*_Menim xosuma geldi_*

pol Fermer_Asiman 27 Apr 2014 / 23:04
Yaşlı ata 25 yaşlı oğlu ilə qatara minir və biletdə yazılan yerlərində əyləşirlər. Gənc oğlan pəncərənin qarşısında oturur. Az keçmir qatar yola düşür, gənc oğlan havanı hiss etmək üçün əlini pəncərədən bayıra çıxarır və birdən ürəkdən qışqırmağa başlayır.

— Ata görürsənmi, bütün ağaclar arxaya hərəkət edir.

Yaşlı ata oğluna cavab olaraq gülümsəyir.

Gənc oğlanın yanında isə iki gənc cütlük əyləşmişdi. Onlar gəncə baxır və 25 yaşlı oğlanın özünü balaca uşaq kimi aparmasına təəccüblənirdilər.

Az keçməmiş gənc oğlan yenidən sevinclə qışqırır:

— Ata dənizi və buludları görürsənmi Hətta buludlarda qatarla bərabər irəliləyir.

Cütlük atasının çox adı şəkildə qarşıladığı gəncin hərəkətlərinə qəribəliklə baxırdılar.

Və yağış yağmağa başlayır, damcılar gəncin qoluna toxunarkən oğlan gözlərini iri açaraq yenidən uca səslə atasına deyir:

— Ata yağış yağır, damcılar mənə toxunur, görürsənmi ata, damcılar var qolumda.

Yanaşı əyləşən cütlük hardasa kömək etmək məqsədilə yaşlı ataya deyir:

— Nə üçün oğlunuzu hansısa klinikaya aparmırsınız, bəlkə həkim məsləhətinin müsbət nəticəsi olar.

Ata cavabında deyir:

— Biz elə indi klinikadan gəlirik, 25 ildən sonra nəhayət oğlum İşıqlı dünyanı görə bildi.

***
Hadisə və əməl barədə heç bir məlumatımız olmadığı halda kimlərisə qınayırıq, günahlandırırıq, amma unuduruq ki, hadisələr barədə günahlandırmaq yalnız Allaha məxsusdur, çünki bir yalnız O hər şeydən xəbərdardır Necə deyərlər, hadisənin nə olduğunu bilmədən
"Qınama ki, qınaq obyekti olmayasan".

[cavab]

pol ELNUR* 27 Apr 2014 / 23:21
Super

[cavab]

pol Rahil47 27 Apr 2014 / 23:48

[cavab]

pol -=G_e_R_o_i_N=- 27 Apr 2014 / 23:53
TEKRAR MOVZUDU.YENE YAZDIQVA GORE TWK!

[cavab]

pol reshid11 27 Apr 2014 / 23:53
!!!!!

[cavab]

pol eRRoR_(kRaL) 28 Apr 2014 / 00:44
:)

[cavab]

pol Fermer_Asiman 28 Apr 2014 / 00:45
cox saqolun

[cavab]

pol Mr_PsiXxX 28 Apr 2014 / 02:23
superrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrr

[cavab]

pol *dark_life* 28 Apr 2014 / 02:41
di

[cavab]

pol Lara 28 Apr 2014 / 04:36
[b]Fermer_Asiman[/b ], cox xowum gelidi Tewekkur !!!

[cavab]

[1] 2 →

 
Bölmeye qayıt
19.04.13 22:00
0.1818 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az