EHHH OXUYUN!!!!!!

pol ErRoR_XxX 29 Apr 2014 / 18:25
Sadece 2 deqiqenizi ayirin ve oxuyun. Eminemki cox beyeneceksiz.

Bir gün men dükanların birində alış-veriş
edirdim. Birdən bir uşağın kassanın
önündə dayanıb satıcı ilə söhbətinin
şahidi oldum.
- "Əzizim, sənin bu kuklanı almağapulun
çatmır" - satıcı uşağa deyirdi.
Uşaq isə boynunu büküb yenidənpulunu
əlində saymağa başladı. Mən kassaya
yaxınlaşanda, "Xala, siz də
düşünürsünüzki mənim bu kuklanı
almağa pulum çatmır?" - deyə məndən
soruşdu.. Mən onun pulunu saydım və
kuklanın qiymətinə baxıb, "Bəli əzizim,
sənin bu kuklanı almağa pulun çatmır"
dedim. Uşaq hələ də kuklanı əlində tutub
dayanmışdı. Mən alış-veriş edib
dükandan çıxmaq istəyəndə yenidən ona
yaxınlaşdım. "Sən bunu kimə almaq
istəyirsən?" deyə soruşdum..
-"Mənim bacım bu kuklanı çox sevir.
İsteyirem onun ad gününə bunu hədiyyə
edim..Kuklanı anama vermək istəyirəmki
o bu kuklanı bacıma versin." Bir qədər
susdu.. Onun gözləri çox qəmgin idi.. və
birdən o yenidən mənə danışmağa
başladı.."Mənim bacım Allahın yanına
gedib.Mənə atam belə dedi. Atam dediki
anam da birazdan gedəcək Allahın
yanına. Mən də düşündümki bəlkəanam
bacıma bu kuklanı apara bilər." Mənim
ürəyim birdən sanki dayanmağa başladı..
Balaca oğlan mənə baxıb: "Mən atama
dedimki, qoyma anam mən gələnə kimi
harasa getsin." Sonra o mənə bir şəkil
görsətdi. Orda bütün ailəsi var idi.Hamısı
çox xoşbəxt görünürdü. "Mən istəyirəmki
anam bu şəkili bacıma aparsın. İstəmirəm
ki, bacım məni unutsun.Əslində mən
istəmirəmki anam məni burda təkqoysun.
Amma atam deyirki o bacımın yanına
getməlidir." - deyib yenidən qəmgin
gözləri ilə kuklaya baxdı. Mən tez uşağa
baxıb " Gəl sənin pulu təzədən sayaq.
Bəlkə səhv saymışıq?" - dedim."HƏ! Mən
də düşünürəmki mənim pulum çatır bunu
almağa" - uşaq sevinclə dedi. Gizlincə pul
kisəmdən pul götürüb onun puluna əlavə
edib, yenidən pulunu sayıb"Şirinim,
sənin pulun bu kuklanı almağa çatırmış.
Biz səhv saymışıq.Bağışl a məni!"-dedim.
Kuklanı almağa pul kifayət edirdi hələ bir
qədər də artıq qalırdı. Məni çox kövrəldən
bu uşaq göyə baxıb
"Çox sağol Allahım! Çox sağolki sən mənə
pul verdin, Allahım. Pul verdinki mən
bacıma bu kuklanı ala bilim. Çox sağol
Allahım"
Bu sözləri dedikdən sonra mənə baxıb
əlavə etdi: "Mən dünən gecə yatmamışdan
qabaq Allaha yalvardımki mənə pul
versinki mən bacıma bu kuklanı ala bilim.
Allah məni eşitdi! Həm də mən
istəyirdimki biraz pulum qalsınki anama
1 qızıl gül ala bilim. Anamın ağ qızıl
güldən çox xoşu gəlir.Amma mən Allaha
bu haqda heçnə demədim. Amma o mənə
yetərincə pul verdiki mən həm dəgül ala
bilim".
Bəzən insanların həyatında elə anlar
olurki, insanın özü və həyata baxışı 180
dərəcə dəyişir!

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1526 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az