Sekkiz dirhem pul
NARDARANLI
1 May 2014 / 00:42
Bir gün Peyğəmbərin (s) səkkiz dirhəm pulu var
idi. Bazara getdi ki, özünə bir şey alsın, yolda
bir kənizi ağlayan halda gördü. Soruşdu: “Nə
üçün ağlayırsan?” Kəniz dedi: “Sahibim mənə
iki dirhəm verib bazara yollayıb, o pulu
itirmişəm”. Peyğəmbər (s) ona iki dirhəm verib
altı dirhəmlə bazara getdi və bazardan özü
üçün dörd dirhəmlik köynək aldı. Qayıdanda
gördü ki, arıq cüssəli müsəlman bir kişi çılpaq
halda yerdə oturub camaatdan onu
geyindirmələrini istəyir və deyir: “Bir adam
varmı ki, məni geyindirsin və Allah da ona bu
işin əvəzində Cənnət paltarı versin”. Allahın
Rəsulu (s) özü üçün aldığı köynəyi kişiyə verdi
və yenə bazara qayıtdı. Əlində qalan iki
dirhəmə bir köynək aldı və geyindi. Qayıdanda
yenidən yolda ağlayan kənizi gördü.
Ağlamasının səbəbini soruşdu. Kəniz dedi: “Nə
lazımdırsa, almışam, amma gec olduğundan
evə qayıtmağa qorxuram”. Peyğəmbər (s) dedi:
“Gəl mənimlə gedək, evdəkilərə tapşırım ki,
sənə bir söz deməsinlər”.Beləcə, bir evin
qapısına yaxınlaşdılar. Evdə kişi yox idi, amma
qadınlar evdə idi. Peyğəmbər (s) qapının
arxasından belə salam verdi: “Əs-səlamu
ələykunnə və rəhmətullahi və bərəkatuh”.
Qadınlar o Həzrətin (s) səsini eşidib onu
tanıdılar, amma ona cavab vermədilər.
Peyğəmbər (s) onlara ikinci dəfə salam verdi,
yenə cavab vermədilər, üçüncü dəfə uca səslə
salam verdi, qadınların hamısı dedilər:
“Ələykəs-səlam və rəhmətullahi və bərəkatuh”.
Peyğəmbər (s) buyurdu: “Məgər siz mənim
səsimi eşitmirdiniz?” Dedilər: “Eşidirdik, amma
istəyirdik ki, bizlərə daha çox salam
göndərəsiniz”. Allahın Rəsulu (s) buyurdu: “Bu
kəniz gecikdiyindən evə gəlməyə qorxurdu,
mənə görə onun təqsirindən keçin”. Dedilər:
“Ata-anamız sənə fəda olsun, sizin şəfaətinizi
qəbul etdik və onun təqsirindən də keçirik,
üstəlik sizin xoş gəlişinizə görə də onu azad
edirik”. Peyğəmbər (s) geri qayıtdı və buyurdu:
“Hələ bu qədər bərəkətli pul görməmişdim.
Qorxmuşa aman verdi, bir kənizi azad etdi, iki
nəfəri geyindirdi: bir qoca kişini və bir də
mənim özümü. Hər kəs bir müsəlmanı
geyindirsə, o geyim cırılıb aradan gedənə
qədər o adam Allahın amanındadır”
[cavab]
4divar@1isiq
1 May 2014 / 00:59
[cavab]
GAMER
1 May 2014 / 01:02
NARDARANLI,
ela ela
[cavab]
Fermer_Asiman
1 May 2014 / 01:03
NARDARANLI,
bro
[cavab]
DiN
1 May 2014 / 01:39

[cavab]
Vus@l
1 May 2014 / 01:49
Allah razi olsun.
[cavab]
Bölmeye qayıt
0.185 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az