IRADƏYİ-CÜZİYYƏ oxuyun
PRINCE
30 Okt 2012 / 16:52
Cüzi-iradə: Hz. Allahın quluna
verdiyi məhdud bir səlahiyyət və
seçim haqqıdır. Lakin əhəmiyyəti
çox böyükdür. Çünki insan iradəsini
xeyrə sərf edərsə, Allah xeyri, şərə
sərf edərsə, şəri yaradır. İnsan
Сənnəti də, Сəhənnəmi də bu iradə
ilə qazanır. Bəli, Xaliq (yaradıcı)
yalnız Allah-təaladır. O, diləməsə, O,
yaratmasa, heç bir şey ola bilməz.
Beləliklə, qul çalışıb əldə edən,
Allah isə yaradandır.
İnsana verilən cüzi iradə (bir parça
istək) maşının sükanı kımidir. İnsan
sükanı hansı tərəfə döndərərsə, ma
şın o tərəfə gedər. Buna görə də
üsyan içində olan bir şəxs: “Mən nə
edim, Allah belə istəmiş və belə ya
ratmış” - deyib məsuliyyəti
üzərindən atıb kənara çəkılə
bilməz. Doğrudur, Allah diləmişdir,
amma qulun iradəsi və çalışması bu
yolda olduğu üçün diləmişdir.
Əslində qulda belə bir cüzi iradə,
yəni seçmək haqqı olmasaydı, Hz.
Allah quluna imtahan fürsəti
verməmiş, onu xeyrə və ya şərə
məcbur etmiş olardı. Halbuki Hz.
Allah quluna zorla bir günahı
işlədib, sonra da cəzalandırmaz.
Bəzi kəslər: “Bəzilərinin ruhu
əzəldə səcdə etmiş, bəzilərininki
də etməmişdir, buna görə əzəldə
ruhu səсdə etməyən kafir gedər” -
deyirlər. Əslində belə bir şey
yoxdur. Bu fikir insanın inancını
kökündən zədələyir. Əzəl etiraz
yeri deyildir. Orada hər kəs
istəyərək və ya istəməyərək səcdə
etdi. Hz. Allah ruhları imtahan
edərkən: “Ələstu birabbikum (Mən
sizin Rəbbiniz deyiləmmi?)”, - deyə
soruşduğu zaman bütün ruhlar
istisnasız olaraq: “Bəla (Bəli,
Rəbbimizsən ya Rəbbi)”, - deyə söz
verdilər.
Yenə bəzi səhv düşüncədə olanlar
deyirlər ki: “Sən nə edirsən et, Allah
istədiyinə hidayəti, istədiyinə də
zəlaləti xəlq edir”. Bu fikir qəti
şəkildə düzgün deyildir. Bu
mənadakı ayə çoxları tərəfindən
səhv izah edilir. Süleyman Hilmi
Tunahan Əfəndi həzrətləri bu
ayəti-kəriməni belə izah edərdi:
“Allah hidayəti istəyib hidayəti
diləyənlərə hidayəti, zəlaləti
istəyib zəlaləti diləyənlərə də
zəlaləti yaradar”.
Yenə bu mövzunu izah edərkən
buyururdu ki: “Əzəldə Əhməd
Cənnətlik, Məhməd də
Cəhənnəmlikdir” - deyə şəxslər
üzərinə heç bir hökm
verilməmişdir. Ancaq paltarlar,
(yəni iman paltarı, itaət paltarı, nur
paltarı) biçilmiş və bu paltarları
geyinənlər cənnətlikdir deyilmişdir.
Bundan başqa, küfr, üsyan, zülmət
paltarları da biçilmiş və bunları da
geyinənlər сəhənnəmlikdir deyil
mişdir. Qul cüzi iradəsi ilə bu
paltarları seçməkdə tam sərbəst
buraxılmışdır. Elə buna görə də
insan cüzi iradəsi ilə bunlardan
hansını seçər və geyinərsə, ora
daxil olar.
Qul bütün işlədiklərindən özü
məsul olduğuna görə üsyan
etməməli, qədərə boyun əyməli və
başına gələn hər şeyə razı
olmalıdır.
Bununla bərabər bizi görünən və
görünməyən bəlalardan qoruması
və ömrümüzün sağlam və
bərəkətli olması üçün Allah-təalaya
yalvararaq dua etməyimiz də
üzərimizə düşən çox mühüm
vəzifədir. Peyğəmbərimiz bir
hədisi-şərifində buyurmuşdur:
“Sədəqə vermək bəlanı qaldırır,
ömrü uzadır”.
[cavab]
PRINCE
30 Okt 2012 / 16:57
QƏDƏR
Qədər məsələsi Allah tərəfindəndir.
Qədər: Hz. Allahın əzəldən əbədə
qədər meydana gələсək bütün
xeyir və şər (pis-yaxşı) hadisələri
Öz elmi ilə bilib təyin etməsidir
(yazmasıdır).
QƏZA
Qəza: Hz. Allahın əzəldə təyin
etdiyi hadisələrin vaxtı çatdığında
elm və istəyinə uyğun olaraq
meydana gəlməsidir.
RUZİ MƏSƏLƏSİ
Ruzi: Allah-təalanın canlılara
qidalanmaları üçün verdiyi və
onların da yediyi şeylərdir. Lakin
insan öz iradəsi ilə ruzisini halal və
ya haram yollardan seçər və Allah-
təala da o yoldan verər. Buna görə
də ruzisini halal yoldan
qazanmayıb haram yeyənlər, iradə
və ixtiyarlarını pis tərəfə istifadə
etdiklərindən özləri məsuldurlar.
Ruziyə deyil, ruzini verənə
bağlanmaq lazımdır. Hər canlının
ruzisini verən Rəzzaqi-aləm olan
Hz. Allahdır. Ona inanmaq, Ondan
istəmək lazımdır, çünki Onun xəzi
nəsi böyükdür və sonsuzdur. Ona
həqiqi iman gətirənlər heç bir
zaman darlıq çəkməzlər. Amma
Rəzzaq olan Allahı unudub ruziyə
bağlananlar çox darlıq çəkər və
ziyandan qurtula bilməzlər.
TƏVƏKKÜL
Təvəkkül: Məqsədə nail ola bilmək
üçün maddi və mənəvi səbəblərin
hamısını yerinə yetirdikdən sonra
nəticəsini Allahdan gözləməkdir.
Əgər insan məqsədinə nail ola
bilmirsə, kədərlənməməli, “Bəlkə
bu haqqımda daha xeyirlidir”-
deyərək qədərinə (alın yazısına)
razı olmalıdır. Çünki Hz. Allah
Qurani-kərimdə buyurmuşdur:
“Bəzən xoşlamadığınız bir şey sizin
üçün xeyirli, bəzən də xoşladığınız
bir şey sizin üçün zərərli ola bilər.
(Onu) Allah bilir, siz bilməzsiniz”.
[cavab]
PRINCE
30 Okt 2012 / 23:53
insellah caliwaq her gun bu movzunu aktiv edek bilmeyenlerde oyrensin
[cavab]
ucarlilar
5 Noy 2012 / 17:24
PRINCE,insallah
[cavab]
BEATIFUL
5 Noy 2012 / 18:33
Insallah twk allah sizlerden razi olsun insan oxuduqca qelbi de gozu de nurlanir ,aydinlasir twkler.
[cavab]
Bölmeye qayıt
0.1493 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az