Necə qonşusunuz? (test)

pol *_FoReVeR_* 24 Apr 2014 / 15:51
Necə qonşu olduğunuzu bilmək üçün aşağıdakı sualları cavablandırmağınız kifayətdir.

1. Qonşu mənzilə yeni sakinlərin köçməsinə münasibətiniz necədir?

A) Yaxşı, gedib tanış olaram. Lazım gəlsə, kömək də edərəm.
B) Neytral, yaxşısı budur ki, özləri gəlib tanış olsun.
C) Mənfi, yenə səs-küy olacaq, yenə təmir işləri.
A-7 B-0 C-2

2. Qonşularınızın şəxsi problemlərini haray-qışqırıqla həll etməsinə münasibətiniz necədir?

A) Çalışıram müəyyən üsullarla onlara kömək edim.
B) Fikir verməməyə çalışıram, şəxsi məsələləridir.
C) Polis çağırmaqla hədələyərəm.
A-0 B-5 C-3

3. Qonşularınızın həyatlarını yaxınlarınızla müzakirə edirsinizmi?

A) Heç vaxt, çünki bu, onların şəxsi həyatıdır.
B) Bəzən qonşuların gülməli anlarını yaxınlarımla paylaşıram.
C) Tez-tez, hərəkətlərindən narazı qaldıqda müzakirə etməklə sakitləşirəm.
A-0 B-4 C-6

4. Yeni mebel alan qonşu köhnəsini sizə ucuz qiymətə satmaq istəyir. Buna münasibətiniz necədir?

A) Sizə yaxşılıq etmək istəyir.
B) Köhnə mebellərini çölə atmaq istəmir, az da olsa pul qazanmaq istəyir.
C) Sizi kasıb hesab edir.
A-2 B-0 C-7

5. Qonşunun evinə polis və ya xüsusi orqan işçisinin gəldiyini görsəniz nə edərsiniz?

A) Dərhal evinə gəlib köməyə ehtiyacı olub-olmamasını soruşaram.
B) Polis gedəndən sonra gedib nə baş verdiyini öyrənərdim.
C) Əhəmiyyət verməzdim.
A-7 B-4 C-0

6. Əgər qonşu bir müddət onun ev heyvanlarına və ya güllərinə baxmağınızı xahiş edərsə, buna münasibətiniz necə olar?

A) Razılaşardım, çünki nə vaxtsa mənim də işim düşər.
B) Etiraz etməzdim, amma bu mənim üçün arzu olunmaz haldır.
C) Qəti etiraz edərdim.
A-6 B-0 C-3

7. Qonşu uşağının pis mühitə düşdüyünü bilsəniz, nə edərdiniz?

A) Dərhal valideynlərinə xəbər verərdim.
B) İmkan düşərsə, valideynlərindən birilə bu haqda danışaram.
C) Mənə maraqlı deyil.
A-7 B-4 C-0

8. Saat 23.00-ü ötsə də gələn qonaqlarınız bərkdən danışır. Qonşuların "Səs-küyü kəsin!" tələbinə münasibətiniz necə olar?

A) Qonaqlardan sakit davranmalarını xahiş edərsiniz.
B) Qonşunuza da sizə qonaq gəlməsini təklif edərsiniz.
C) Nə telefon, nə də qapı zənglərinə əhəmiyyət verməzsiniz.
A-0 B-7 C-2

9. Lazım gələrsə, qənd, çörək və hətta pul istəyə biləcəyiniz qonşularınız varmı?

A) Bəli, hətta bir neçəsi.
B) Deyə bilmərəm. Çalışıram heç vaxt istəməyim.
C) Heç vaxt qonşudan kömək istəmərəm.
A-6 B-0 C-2

Cavablar:

58-48 bal: Çox güman ki, qonşular sizin hər işə qarışdığınızı düşünür. Hadisələrə bir qədər laqeyd münasibət bəsləməyə çalışın. Yeri gəldi-gəlmədi qonşuların işlərinə qarışmayın.

47-20 bal: Çox güman ki, yaxşı qonşusunuz. Qızıldan qiymətli vaxtınızı qonşuya sərf etməyə, onu dinləməyə, məsləhət və təsəlli verməyə hər zaman hazırsınız. Siz qonşunuzun sirrini saxlaya bilərsiniz.

0-19 bal: Özünüzü yaxşı qonşu hesab etməyə haqqınız var. Məsələ burasındadır ki, yaxşı qonşu heç də hər zaman köməyə hazır olan deyil. Güman etmədiyiniz biri də ola bilər. Ehtiyac yarandıqda ona etibar etmək olar. Siz də belələrindənsiniz.

[cavab]

pol *ROM@NTIK_AWK* 24 Apr 2014 / 15:55
HAMI A VARYANTI ugurlar

[cavab]

pol @FB@ 24 Apr 2014 / 16:00
sualdan asili olaraq cavablar deyisir

[cavab]

pol Unvansiz_Sevgi 24 Apr 2014 / 16:00
Çox güman ki,
yaxşı qonşusunuz. Qızıldan
qiymətli vaxtınızı qonşuya
sərf etməyə, onu dinləməyə,
məsləhət və təsəlli verməyə
hər zaman hazırsınız. Siz
qonşunuzun sirrini saxlaya
bilərsiniz.

[cavab]

pol xD_(FoReVeR) 24 Apr 2014 / 16:01
32 bal oldu indi hansidir cavab?

[cavab]

pol TENHA_MEZAR 24 Apr 2014 / 16:10
36 ....

[cavab]

pol TeK*TeNHa 24 Apr 2014 / 16:19
1) sual (B)
2) sual (A)
3) sual (B)
4) sual (A)
5) sual (B)
6) sual (A)
7) sual (C)
8) sual (A)
9) sual (B)

[cavab]

pol Ormantik_guc_XD 24 Apr 2014 / 17:04
42 bal -_-

[cavab]

pol NoName_AnD_mE 24 Apr 2014 / 17:14
1c2c3c4c5c6c7c8c9c

[cavab]

pol DiN 24 Apr 2014 / 17:18
bow movzu
Movzu Baglidir!

[cavab]

[1] 2 →

 
Bölmeye qayıt
19.04.13 22:00
0.1328 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az