..::Məhəmməd Peyğəmbərimizin (s.ə.v.s) əxlaqından::..
aze
6 Apr 2014 / 06:59
Pis və uyğun olmayan bütün söz
və davranışlardan imtina edilməli,
xüsusilə cəmiyyət arasında
yumşaq və alçaq səslə danışmalı.
Sənə pisliklə davranana qarşı sən
yaxşı davran və onu bağışla.
Xidmətində səhv edənlərə qarşı
pis rəftar etmə. Vəzifəni lazımınca
yerinə yetir və başqalarının
haqqını qoru.
Çox gülməməli, çox vaxt təbəssüm
edilməlidir.
Zəif və yoxsul insanların ehtiyacını
ödə. Ev işlərində ailəyə kömək et.
Israfdan çəkinməklə, xüsusən də
cümə günü və bayramlarda
geyimə fikir vermək.
Yeyərkən təkəbbürdən uzaq ol.
Olanlarla kifayətlən və bir az
yeməklə qane ol.
Torpaq qazımaq da olsa çalışmalı
və çalışanlara kömək edilməlidir.
Təkəbbürdən uzaq olduğuna
sevinməlidir. Hədsiz mədh və
iltifatdan uzaq olmalı, bundan
xoşlanmamalı.
Zarafat da olsa çirkin və pis
sözdən uzaq olub çox zarafat
etməkdən çəkinməli, başqalarını
güldürmək üçün də olsa yalan söz
deyilməməlidir.
Hər hansı bir insanı qeyri-səmimi
üzlə qarşılama. Insanlara və
heyvanlara qarşı mərhəmətli ol ki,
Allah da sənə mərhəmətli olsun.
Xəsislikdən qorun. Şübhəsiz ki, bu,
Allahın sevmədiyi bir davranışdır.
Hər işdə israfdan uzaq ol.
Əsəbdən və əsəbə səbəb olan
vəziyyətlərdən uzaq ol.
Əsəbiləşdiyin zaman dərhal
şeytandan Allaha sığın.
Quranı anlayaraq, düşünərək oxu
və onu başqalarından dinlə.
Gözəl qoxuya qarşı etinasız
yanaşma. Xüsusilə namazlarda və
cəmiyyət arasında gözəl ətir
vurun. Mühüm bir sünnə olan
misvakdan istifadə edilməyə
əhəmiyyət verilməlidir.
Cəsarətli olmalı. Öz əleyhinə də olsa
həqiqəti deməkdən çəkinmə. Kim
olursa olsun, nəsihətə qarşı
diqqətli ol, onu rədd etmə.
Ailənə və övladlarına qarşı ədalətli
ol. Onlara olan münasibətində ayrı-
seçkilik salma. Hər an aralarında
ədalətə diqqət et, birinə
digərindən çox üstünlük vermə.
Və bütün işlərində ədaləti şüar et.
İnsanların əziyyətlərinə qarşı səbrli
ol, onları bağışla ki, Allah da səni
bağışlasın. Özünə rəva bildiyini
başqalarına da rəva bil.
Ailə üzvlərinlə, qardaşlarınla bir
yerdə olduğun zaman və ya
onların yanından ayrıldığın zaman
onlara salam ver, onların qəlblərini
xoş et. Heç vaxt salam verməyi
unutma.
Sünnəyə uyğun olaraq salam
verərkən Əssələmu Aleykum və
Rəhmətullahi və Bərəkətuhu
ifadəsi tam deyilməlidir..
Sabahınız xeyir və s kimi sözlərin
Salamın yerini almasına yol
verilməməlidir. .
Sonda Sevimli Peyğəmbərimizə
Salavat deyək..
[cavab]
@n@a@z@a@
6 Apr 2014 / 07:05
ALLAH KOMEYIN OLSUN
[cavab]
aze
6 Apr 2014 / 07:09
@n@a@z@a@, Allah razı olsun
[cavab]
_LEBBEYK_
6 Apr 2014 / 07:49
Ehsen exi
Allahunmeselli ela Muhemmed ve Ali Muhemmed ve eccil ferecehum
[cavab]
aze
6 Apr 2014 / 07:51
_LEBBEYK_, Allah razı olsun exim
[cavab]
Leqo_Fantastic
6 Apr 2014 / 12:47
Allahunmeselli ela Muhemmed ve Ali Muhemmed ve eccil ferecehum
[cavab]
x@kker
6 Apr 2014 / 13:06
Allah razi olsun
[cavab]
zekow
6 Apr 2014 / 13:30
Allah razi olsun chox gozel movzudu
[cavab]
Bölmeye qayıt