Oğlandan nömrə alan qızlar

pol ozdunyamiz 28 Okt 2012 / 16:55
Demək olar ki, oğlanların böyük qismi qızları yolda gedərkən onlara nömrə verməklə "tuturlar". Bu üsul telefon yaranandan bəri ölkemizdə mövcuddur və fəaliyyətdədir. Bu üsuldan ən çox metrolarda istifadə edir oğlanlar, metrolar oğlanlar üçün bir növ "ov" məkanına çevrilib. Bu ovun da adı "qız ovu" adlanır. Ovun üsulları, qaydaları çox sadədir. Misal çəkim:

Bir oğlan metroya daxil olur, bir müddət gedərkən gözü bir qıza sataşır, bəyənir o qızı, qızla bir müddət baxışdıqdan sonra oğlanın ağlına "qız ovu" üsulu gəlir. Bir müddət edilən him-cimdən sonra qız vaqondan düşür, oğlan da arxasıyca yol alır. Bir-iki şablon sözlər: "Ayaala nə şirindir bu", "Belə sevgilim olsaydı dərdim olmazdı" kimi şablon sözlər işlədir və qızın gülümsədiyini görür, beləliklə oğlan A planını həll etmiş olur və keçir B planına, yəni qıza nömrə vermək məsələsi. Yaxınlaşıb bir-iki duzlu-məzəli söz dedikdən sonra ovu hazır vəziyyətə gəlmiş olur və nömrəsini bir balaca kağıza yazıb verir və ya yoxudursa telefonu ilə göstərir. Beləliklə hər iki tərəf evinə gülüb-oynayaraq gedir. Oğlan bir müddət qızdan zəng gözləyir və nəhayət o zəng gəlir:

- "Alo salam, mənəm o gün nömrə verdiyin qız.
- Oooo ürəyim salam, nə yaxşı zəng vurdun, necəsən? Nə var, nə yox?
- Çox sağol əzizim, yaxşıyam, sən necəsən?
- Sənin səsini eşidəndən bəri əlayam!"

Bir müddət keçir...

Yeni bir zəng qız tərəfindən:

- "Alo, salam aşkım necəsən? İtirib axtarmırsan daha? Niyə zəng vurmursan mənə?
- İşlərim çoxdure aşkım, telefonu əlimə almağa vaxt yoxdur.
- Mən səni çox sevirəm axı.. Səsini eşitmək istəyirəm...
- Darıxma ürəyim inşaAllah işlərim bitsin səninlə əlaqə saxlayacağam tez-tez."

O saxlamaq, bu saxlamaq.. Oğlandan bir müddət xəbər çıxmır. Beləliklə qız "atval" aldığının fərqinə varır və artıq zəng vurmur oğlana, beləcə ayrılmış olurlar.

Məsələ burasındadır ki, oğlan yolda gedən qıza yaxınlaşıb nömrəsini verib, qız da alıb, amma qız hələ də elə düşünür ki, oğlan onu sevir, onu alacaq. Bu gülməli səslənir əlbəttə, sadəcə bir şey maraqlıdır ki, bu cür "saf qızlar" bu zəmanədə hələdəmi mövcuddur? Qız elə bilir ki, oğlan yolda "tutduğu" qızı alacaq? Buranın Azərbaycan olduğunu unudub o qız hər halda nə deyək.. Əslində elə qızlar tam bir yalan mexanikasına çevrilir, onların tələsinə düşmüş hansısa oğlan ona sual verəndə ki, "məndən qabaq danışdığın olub?" Qız isə yox əsla olmayıb, məni başqa qızlarla səhv salma, ilk sevdiyim sənsən deyir. Bəs burası maraqlıdır ki, qız məni başqa qızlarla səhv salma deyir, amma hal-hazırda oğlanla danışır, buna inanan oğlanmı safdır? Yoxsa qızmı çox inandırıcı danışır? Qəribədir...


Movzunun oxucularina iki sualım var, ümid varam ki, tam səmimi cavab alacağam..

1. Qıza nömrə verən oğlanmı günahkardı? Yoxsa nömrəni alan qızmı?
2. Oğlansınızsa hansısa qıza nömrə veribsinizmi? Qızsınızsa hansısa oğlandan nömrə alıbsınızmı?

[cavab]

pol ELEFTHERIA 28 Okt 2012 / 17:05
mence qizdadi gunah...saf olurlar..

[cavab]

pol CUNAY 28 Okt 2012 / 17:06
gunah her ikisindedir

[cavab]

pol nurka 28 Okt 2012 / 17:07
men basa dusmedim valah hec baxmasanda sirtiq kimi dalinca gelen oglanlarda var beledeki menim ele seyden xosum gelmir heckiminde ele nom almamisam danisib. sora yorulub gedib ama ne uzune baxmisam nede danisigin esitmisem cunki evden cixanda nausnik olur ta ki eve gelene kimi bos bos seylerdi

[cavab]

pol Geniuss 28 Okt 2012 / 17:10
1.ye cvb. Nomre alan qizdadir gunah! Agilli qiz bunu etmez.
2.ye cvb. Yox vermemiwem. )

[cavab]

pol YeTiM 28 Okt 2012 / 17:12
Movzu eladi.Bu öz yerinde.
1.Oglanlari palit eleme.
2.Ele usulla nomre alan qizin axiri yoxdu.
3.Ele oqlanlarla hec aram yoxdu.Znacit lezet elemirler.
4.Uje metro moddan duwub.Uje camaat aqillanib.Hami qacir varli yerlere tuzbala ele kecirmeye.
5.Ele üsulla nomre alan qizin mencin lori dilde desek 'Qus'dan ferqi yoxdu.Yeni mamlimatannan:))
6.daa bunu yazmiram.Besdi

DEDE BABALARDAN ADET VAR KIWI QIZI TOY GUNU GORMELIDI.:))SORADA OMRUNUN AXIRNACAN QARAGUN OMUR SURMELIDI.
red. YeTiM (28.10 /17:15)

[cavab]

pol rubina 28 Okt 2012 / 17:12
gunah zemanededir

[cavab]

pol Roberto 28 Okt 2012 / 17:23
Gumahkar qizdi mence..........

[cavab]

pol mila99 28 Okt 2012 / 17:40
elbetdeki qiz gunahkardir he birdeki valah men hec bir qiza nomremi vermirem onlar mene oz nomrelerini verirler

[cavab]

pol Memo 28 Okt 2012 / 18:01
Günah zəmanədə yox insanlardadir...
Nömrə alan qizdi günahkar.
red. Memo (28.10 /18:02)

[cavab]

[1] 2 3 →

 
Bölmeye qayıt
19.04.13 22:00
0.155 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az