nece oldugumu sorusanlara

pol Alibaba*AZE 2 Apr 2014 / 14:27
- Necəsən?
- (Pisəm, çox pis. Elə ki birinə güvənməyi
istəyəcək qədər. Yalnızam. Yorğunam. Çox
siqaret çəkib, çox öskürürəm. Canımı
yandıracaq dərəcədə susuram. Darıxıram;
qıran, acıdan, üzən hər kəs üçün darıxıram. Birinə sarılmağa, hər şeyi
anlatmağa, başqa birisnin dizlərində
yuxuya getməyə ehtiyacım olduğunu hiss
edirəm. Yatıram, daha doğrusu, bunun
üçün çalışıram. Düşünməmək üçün hər
şeyi edirəm. Yazıram. Ağlayıram. Bəzən döş qəfəsimə bir şeylər batır, nəfəs ala
bilmirəm heç. Əsəbiyəm. Heç kimə güvənə
bilmirəm. Hüzur tapa bilmirəm. Hər şey
yarım qalmış, əskik. Bağırmaq, içimdəki
kini boşaltmaq istəyirəm, amma
bacarmıram. “Kaş ki” dediyim sözlərim var. Qorxuram. Ölməkdən, yalnız
qalmaqdan, sevgisizlikdən qorxuram.
Anlayan biri yox. Anlada biləcəyim birisi
də yox əslində. Və mən artıq susmaq
istəmirəm. Qanamaq istəmirəm. Məsələn,
içdən gülə bilmirəm. Təbəssümlərimdə yalan gizli. Ümidlərim ancaq puç olmağı
bacarır. Əvvəlki kimi olmaq istəyirəm, heç
sevməmiş olan özümü axtarıb tapmaq
istəyirəm... Xəyallarım var və həmişə xəyal
olaraq qalacaqlarını bilirəm. Artıq anlayış
göstərən deyil də, anlanılmaq istəyirəm. Deyəsən əllərimi tutacaq birinə ehtiyacım
var mənim)Çox yaxşıyam.

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1598 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az