan. Eyni hal yenə təkrarlanır və bu minvalla bu işi bir neçə dəfə edirsən, amma görürsən ki, camaatın hələ təfəkkürü o qədər inkişaf etməyib ki, bu işığın onlara olan xeyirlərini düşünsünlər və belə qərara gəlirsən ki, insanların, onun xeyrini anlayana qədər yeni lampa bağlamayasan. Belə ki, bu yolda o qədər zülm görüb bezəndən sonra sənin yanına gəlib ora yeni bir lampa bağlamanı istəsinlər. Sən biləndə ki, artıq onlar səhvlərini başa düşüblər, onların xahişini yerinə yetirəcəksən. İndi fikirləşin Allah bu dünyanın şeytanlarla dolu olan yollarında 11 imam göndərdi ki, bizə doğru yolu göstərsinlər, amma biz isanlar onlara nə etdik...
“Aha, təqribən anladım nə demək istəyirsən, oğlum, yəni demək istəyirsən kəndimiz bu dünya, təhlükəli yol bu dünyanın şeytanla dolu olan yolları, sındırdıqları işıqlar isə həmin 11 imamdır” -deyə cavanın sözünü kəsdim.
Sözümü təsdiqləyərək əlavə etdi: “Atam! Sizcə hal-hazırda fəsadların tüğyan etdiyi bu zamanda əgər İmam Mehdi (əc) gəlsə, onu da ataları kimi öldürməzlərmi?”
Elə bu vaxt göy üzünü qara buludlar aldı və şimşək çaxmağa başladı. Cavan mənə, “elə bilirəm artıq gecdir, yağışa düçəcəksiniz, özünüzü marşuruta çatdırmalısınız” -dedi. Mən də ayağa qalxaraq ona “haqqını halal et, vaxtını aldım” -deyib əlindən tutdum. Cavan isə cavabımda “siz haqqınızı halal edin ki, dini elmlərə yiyələnirik, amma sizin kimi insanlara kömək etməkdə ya səhlənkarlıq edirik, ya da sizlərə əlimiz çatmır” –dedi.
P.S.-Goturulmedi.

[cavab]

pol Bluffmaster 31 Okt 2012 / 02:35
sene ehsen....halal olsun..

[cavab]

pol BEATIFUL 31 Okt 2012 / 03:56
ozdunyamiz,cox twk edirem
Allah razi olsun..Hemiwe bele movzular yazasiz...)))twkleeerrr

[cavab]

pol ozdunyamiz 31 Okt 2012 / 04:06
Allahin izniyle sabahdan cox boyuk bir layihe ile Size maraqli movzular yazaciq. Hami Allah qoysa aktiv olacaq duwunurem ki. Here oz fikrini bildirecek,here muzakireye bir cur yanawacaq

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.2351 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az