ikimizin yerine..
aynur653*
6 Apr 2014 / 06:46
Ayla,
[cavab]
Ayla
6 Apr 2014 / 06:46
Menli xatireler menden bezecek,
Hesret gunden gune seni uzecek,
Aylar iller gelib otub kececek,
Bir gece yuxuna gelecem senin...
Yollar gozlemekden yorgun dusecek,
Gozlerin her yerde meni gezecek,
Yuxunu geceler ershe cekecek,
Bir gece yuxuna gelecem senin...
Men donmeyeceyem hey seslesen de,
Bu sevgi sazini berk koklesen de,
Sen meni gunduzler cox gozlesen de,
Bir gece yuxuna gelecem senin...
Dost-tanis, qohumlar unutduranda,
Tokduyun goz yasin qurutduranda,
Yaran teze teze qabiq tutanda
Bir gece yuxuna gelecem senin...
Omrun ovucunda dondukce hece,
Seni izleyecem her an gizlice,
Bu dunyadan tek kocen gece,
O gece yuxuna gelecem senin...
[cavab]
aynur653*
6 Apr 2014 / 06:47
Eladi heqiqeten sagol ureyim
[cavab]
aynur653*
6 Apr 2014 / 06:48
Seni gulum kimler qopardi?
Esqini qelbinden kimler apardi?
Bele bigane qalmazdin mene...
Araya nifaqi de kimler saldi?
Gulum, esitmisem aglarsan orda,
Her gun qalibdi gozlerin yolda.
Deyirler duygular olubdu senin,
Omrune gelibdi o son bahar da.
Bir gunun icinde ehdini dandin,
Onlarin sozune sen de aldandin.
Inandim vefana yaniltin meni,
Gulum iylemerem, deribler seni
[cavab]
Ayla
6 Apr 2014 / 06:50
Sevinc Arzulu :
Deyəsən qulağım düşübdür səsə,
Torpaq yollar ilə gedirəm kəsə.
Ayağımda çarıq,əlimdə əsa
Səni yer üzündə axtarıram mən.
Kənan AY :
Yolunun sonunda mən dayanmışam,
Sevdamın odunda mən alışmışam.
Hər zaman sevgidə mən aldanmışam
Təzədən sevgimi axtarıram mən.
Sevinc Arzulu :
Sarıbdır qəlbimi xoş həyacanım,
Yorğunam,qalmayıb hec yarı canım.
Anam tək sevdiyim Azərbaycanın,
Çölündə,düzündə axtarıram mən.
Kənan AY :
Mən səndən aralı,sən məndən uzaq,
Kədərə hər zaman açmışam qucaq.
Gözlərim gözündən xeylicə uzaq
Hər zaman arayıb,axtarıram mən.
Sevinc Arzulu :
Məhəbbət mələyi səmadan enməz,
Ürək sevdiyindən ayrılmaz,dönməz.
Qəlbimin atəşi heç zaman sönməz,
Odunda,közündə axtarıram mən.
Kənan AY :
Sevgi mənim üçün sönməz ocaqdır,
Sönübsə qəlbimdə kül olacaqdır.
Yalanlar hər zaman məhv olacaqdır
Doğrular içində axtarıram mən.
[cavab]
aynur653*
6 Apr 2014 / 06:52
Sən getmisən, sanma sevgim yox olub.
O ölməyib, yaşayır,əvvəlki tək.
O səninlə, mənim ilədoğulub,
O son dəfə mənim iləöləcək.
O taledən ikimizin payıdı,
İkimizin ürəyində göyərdi
Zaman-zaman neçə ildi, ay idi,
Hər gün bizim qəlbimizi döyərdi.
O düşmüşdü ağızlara, dillərə,
Nəğmələrin qanadında uçurdu.
Şer olub dolaşırdı elləri,
Öz qoynunu sevənlərə açırdı.
Müqəddəsdi... yaranmışdı çün haqdan,
Onu əyə bilməmişdi bir fələk.
Çıxmışdı hər imtahandan, sınaqdan,
İki ürək olmuş idi bir ürək.
Nə qədər ki, yaşayıram mən varam,
O da sağdır, demək o da yaşayır.
Ona bir yad nəfəs dəyə,qoymaram,
Mən bu yolda ağartmışam başımı.
İllər ilə yar qadasın yar alar,
İndi biz tək sevən hanı, əzizim?
Biz ikimiz o dastanı yaratdıq,
Mən, sən yazdıq o dastanı əzizim.
O dastanın öz ünvanı, öz adı.
Yalnız gülüm, bizim ikimiz olduq,
Həmi onun müəllifi, ustadı,
Həmi onun qəhrəmanı, biz olduq.
Güc alıram daim onun gücündən.
Onu yalnız zaman, silə biləcək.
O sədadır, o nalədir, içimdə.
Yalnız gülüm, o mənimlə öləcə
[cavab]
aynur653*
6 Apr 2014 / 06:53
Dogrular icinde axtariram men
[cavab]
Ayla
6 Apr 2014 / 06:55
aynur653*,
[cavab]
aynur653*
6 Apr 2014 / 07:10
Yenə bu şəhərdə üz-üzə gəldik,
Neyləyək, ayrıca şəhərimiz yox.
Bəlkə də, biz xoşbəxt ola bilərdik,
Bəlkə də, xoşbəxtik,
Xəbərimiz yox.
Aradan nə qədər il keçib görən,-
Tanıya bilmədim,
məni bağışla
Mən elə bilirdim, sənsiz ölərəm,
Mən sənsiz ölmədim,
məni bağışla.!
“Ölmədim” deyirəm,
Nə bilim axı,------
Bəlkə də, mən sənsiz ölmüşəm elə,
Qəbirsiz-kəfənsiz
ölmüşəm elə.
Bəlkə də, biz onda ayrılmasaydıq,
Nə mən indikiydim,
nə sən indiki,---
Ayrıldıq, şeytanı güldürdük onda,
Bu ilin,
bu ayın,
bu günündəki,
Elə bu küçənin bu tinindəki
Məni də, səni də öldürdük onda.
.....Sağımız-solumuz adamla dolu,
Qol-qola kişilər, qadınlar keçir.
Özündən xəbərsiz
ömründə min yol
Özünü öldürən adamlar keçir.
Keçir öz qanına batan adamlar,
Bir də ki, qan hanı?
Qan axı yoxdu.......
Hamı günahkardı dünyada,
amma
Dünyada heç kəsin günahı yoxdu.
Bizsiz yazılmışdı bu tale, bu baxt,
Sapanddan atılan bir cüt daşıq biz.
Bəlkə bu dünyada
On-on beş il yox,
Min il bundan qabaq ayrılmışıq biz.
Halal yolumuz dəyişib,
nəsə
Çaşmışıq, biz özgə yoldan getmişik.
Bəlkə min il qabaq səhv düşüb nəsə,
Minillik bir səhvə
qurban getmiwik.
Bizi kim addadar bu ayrılıqdan,
Çatmaz dadımıza
nə yol, nə körpü.
Ölüsən,
dirisən,
hər nəsən,
dayan!
Dayan, heç olmasa, əlindən öpüm......
[cavab]
aynur653*
6 Apr 2014 / 07:13
[cavab]
Bölmeye qayıt
0.144 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az