Yecuc ve Mecuc

pol NARDARANLI 9 Apr 2014 / 19:50
Yəcuc və Məcuc Adəm övladlarından
olan və hal-hazırda mövcud olan iki tayfadır. Uca
Allah Zülqərneynin hekayəsini bizə xəbər verərək
belə buyurur: “Nəhayət, iki dağ arasına gəlib
çatdıqda onların ön tərəfindən az qala söz
anlamayan (yaxud danışıqları çox çətin başa
düşülən) bir tayfa gördü. Onlar dedilər: “Ey
Zülqərneyn! Yəcuc–Məcuc (tayfaları) bu ərazidə
fitnə-fasad törədirlər. Bizimlə onlar arasında bir
sədd çəkmək üçün sənə müəyyən məbləğ versək
olarmı?” O (Zülqərneyn) dedi: “Rəbbimin mənə
verdiyi daha yaxşıdır. Gəlin öz qüvvənizlə mənə
kömək edin, mən də sizinlə onlar arasında
möhkəm bir sədd düzəldim! Mənə dəmir
parçaları gətirin!” O (Zülqərneyn) iki dağın arasını
bərabərləşdirən kimi: “ (Körükləri) üfürün!” – dedi.
(Zülqərneyn dəmiri) od halına salınca: “Mənə
ərimiş mis gətirin, onun üstünə töküm!” – dedi.
(Yəcuc–Məcuc tayfaları) artıq nə (səddi) aşa
bildilər, nə də onu dəlib keçə bildilər. O
(Zülqərneyn) dedi: “Bu (sədd) Rəbbimdən bəxş
edilən bir mərhəmətdir. Rəbbimin təyin etdiyi
vaxt (qiyamətə yaxın Yəcuc–Məcüc tayfalarının
dünyanı bürüyəcəyi zaman) gəldikdə isə (Allah)
onu yerlə yeksan (dümdüz) edəcəkdir. Rəbbimin
vədi haqdır!” Peyğəmbər (Allahın ona salavatı və
salamı olsun!) demişdir: “Allah Qiyamət günü
deyəcək: ”Ey Adəm! Dur, zürriyyətindən
Cəhənnəmə düşəcəkləri qaldır!”... Sonra
Peyğəmbər (Allahın ona salavatı və salamı olsun!)
dedi: “Sizi müjdələyirəm! Bir nəfər sizlərdən, min
nəfər isə Yəcuc və Məcucdan”. Qiyamətin
əlamətlərindən olan Yəcuc və Məcucun
çıxmasının nişanələri hələ Peyğəmbərin (Allahın
ona salavatı və salamı olsun!) sağlığında
görünməyə başlamışdı. Ummu Həbibə (Allah
ondan razı olsun!) demişdir: “Bir gün Peyğəmbər
(Allahın ona salavatı və salamı olsun!) dəhşətdən
üzü qızarmış şəkildə yanımıza gələrək: ”Allahdan
başqa ibadətə layiq ilah yoxdur! Yaxınlaşan şərrə
görə vay olsun ərəblərin halına. Bu gün Yəcuc və
Məcuc səddindən bu qədər dəlik açıldı.” – dedi
və baş barmağı ilə ondan sonra gələn barmağını
halqa şəklində görsətdi.

[cavab]

pol Mr_PsiXxX 9 Apr 2014 / 21:48
ALLAH RAZI OLSUN

[cavab]

pol SNIPER_KING 9 Apr 2014 / 21:54
bu melumata gore twk..hetda ewitdiyme gore o tayfo o derecede susuz qalib xezer denizine yaxinlawib suynu icerek qurudacaglar ve bir_birne burda gol vardi deye and icecekler..ALLAHIN ezeldemw mueyýen etdiyi her bir hïkmete sonsuz wukurler olsun..(AMIN YA REBB ALEMIN)&
red. SNIPER_KING (09.04 /21:55)

[cavab]

pol NARDARANLI 9 Apr 2014 / 22:48
SNIPER_KING, Allah razi olsun beli Onlar qabaglarina cixan her seyi yeyib bitireceyler Alimlerin ferziyyesine gore Cin seddi onlara qarsi cekilmisdir Amma bezi membelere gore bu zeif melumatdi

[cavab]

pol Minika 10 Apr 2014 / 00:10
xurafat ve Xurafatcilar)) Yecuc ve Mecuc sadece axiretde wer quvveleri kimi qeleme verilib) xezerin duzlu suyu ne bilim daha neler))) seferber olacaq 313 emeli Saleh sehabeler ve Bawda Sahibi El Zaman bu wer quvvelere qarwi vuruwacaq

[cavab]

pol NARDARANLI 10 Apr 2014 / 00:13
Minika, Burda Xurafatdan soz bele gede bilmez Men de yaxsi biliremki İmam Mehdi e.s onlari qetle yetirecey Ancaq ki yecuc ve mecuc heqiqeten var ve onlar yasayirlar İsteyirsen get Qurani ac oxu gor yecuc ve mecuc haqqinda neler yazilib

[cavab]

pol Minika 10 Apr 2014 / 00:40
NARDARANLI, men demedim yoxdu elbetde var sadece quranda yazilmayib xezerin suyun icecek ve ya qarwisina keceni yeyecek)sadece wer quvvesi kimi qeleme verilib

[cavab]

pol NARDARANLI 10 Apr 2014 / 00:44
Sehih hedislerde var Onlarin bir ucu Qudsde bir ucu Xorasanda olacag Qarsilarina cixan her seyi yeyib bitireceyler Xezerin suyunu icib qutaracaglar Ve sehadet getireceylerki birda iri bir gol var idi

[cavab]

pol SNIPER_KING 10 Apr 2014 / 00:49
Minika, xanim men xezeri misal getrerek didim..:)

[cavab]

pol Minika 10 Apr 2014 / 01:02
NARDARANLI, ebu sufyanda hemiwe yalanci hedisler uydurub) oglu muaviyyede )) Hedislerin 95%-i insan uydurmasidir Ayeler Surelerden deqiq hecne yoxdur) QURANİ KERİM en duz Elm menbeyidir

[cavab]

[1] 2 →

 
Bölmeye qayıt
19.04.13 22:00
0.1381 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az