Edeceyimiz hereketleri evvelceden duwunub etmeyimiz daha yaxsi olar
Ayla
2 May 2014 / 01:09
bir cavan oğlan ətrafdakılarla kobud davranır, tez-tez söyüş söyürdü. Atası oğlunun bu xasiyyətini tərgizdirmək üçün onu yanına çağırır. Oğluna iri bir lövhə və bir qutu mismar verib deyir: “Oğlum, nə zaman dilindən günah çıxdısa, bu lövhəyə bir mismar vur. Hər günün sonunda mismarları say. Çalış ki, hər gün dünənkinə nisbətən daha az mismar vurasan”.
Oğlan bu tapşırığa əməl edir. Birinci gün o qədər söyüş, yalan, iftira, qeybət danışır ki, axşam lövhədə 40-a yaxın mismar olduğunu sayır. Ertəsi gün dilinə qarşı bir qədər diqqətli olur. Axşam sayanda lövhəyə xeyli az mismar vurduğunu görür. Gün-gündən dediyi sözlərin üzərində nəzarəti gücləndirir. Gündə vurduğu mismarların sayı da get-gedə azalır. Nəhayət, elə bir gün gəlir ki, lövhəyə bircə dənə də olsa təzə mismar vurmur. Sevinə-sevinə atasının yanına gəlib vəziyyəti ona danışır.
Atası bu dəfə ona bir kəlbətin verib deyir: “Tapşırığın birinci hissəsini bitirdin, amma yeni mərhələyə keçməlisən. Gördüyün kimi, lövhənin üzərində yüzlərlə mismar var. Bu gündən qəzəbini boğmağa çalış. Nə zaman dilinlə günah etmək istəsən, iradənin gücü ilə bunun qarşısını al. Bu zaman mismarlardan birini qopar. Nə zaman lövhədə mismar qalmasa, mənə xəbər ver”.
Oğlan o gündən öz nəfsi üzərində daha ciddi işləməyə başlayır. Dilinə yalan, ağzına söyüş gəldiyi an bu haldan xilas olmağa çalışır. Hər dəfə nəfsinə qalib gələndə kəlbətinlə lövhədən bir mismar qoparır. Günlər ötür. Nəhayət, oğlan lövhədəki son mismarı çıxarıb atasının yanına gəlir. Boş lövhəni göstərib, tapşırığı uğurla yerini yetirdiyini fəxrlə söyləyir.
Ata isə lövhənin üzərindəki mismar dəliklərini oğluna göstərib deyir: “Oğlum, bu dəliklərə diqqətlə bax. Sən mismarları çıxardın, amma onların izini yox edə bilmədin. Mismarların izi lövhənin köksündə əbədi qalacaq. Yaman söz də belədir. Kiminsə ürəyini qırıb təhqir edəndən sonra üzr istəyib barışa bilərsən. Amma acı sözün izini və xatirəsini həmişəlik silə bilməzsən. Ona görə də qəlb sındırıb, sonra üzr istəməkdənsə, hər sözü deməzdən və hər işi görməzdən əvvəl düşünüb-daşınmağın daha yaxşı olar”.
[cavab]
DiN
2 May 2014 / 01:14
deyil
[cavab]
reshid11
2 May 2014 / 01:31
DiN,
[cavab]
*THE-EnD*
2 May 2014 / 01:31
Cox sagol duzdur.
[cavab]
Leylam
2 May 2014 / 01:56
Duzdur amma bu statusu var idi axi tekrar
[cavab]
ErRoR_PC
2 May 2014 / 01:57
[cavab]
Bölmeye qayıt