Sebrle Axira Kimi Oxuyun

pol NARDARANLI 15 Apr 2014 / 00:47
Peyğəmbərin (s.ə.a) simasında təmizlik
Bağışlayan və Mehriban Allahın adı ilə
Təmizlik insanın təbii xüsusiyyətlərindəndir.
Belə ki, hər bir insan bacardığı qədər özünü
təmiz və səliqəli saxlamağa çalışır. İnsanların
ən kamili olan Həzrət Peyğəmbər (s) isə ən
kamil təmizliyə riayət edərdi. O Həzrət (s) hər
sahədə olduğu kimi təmizliyə riayət etməkdə
də bütün insanlara nümunə idi. O, həmişə
həmişə ətir vurardı, belə ki, bir yerdən
keçdikdə orada olan adamlar ətrin iyini hiss
edərdilər. Hətta heç kəsin o həzrəti (s)
görmədiyi vaxtlar, o cümlədən gecələr belə, o
həzrətin (s) xoş iyi hər yerə yayılardı.
İmam Cəfər Sadiq (ə) buyurur: “Allahın
Rəsulunun (s) ətir və xoş iy üçün çəkdiyi
xərclər yeməyi üçün çəkdiyi xərclərdən çox
idi”. (“Kuhulul-bəsər”, səh. 78)
İmam Rza (ə) buyurur: “Təmizlik
Peyğəmbərlərin əxlaqındandır”. (“Tuhəful-uqul”
, “İmam Rzanın (ə) kəlamları” fəsli)
İmam Əli (ə) buyurur: “Bayram günləri qüsl
etmək həm Allahın dərgahında hacət və
istəklərin qəbul olmasına səbəb olar, həm də
Peyğəmbərin (s) sünnətinə əməl etməkdir”.
(“Tuhəful-uqul”, səh. 95)
Şeyx Səduq (r.ə) “Əl-hidayə” kitabında İmam
Cəfər Sadiqdən (ə) nəql edir ki, buyurub:
“Cümə günü qüsl etmək hər bir kişi və qadın
üçün sünnətdir, buna istər evdə, istərsə də
səfərdə olarkən riayət etmək lazımdır. Cümə
qüslü insanın paklaşmasına səbəb olur və iki
cümə arasındakı günahların kəffarəsidir”.
(“Sünənün-Nəbi”, səh. 232)
Əllamə Məclisi (r.ə) yazır: “Allahın Rəsulu (s)
həmişə saqqalını və başını sidrlə yuyardı”.
(“Biharul-ənvar”, cild 16, səh. 247)
Peyğəmbər (s) hər gecə üç dəfə dişinə misvak
çəkərdi (dişini fırçalayardı): yatmazdan əvvəl;
gecə namazı və dua üçün durduqda; sübh
namazını qılmaq üçün məscidə getməzdən
əvvəl. (“Biharul-ənvar”, cild 16, səh. 254)
Allahın Rəsulu (s) diş fırçalamağın faydaları
haqqında çox kəlamlar buyurmuşdur. O
cümlədən: ağız təmiz olur, Allahın razılığına
səbəb olur, dişləri ağ saxlayır, damağı
möhkəmləndirir, bəlğəmi azaldır, iştahanı artırır
və s. Dişləri fırçaladıqdan sonra iki rükət
namaz qılmaq dişləri fırçalamadan qılınan
yetmiş rükət namazdan üstündür. (“Rovzətul-
vaizin”, cild 2, səh. 308)

[cavab]

pol NARDARANLI 15 Apr 2014 / 00:48
Həzrət Əli (ə) buyurur: “Qoltuğun altındakı
tükləri qırxmaq həm pisin iyin yox olmasına
səbəb olur, həm də təmizlik və Peyğəmbərin
(s) sünnətidir”. (“Tuhəful-uqul”, səh. 25)
Allahın Rəsulu (s) buyurur: “Kimin Allaha və
qiyamət gününə imanı varsa, bədən tüklərini 40
gündən çox uzun saxlamasın, əgər vasitə
almaq üçün pulu olmazsa, borc alaraq vasitəni
alsın və tükləri qırxsın, təki tüklər 40 gündən
çox uzanmasın”. (“Rovzətul-vaizin” cild 2, səh.
309)
Peyğəmbərin (s) təmizliklə əlaqədar olan
sünnətlərindən biri də bığları qısaltmaqdır,
necə ki, İmam Əli (ə) buyurur: “Bığ tüklərini
qısaltmaq həm təmizlik, həm də Peyğəmbər (s)
sünnətidir”. (“Tuhəful-uqul”, səh. 25)
Peyğəmbər (s) bir hədisdə buyurur:
“Atəşpərəstlər və yəhudilər üzlərini qırxır və
bığlarını uzadırlar, amma biz müsəlmanlar
bığlarımızı qısaldır və saqqal saxlayırıq”.
(“Sünənün-Nəbi”, səh. 92)
Allahın Rəsulu (s) hər cümə günü günorta
namazı üçün məscidə getməzdən əvvəl
dırnaqlarını tutar, bığlarını qısaldardı.
(“Sünənün-Nəbi”, səh. 107)
İmam Cəfər Sadiq (ə) buyurur: “Peyğəmbərin
(s) bir qabı var idi ki, içinə ətir tökmüşdü. Hər
dəfə dəstəmaz alandan sonra ətirlənərdi. Belə
ki, camaat o həzrətin (s) iyini hiss edən kimi
onu tanıyardılar”. (“Sünənün-Nəbi”, səh. 97)
Mərhum şeyx Təbərsi ( r.ə) “Məkarimul-əxlaq”
kitabında yazır: “Peyğəmbərin (s) adəti belə idi
ki, güzgüyə baxaraq saçlarını darayardı, bəzən
güzgü olmayanda bu işi suyun qarşısında
edərdi, saçlarını düzəldərdi, ailəsindən başqa
öz dostları üçün də bəzənər və buyurardı:
“Özünü düzəldib bəzəyərək dostlarının yanına
gedən şəxsi Allah-Təala sevir”. (“Biharul-ənvar
”, cild 16, səh. 249)
Həzrət Muhəmməd (s) çox vaxt ağ paltarlar
geyər, həmçinin yaşıl paltarları da sevərdi.
Köynək, qəba və başqa paltarları ayağın
topuqlarınadək olardı, bəzən tək yun əba geyər
və onunla da namaz qılardı. Həzrətin (s) qara
əbası da var idi və onu geyərkən həyat yoldaşı
Ümmü Sələmə (r.ə) deyərdi: “Hələ
Peyğəmbərin (s) rənginin ağlığını o qara əbanı
geyərkən gözəl olduğu qədər bir şey
görməmişəm”. O Həzrət (s) əmmamənin
altından araqçın qoyardı, bəzən təkcə araqçın
qoyar, bəzən də təkcə əmmamə qoyardı.
Peyğəmbərin (s) bir əmmaməsi var idi ki, ona
“səhab” deyərdilər. Bəzən başına onu qoyardı.
O Həzrət (s) onu Əliyə (ə) bağışladı və Əli (ə) o
əmmaməni başına qoyub gələrkən Peyğəmbər
(s) deyərdi: “Əli səhabla sizin yanınıza gəldi”.
Peyğəmbər (s) təzə paltar geydikdə Allaha
şükür edər, sonra isə köhnə paltarını ehtiyacı
olana verər və deyərdi: “Kim Allah yolunda bir
müsəlmana paltar geyindirərsə, nə qədər ki, o
paltar həmin şəxsin əynindədir, o adam diri, ya
ölmüş olsa da, Allahın amanındadır”.
O Həzrətin (s) adi paltarlarından başqa iki
paltarı da var idi ki, yalnız cümə günləri onları
geyərdi. Paltar geyərkən həmişə sağ tərəfdən
geyərdi və buyurardı: “Şükür olsun Allaha ki,
paltarla bədənimi örtdü və məni camaatın
yanında zinətləndirdi”. Paltarını çıxararkən isə
sol tərəfdən çıxarardı.
Həzrət Əli (ə) buyurur: “Peyğəmbər (s) mənə
təzə paltar geyərkən bu sözləri deməyi öyrətdi:
“Şükür olsun o Allaha ki, məni paltarla
geyindirərək camaatın yanında zinətləndirdi.
İlahi, bu paltarı bərəkətli et ki, bu paltarla
Sənin razılığını arayım, Sənin məscidlərini
abadlaşdırım”. Kim bu duanı oxuyaraq paltar
geyərsə, günahları bağışlanar”.
Peyğəmbər (s) bəzən qalın paltar geyərdi. Sağ
əlinin kiçik barmağına gümüş üzük taxardı,
üzüyünün qaşı əlin içi tərəfə olardı. Üzüyünün
qaşına “La ilahə illəllah, Muhəmmədər-Rəsu
lullah” sözləri yazılmışdı. Həmçinin Məaz ibn
Cəbəl o Həzrətə (s) qaşının üstündə
“Muhəmmədər-Rəsulullah” sözləri həkk edilmiş
bir üzük bağışlamışdı.
Peyğəmbərin (s) üzüklərindən birini o Həzrətin
(s) vəfatından sonra Əbu Bəkr, ondan sonra
Ömər, ondan sonra isə Osman barmağına
taxdı. Osmanın xəlifəliyinin 6-cı ilində həmin
üzük Osmanın əlində çıxıb Mədinənin
yaxınlığında olan Əris quyusuna düşdü. Nə
qədər çəkdilərsə, üzüyü oradan çıxara
bilmədilər. Elə o hadisədən sonra fitnə qapıları
Osmanın üzünə açıldı.
Peyğəmbərin (s) qaşı əqiqdən olan başqa bir
üzüyü də var idi və onu Həzrətə (s) Həbəşədən
(Efiopiyadan) gətirmişdilər.
Allah bizi bu dünyada və axirətdə
Peyğəmbərdən (s) və onun Əhli-beytindən ayrı
salmasın.

[cavab]

pol KaVKaZ_LoVe 15 Apr 2014 / 01:03
brat

[cavab]

pol oguzxaqan 15 Apr 2014 / 01:11
sag ol Allah razi olsun

[cavab]

pol Salyan_FHN 15 Apr 2014 / 01:45
Cox saqol qaqa Allah razi olsun.Allah herkesin.komeyinde dursun.Amin

[cavab]

pol Bufalo 15 Apr 2014 / 02:28
Saq ol

[cavab]

pol NARDARANLI 15 Apr 2014 / 17:32
Allah sizlerden razi olsun

[cavab]

pol A_ceyhun 15 Apr 2014 / 21:39
Amin Inwallah twk
red. A_ceyhun (15.04 /21:39)

[cavab]

pol **Lets*go** 16 Apr 2014 / 01:04
Peyğəmbər (s) bir hədisdə buyurur:
“Atəşpərəstlər və yəhudilər üzlərini qırxır və
bığlarını uzadırlar, amma biz müsəlmanlar
bığlarımızı qısaldır və saqqal saxlayırıq”. Köynək, qəba və başqa paltarları ayağın
topuqlarınadək olardı. ..... AMA indi bele edenlere xususi ad(vahhabi) veribler,amma hec bilmirler ki,dolayisi yolla peygemberimize(s.a.s.) kufr edirler

[cavab]

pol _LEBBEYK_ 16 Apr 2014 / 03:40
**Lets*go**, topugacan bawqa topugdan yuxaridiye vehabilerin walvarlati wortidi ele bil

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1267 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az