xexexexe BY:*Duyqu*
*Duyqu*
28 Apr 2014 / 19:35
Ay mənim özündən razı sevgilim!
Ömrümün baharı, yazı sevgilim,
Məndən bir az narazı sevgilim
Minnətin olsun ki, sevirəm səni!
Nə olsun ki, vardır şöhrətin, adın
Sadəlik olaydı arzu, muradın,
Alçaq dağları da sən yaratmadın,
Minnətin olsun ki, sevirəm səni!
Mən sənin gözündən itən deyiləm
Yarı yolda qoyub gedən deyiləm,
Mən öz bildiyimi edən deyiləm
Minnətin olsun ki, sevirəm səni!
Mən öz saf eşqimə haram qatmadım,
Sənsiz özgə sevgiləri dadmadım
Mən vəfalı olub səni atmadım,
Minnətin olsun ki, sevirəm səni!
Sən ki vəfasızsan, şahiddir ürək
Əməlini yada mən salım gərək,
Təkəbbürlü olma, inaddan əl çək!
Minnətin olsun ki, sevirəm səni!
Nə eşq xəstəsiyəm, nə də ki, həkim
Bu eşqin yükünü niyə tək çəkim?
Səni bu ürəklə kim sevəcək, kim?
Minnətin olsun ki, sevirəm səni!
İstərəm, əzizim, gerçək sevəsən,
Kaş ki, sevdiyinçün minnət edəsən,
Razıyam, mənə sən bir gün deyəsən:
“- Minnətin olsun ki, sevirəm səni!”
[cavab]
ErRoR-TeRRoR
28 Apr 2014 / 19:41
Kimdise o seni seven xowbext insan men ona sebr arzulayiram :) (bu arada super weirdi sesli guldum)
[cavab]
*Duyqu*
28 Apr 2014 / 19:45
ErRoR-TeRRoR, twk ehhh gulu seven tikanina tab getirmelidide
[cavab]
ErRoR-TeRRoR
28 Apr 2014 / 19:49
*Duyqu*, nee? Gul oldugunu bilirdim. Ama tikanlarin oldugunu bilmirdim. :( yaziq senin sevgilinin gunune
[cavab]
*Duyqu*
28 Apr 2014 / 19:51
ErRoR-TeRRoR, menim gul oldugumu tekce sevgilim biler.hemde ki o halindan memnundu mence
[cavab]
ErRoR-TeRRoR
28 Apr 2014 / 20:49
*Duyqu*, senin kimi bir sevgilisi var. Halindan memnun olmayib ne edecekki? Mence o bu qeder nawukr olmaz :)
[cavab]
Bölmeye qayıt
0.2423 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az