SenSiz Gormurem

pol *BaBNiK* 29 Apr 2014 / 14:27
Mənim tənha qoyub, gedən əzizim.
Sənsiz yaşamaqdan, məna görmürəm.
Elə bil tutulub tamam, sağ gözüm.
Bir gözlə necədir, dünya,görmürəm....

Qışı qış görmürəm, yazı-yaz gülüm.
Toyu-toy görmürəm, yası-yas gülüm.
Dolaşıb ünvanım, işim, mənzilim.
Gündüzdür, gecədir, dünya görmürəm....

Həyat gözlərimdə, gözündən batıb.
Az qala yadımdan çıxıbdır adım.
İtibdir hər şeyin ləzzəti, dadı.
Şirindir-acıdır, dünya bilmirəm....

Əzilib sınmışam, daşlıq içində.
Boz daşa dönmüşəm, daşlıq içində.
Gəzib dolaşıram, boşluq içində.
Nə şeydir, nəçidir, dünya bilmirəm....

Dünya tamaşadır, belə deyiblər.
Sənsiz o tamaşa, bitdi heyflər...
Qaldı sənlə keçən ömrüm seyfdə,
Dumanlı semadir, dünya bilmirəm...

[cavab]

pol Lara 29 Apr 2014 / 16:04
cox xoshum geldi vallah Sagol

[cavab]

pol Lara 29 Apr 2014 / 16:10
ezilib sinmiwam , dawliq icinde, boz dawa donmuwem , dawliq icinde . Gezib dolawiram , bowluq icinde . Ne weydir , nedcidir , dunya bilmirem ...... Super !
red. Lara (29.04 /16:11)

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1218 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az