Diqqetle Axira Kimi Oxuyun
NARDARANLI
13 Apr 2014 / 00:23
Bir gün bir mələyi cənnətdən
dünyaya göndərirlər... Dünyadan bizə
tükənməyən və ən gözəl olanı gətir deyə.Mələk
bütün gün gəzdi dünyanı, cənnətə qayıtmağa
hazırlaşanda bir gül bağının üstündən
uçurdu.Həmin bağdaki, güllərin ətri onu cəlb
edir. Bağa enir və Mən bu güllərdən cənnətə
aparacağam deyir, bu güllər o qədər gözəl və
ətirlidir ki, dünyada ən gözəl şey bu güllərdir
deyə düşünür.Gülləri götürüb qanad çalıb
qalxanda elə bu an çəmənlərin içində bir körpə
görür. Uşaq öz təbəssümü ilə anasının
gözlərinə baxır.Gözlərində ki qığılcım və
üzündəki təbəssüm o qədər gözəldir ki, Mələk
yox yoxxx bu çox gözəldir mən bu körpənidə
cənnətə aparacağam deyir.Körpənin yanına
gələndə Anasının ona baxışlarını anasının ona
olan sevgisini görür və dəhşətə gəlir.yox yooxx
Ananın körpəsinə olan sevgisi çiçəklərdən və
körpənin təbəssümündəndə çox idi.Mən
ananıda cənnətə aparacağam deyir mələk.Həm
gülləri, həm körpəni həm də ananı götürüb gəlir
cənnətə.Cənnətin qapısına çatanda bir anlıq
gətirdiklərinə baxmaq istəyir Mələk.Görür,
güllər solub, körpə isə daha gülmür, itib
üzündəki sevinc, gözlərindəki nur.amma Ananın
körpəsinə olan sevinci bütün gözəllikləri ilə
yerində idi. Onun sevgisi zərrə qədər
azalmamış, tükənməz hisslər olaraq sevinc
bəxş edirdi.Bunu görən Mələk Ananı götürüb
cənnətə girir və bütün mələkləri başına toplayıb
deyir:- Dünyada olan, heç vaxt tükənməyən və
cənnət qədər gözəl olan tək şey ANANIN
SEVGİSİDİR!
[cavab]
oguzxaqan
13 Apr 2014 / 00:26
sag ol qaqaw
[cavab]
Ozma
13 Apr 2014 / 00:35
Saq ol.
[cavab]
Fermer_Asiman
13 Apr 2014 / 00:42
Allah razi olsun
[cavab]
A_ceyhun
13 Apr 2014 / 01:12
Twk qardaw cox gozel movzudu
[cavab]
katuraz
13 Apr 2014 / 01:58
&¥¥¥€£££(oba oba ellerin yorulmasin)€££¥¥*&
[cavab]
ViP_BaKu
13 Apr 2014 / 02:13
Qeweyy sohbetti :)
[cavab]
____SERAP____
13 Apr 2014 / 02:22
NARDARANLI, Sağol eziz qardawım
eysiy olma ALLAH razı olsun !
[cavab]
zekow
13 Apr 2014 / 02:24
super
[cavab]
CAL
13 Apr 2014 / 03:27
sag ol qaqa
[cavab]
Bölmeye qayıt