Əgər məni unutsan..
Ayla
17 Apr 2014 / 06:43
Zirvələrdə çən olaram,
Sevgim boyda qəm olaram,
Mən də dönüb sən olaram,
Əgər məni unutsan.
Çaylar susar nəğmə kimi,
Bu hicranın sarı simi
Dilləndirər ürəyimi
Əgər məni unutsan.
Yollarına yağan qaram,
Sənin ilə mən də varam,
Mən özümü unudaram
Əgər məni unutsan.
Sevinc qəmlə əkiz olar,
Sevinc qəmlə əziz olar,
Bütün dünya sənsiz olar
Əgər məni unutsan.
Qəm çilənər sözlərimə,
Kölgə düşər izlərimə,
İnanmaram gözlərimə
Əgər məni unutsan.
[cavab]
TeK*TeNHa
17 Apr 2014 / 06:45
[cavab]
aynur653*
17 Apr 2014 / 06:45
Bax ureyim eyer meni ne vaxtsa unutsan mende bunlardan olaram
red. aynur653* (17.04 /06:45)
[cavab]
Ayla
17 Apr 2014 / 06:49
aynur653*, unutmakmi? asla!
[cavab]
*AzE*_BakiNecH_
17 Apr 2014 / 06:49
Super
[cavab]
Ayla
17 Apr 2014 / 06:49
Qəlbimi dönməyin deşib, dəlibdi,
Gərək ki barışaq, yox başqa yolum.
Ağlıma yeni bir fikir gəlibdi,
Gəl daha sən mən ol, mən də sən olum..
Qatırdın acılıq sakit gecəyə,
İndi mən yol verim gərək səhvlərə.
Necə mən gəlirdim sizin küçəyə,
Bu dəfə özün gəl biz tərəflərə..
O həmin sözlərim gəlməsin ağır,
Elə mən dərd çəkim? Olmaz ki taraz.
Gəl görüş yerinə, məni də çağır,
Bu dəfə mən səni gözlədim biraz..
Mən gedim, sual ver - "niyə getmisən?"
Utanmaz-utanmaz önündə durum..
Necə ki sən mənə pislik etmisən,
Bu dəfə mən səni incidim, yorum..
Nömrəmi məşğul gör, biraz əsəbləş,
İndi mən yalanlar gətirim dilə.
Zəng elə "kiminlə danışırdın?" - de,
Bu dəfə mən deyim - "bir qohum ilə"..
Sən mənə elədin, mən edim necə?
Başqa bir yol tapım, başımı qatım.
Sən mənim yerimə şeir yaz gecə,
Mən sənin yerinə rahatca yatım..
Səndə bildiyini çəkinmə, elə,
Qoy dəyim xətrinə, gözün dolmasın.
Sən mənim yerimə 'bağışla'' söylə,
Bu dəfə mən deyim "bir də olmasın!"
Yalandan aldadıb "sevmirəm" dedim,
Bu hələ son deyil, gəl bunu anla.
Mən sənin yerinə uşaqlıq edim,
Sən mənim yerimə başa sal, danla..
Bu dəfə mən sənə xəyanət edim,
Daha bu sevgidən həm bezim, doyum.
Bu dəfə mən səni buraxıb, gedim,
Beləcə hər şeyin nöqtəsin qoyum...
[cavab]
aynur653*
17 Apr 2014 / 06:51
Ayla, Deyesen fikirkewdiyim olacaq
[cavab]
Ayla
17 Apr 2014 / 06:51
aynur653*, ne?
[cavab]
HT98
17 Apr 2014 / 12:04
Ayla, supper♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
[cavab]
Kend==soveti
17 Apr 2014 / 15:31
elaa
[cavab]
Bölmeye qayıt
0.1648 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az