SəN DərSə GəLMəYəNDə ( DoDaKDaN KaLBe )

pol DoDakDaN_kaLbe 24 Apr 2014 / 22:45
Düşür yadıma hərdən
Məktəb həyətində mən
Yoluna göz dikərdim
Qəlbim sızlardı birdən
Sən dərsə gəlməyəndə...
Durub-durub anardım
Gizli-gizli yanardım
Neçə dostun içində
Özümü tək sanardım
Sən dərsə gəlməyəndə...
Zəng səsi ucalardı,
Uşaqlar söz alardı.
Gözlərim boş masana.
Fikrim səndə qalardı
Sən dərsə gəlməyəndə...
Dözməyib buna bəzən
Düşüb gah da həvəsdən
Nə danım həqiqəti???
Qaçardım mən də dərsdən
Sən dərsə gəlməyəndə...

[cavab]

pol Krutoy_Fermer 24 Apr 2014 / 22:46

red. Krutoy_Fermer (24.04 /22:51)

[cavab]

pol Irmak 24 Apr 2014 / 23:05
suppa

[cavab]

pol ErRoR-TeRRoR 24 Apr 2014 / 23:09
mende de evveller olub. Twk.

[cavab]

pol *Duyqu* 24 Apr 2014 / 23:11
DoDakDaN_kaLbe, super ama mekteb sevgisi menlik deyil.

[cavab]

pol DoDakDaN_kaLbe 25 Apr 2014 / 00:42
tşklər...

[cavab]

pol DoDakDaN_kaLbe 25 Apr 2014 / 00:42
*Duyqu*, hə oLa BiLəR...

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.2393 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az