Şeir... (dodakdan kalbe)
DoDakDaN_kaLbe
27 Apr 2014 / 02:41
Mən uzaq səfərə yol alan
gəmi,Səni tərk edirəm bir liman
kimi.Qorxma ayrılıqdan burax
əlimi,Sevgi ayrılıqdan güçlüdü
vallah.Dünyada nə qədər sevgi
var bil ki,Sən mənim dilimin
əzəli, ilki.Qorxma ayrılıqdan
ölüm deyilki,Sevgi ayrılıqdan
güçlüdü vallah.Sən hələ
bilmirsən ayrılıq nədir,Hər səfər
könlünü sıxır inlədir.Ayrılan
cisimdir, ruh səninlədir.Sevg i
ayrılıqdan güçlüdü vallah.Sənsiz
həyat deyil ömür gün mənə,Tək
sənsən ürəkdən yanan sən
mənə.Qorxma ayrılıqdan inan
sən mənə,Sevgi ayrılıqdan
güçlüdü vallah.Qorxu intizar var
ağlar gözündə Neçə yalvariş var
bircə sözündə.Bir gün
biləcəysən elə özün də Sevgi
ayrılıqdan güçlüdü vallah.Nə
fərqi yaxınam yada uzağam
Hələki səninəm nə qədər
sagam.Ölsəm o dünyadan
qayıdacagam, Sevgi ayrılıqdan
güçlüdü vallah.Göz yaşi əbəsdi
çıxıb gedəcəm,Könlümü
odlara yaxıb gedəcəm.Mən
sənə, hamıya sübut
edəcəm,Sevgi ayrılıqdan
güçlüdü vallah..!!
[cavab]
Bölmeye qayıt
0.1354 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az