Ciceyin suya mehebbeti:(
aynur653*
5 Apr 2014 / 05:56
Günün birində bir çiçəklə su qarşılaşır və yoldaş olurlar. İlk əvvəllər gözəl bir dost olur, zaman keçdikcə çiçək o qədər xoşbəxt olur ki, xoşbəxtlikdən içi içinə sığmır. Artıq anlayır ki, suya aşiq olub. Çiçək ətrafa qoxular saçaraq ilk dəfə aşiq olubmuş , "Sırf sənin xətrin üçün ey su" deyə ... Bir zaman gəlir ki, artıq su da içində çiçəyə qarşı bir sevgi hiss etməyə başlayır. Zənn edər ki, çiçəyə aşiqdir su da ilk dəfə aşiq olur.
Günlər və aylar bir-birini qovalayır və çiçək görəsən "Su məni sevirmi?" deyə düşünməyə başlayır. Su, çiçəklə çox maraqlanmaz ... Halbuki çiçək, belə bir sevgiyə adət deyil və dözə bilməz. Çiçək, suya "Səni sevirəm deyir. Su, "Mən də səni sevirəm" deyir. Aradan zaman keçir və çiçək yenə "Səni sevirəm" deyir. Su, yenə "Mən də" deyir. Çiçək çox səbirlidir. Gözləyir, gözləyir... Artıq elə bir vəziyyət gəlir ki, çiçək artıq ətrafa qoxu yaya bilmirdi amma son dəfə gücünu topalayıb ətrafa qoxular saçaraq suya “Səni sevirəm” deyir. Su da ona "Söylədim ya mən də səni sevirəm." deyir. Çiçək yataqlara düşür.
Çiçək artıq xəstələnir. Çiçəyin Rəngi solmuş, çöhrəsi saralmışdır artıq yataqlardadır. Su da başının üstündə, sevdiyinə köməkçi olmaq üçün gözləyir... Bəllidir ki, artıq çiçək öləcək və son dəfə çətinliklə başını çevirərək suya deyir:"Səni mən, həqiqətən sevirəm. Bu vəziyyət qarşısında su çox kədərlənir son çarə olaraq problem nədir deyə bir həkim çağırır...
Həkim gəlir və çiçəyi müayinə edir. Sonra belə deyir: "Xəstənin vəziyyəti ümidsizdir artıq əlimizdən bir şey gəlməz." Su, maraqlanaraq, sevgilisinin ölümünə səbəb olan xəstəlik nədir həkimdən soruşur : Həkim suya baxır və belə deyir: "Çiçəyin bir xəstəliyi yoxdur dostum ... Çiçək yalnız susuz qalmışdır. Onun üçün ölür " deyir.
Su nəhayət anlamışdır ki, sevdiyinə yalnız "Səni sevirəm" demək kifayət etmir.
[cavab]
Ayla
5 Apr 2014 / 05:59
super
[cavab]
aynur653*
5 Apr 2014 / 06:03
Ayla, sagol ureyim
red. aynur653* (05.04 /06:03)
[cavab]
Bölmeye qayıt
0.1793 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az