Men seni unuda bilmirem axi?:(

pol aynur653* 5 Apr 2014 / 06:11
Mən səni unuda bilmirəm, axı
unutsam nələri unudam gərək
göylərə baxmışıq aylı gecədə
unutsam göyləri unudam gərək!

Dənizi unudum, ya dalğaları
xatirən yadımdan çıxaydı barı
payızda xəzanı, qışdasa qarı
baharda gülləri unudam gərək!

De necə unudum mən səni necə?
sevgi durna dəyil payızda köçə
yuxuma gəlirsən mənim hər gecə
ayları, illəri unudam gərək!

Sənin xəyalındır həsrətlə baxan
adındır hər saat qarşıma çıxan
qarışıb şəklinə gözümdən axan
yağışı, selləri unudam gərək!

Sinəmdə pəşiman ürəyim qaldı
uçdun əllərimdə lələyim qaldı
nələri itirib, bax nəyim qaldı
nələri, nələri unudam gərək!

[cavab]

pol aynur653* 5 Apr 2014 / 06:12

[cavab]

pol Ayla 5 Apr 2014 / 06:14
aydaa bu neydi superr weir sagol ureyim

[cavab]

pol aynur653* 5 Apr 2014 / 06:15
Ayla, sagol wirinim

[cavab]

pol aynur653* 5 Apr 2014 / 06:33
Deyəsən yolumuz ayrıldi bizim,
Ürək o əvvəlki həvəsdə dəyil.
Ayrılıq oxuyur indi hər sözün,
Dinlə son sözü də mən özüm deyim.

Yorğun yolçulara bənzədim, nə qəm,
Yollar ayağımdan tutub sürünür,
Mənzilim uzaqdır, asta gedirəm,
Səninsə mənzilin daha görünür...

Üfüqlər nə yaman qızardı belə,
Bəlkə məhəbbətin qürub çağıdir?
Ömrümdən neçə il vermişəm yele,
Tale də bir yandan vurub dağıdır.

Uçurdum göylərin yeddi qatında,
Axan ulduzları göyde tuturdum.
Hər gecə xeyalın qanadlarında
Günəşdə yatırdım, Ayda yatırdım

Yox!...
Daha səbrim də çatıb sahilə,
Getmərəm mən aya, ulduza kimi.
Eşqimi bir dəniz atıb sahilə,
Əriyir daş üstə meduza kimi...

[cavab]

pol Ayla 5 Apr 2014 / 06:36
suppa ..

[cavab]

pol Wanted 5 Apr 2014 / 06:47
Kimin seirleridi?

[cavab]

pol *_FoReVeR_* 5 Apr 2014 / 12:47
Meni nolube unudarsanda

[cavab]

pol aynur653* 5 Apr 2014 / 17:25

[cavab]

pol *_Hecer_* 5 Apr 2014 / 22:41

[cavab]

[1] 2 →

 
Bölmeye qayıt
19.04.13 22:00
0.1591 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az