Heqiqeten beledir !
NARDARANLI
30 Apr 2014 / 05:24
Siz də bunu qəbul edirsinizmi ki, əgər
bir kəs Hüseyni ibni Əlini Allahın Peyğəmbərinin
nəvəsi ziyarət edə sanki ərşdə Allahı ziyarət
edibdir?
Əl-məzar, Mufid, səh 51.
CAVAB:
Həzrət Hüseyn ibni Əli (ə) (şiələrin üçüncü
imamı), Allah yolunda gördüyü müsibətlər,
fədəkarlıqlar, əməllər, bəxşişlər, xüsusiyyətlər
və hədəflərə görə Allah Taalanın yanında çox
böyük məqama malikdir. Allah ona çox böyük
mükafat veribdir ki, onlardan biri bu dünyada
izzət və əzəmətdir. Buna xatir bütün camaat o
həzrətin (ə) pak məzarının ziyarətinə rəğbətlənir
və təşviq olunurlar və o həzrətin (ə)
ziyarətçilərinə çoxlu mükafat və savab vədəsi
verilibdir. Bu İlahi vədələrdən biri, Şeyx Mufid
(r) və başqalarının mutəvatir (arası kəsilmədən)
nəql etdikləri hədisdir.Bu hədisdə imam Cəfər
Sadiq (ə) buyurub: ... kim Aşura günündə imam
Hüseynin (ə) qəbrini ziyarət edə sanki Allahı,
onun ərşinin üstündə ziyarət edibdir".
( Şeyx Mufid, "Əl- məzar" , səh 51.)
Əlbəttə bu təəccüblü deyil. Çünki, Peyğəmbərin
(s) qəbrinin ziyarəti barədə buna oxşar çoxlu
rəvayətlər varımızdır. İmam Cəfər Sadiq (ə)
buyurub: "Hər kəs Allahın Peyğəmbərini (s)
ziyarət edə sanki Allah Taalanın onun ərşinin
üstündə ziyarət edibdir"
(Vəsailüş- şiə, cild 14, səh 335, hədis 19340)
İmam Rza (ə) Allahı ziyarət etməyin mənası
barədə buyurub: Allahı görmək və ziyarət
etmək mümkün olmadığına görə Allah-Taala
Peyğəmbərinin ziyarətini öz ziyarətinin yerinə
qərar veribdir.
(Ət- tövhid), (Uyuni əxbari- ər- Rza (ə) (Əl-
amali lis- Səduq).
Əhli-beyt (ə) məktəbi bu fikirdədir ki, ərş –
bütün hadisələrin və işlərin başlanğıc nöqtəsi
olan məqam və mərhələdir. O şey ki, yerə
enər, o şey ki, ondan xaric olar, o şey ki,
ondan yuxarı qalxar – hamısını bilər, harada
olursa-olsun o sizinlədir. Allah hər şeyi
görəndir. “Göyləri və yeri altı gündə (yaxud altı
gecə-gündüzdə, yaxud altı mərhələdə) yaradan,
sonra taxta (varlıq aləminin hökmranlıq və
idarəçilik taxtına) hakim olan Odur. O, həm
yerə girəni (suları, ölüləri, dəfinələri, kökləri və
heyvanları), həm yerdən çıxanı (heyvanları,
bitkiləri, bulaqları və mədənləri), həm göydən
enəni (mələkləri, səma kitablarını, ilahi
təqdirləri, planetlərin nurlarını, şimşək və
yağışları), həm də göyə qalxanı (mələkləri,
bəndələrin əməllərini, bəzi cinləri və insanların
ruhlarını) bilir. Harada olsanız, O, sizinlədir.
Allah etdiklərinizi görəndir”.
(“Hədid” 4).
Bu məqam bütün aləmin tədbir məqamıdır,
həm də elm məqamıdır. Bu aləmdən əvvəl
mövcud olmuşdur və ondan sonra da mövcud
olacaqdır.
Bir nəfər İmam Sadiqə (ə) sual verir: “Onun
ərşi suyun üzərindədir” ayəsinin mənası nədir?
Həzrət (ə) buyurdu: Onun mənası haqqında nə
deyirlər? Həmin şəxs dedi: Onlar deyirlər ki,
ərş suyun üzərində olmuşdur və Allah da onun
yuxarısında qərar tutmuşdur. Həzrət (ə)
buyurdu: “Yalan deyirlər. Hər kim Allahın
nəyinsə üzərində həml olunduğunu düşünürsə,
Ona məxluqların sifətini nisbət veribdir. Həmin
şəxs qəbul etməlidir ki, bu nəzərə görə Allahı
həml edən məxluq Allahdan daha güclüdür
deməkdir”.
İlahi ərş bizim hər bir işimizdən və hər bir
rəftarımızdan, yerdə və göydə baş verənlərdən
və bütün aləmdən xəbərdar olan bir məqamdır
[cavab]
TENHA_MEZAR
30 Apr 2014 / 05:26
duzdu
[cavab]
Unvansiz_Sevgi
30 Apr 2014 / 05:26
duzdu
[cavab]
kazanova
30 Apr 2014 / 10:51
Sene sual verim men Hz.Yusifin kinosuna baxrdim.orda Quyuda Yusife deyildiki elinde ne qeder oynaq var o 14 dedi,deyesen sora 5 barmaq var dedi.ve ona deyildiki kainatin yaranisi bu iki reqemdedi ve axirinci peygember bunun sirrini hamya deyecek. Bunun sirrini bilen var?
[cavab]
NARDARANLI
30 Apr 2014 / 12:42
5 nefer yeni Muhemmed Peygember Hz Əli Hz Fatimetul Zehra İmam Hesen ve İmam Huseyn
14 mesumlar
[cavab]
kazanova
30 Apr 2014 / 17:52
Bunun dunyanin yaranmagiynan ne elaqesi var dunya yarananda olar olmuyub axi
[cavab]
NARDARANLI
30 Apr 2014 / 18:07
Onlar kainat yaranmamisdan evvel olublar Allah c.c bu kainati onlara xatir yaradib
[cavab]
kazanova
30 Apr 2014 / 21:35
Yox niye yaradib demireee nece yaradib onun siridiii
[cavab]
NARDARANLI
30 Apr 2014 / 23:08
Onu bir Allah bilir
[cavab]
kazanova
30 Apr 2014 / 23:32
NARDARANLI, nem sen o kinoya baxmisan?eyer baxsan menim nedemek istediymi yaxsi basa dusersen.quyu hisesine bax
[cavab]
Bölmeye qayıt
0.1528 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az