Hz.Fatimenin evine hucum ve onun odlanmasi

pol NARDARANLI 2 Apr 2014 / 02:23
Hz. Fatimənin(s.a) evinə hucum və onun
odlanması:
Bu məsələ ətrafında əhli sünnətin kitablarında
çoxlu rəvayətlərin nəql olunmasına baxmayaraq
biz onlardan bir neçəsini dərc edirik.
1.“...ömər Fatimənin evinə tərəf yollandı və onun
evinə yetişəndə dedi:- Ey peyğəmbərin qızı and
olsun Allaha sənin atandan başqa heç kəs bizə
əziz deyil və atandan sonra heç kəs bizə sənin
qədər əziz deyil. Lakin and olsun Allaha bu
məhəbbət heç vaxt başına yığdığın adamlara görə
evi yandırmaq əmrini verməkdə mənə mane ola
bilməz” ıbn Əbu şeybə (hicrətin 235-ci ildə vəfat
edib “əl-Musənnəf” 7/432 hədis 37045 Beyrut
nəşri kitabu məğazi –ma caə fi xilafət Əbi Bəkr).
2- «....Sonra Əbu Bəkr öməri Əlinin evinə
yığışanların ardınca göndərdi. Onlar evdən
çıxmaqdan imtina etdilər. Bu zaman ömər əmr
etdi ki, odun gətirsinlər və Əlinin evinə yığışanlara
dedi:- And olsun o kəsə ki, ömərin canı onun
əlindədir! Gərək evdən çıxasınız. Əgər evdən
çıxmasanız evi içindəkiləri ilə yandıracağam.
Orada olanlardan biri ömərə dedi:- Bilirsən ki,
Fatimə də evdədir?
ömər dedi:- Hətta Fatimə də evdə olsa belə
yandıracağam....» (ıbni Quteybə. (hicrətin 276-cı
ilində vəfat edib) “əl-ımamətu vəs-siyasət” 1/12
Misir nəşri).
Xatırladaq ki, bəzi əhli sünnət alimləri “əl-
ımamətu vəs-siyasət” kitabının müəllifinin ıbn
Quteybə olduğunu inkar edirlər. Onların
cavabında deyirik:- Muhəmməd Fərid Vəcdi
“Dairətul-məarif” kitabının 3-cü cildinin 750-ci
səhifəsində yazır:- ıbn Quteybənin “əl-ımamətu
vəs-siyasət” kitabı xilafət məsələsi haqqında
yazılmış ən qədim və etibarlı kitablardan biridir.
3- “Əbu Bəkr Əlidən beyət almaq üçün onun
ardınca adam göndərdi, amma Əli beyət etmədi.
Bu vaxt ömər Əlində məşəl Əlinin evinə tərəf
yollandı. Fatimə qapının arxasından ömərə dedi:-
Ey Xəttabın oğlu nə xəbərdir, mən səni evimin
qapısını odlayan görürəm?
ömər dedi:- Bəli! Məni inkar etmək sənin atanın
dinindən ağırdır” (Bəlazəri (hicrətin 279-cu ilində
vəfat edib) “Ənsabul-əşraf” 1/576 Misr nəşri,
səqifə əhvalatı hədis 1184).
4- «Təlhə, Zubeyr və mühacirlərdən bir dəstə
Əlinin evində cəm olduqları bir vaxt ömər ibn
Xəttab ora gəlib dedi:-And olsun Allaha əgər
beyət etmək üçün çölə çıxmasanız evi sizin
üstünüzə yandıracağam» (Təbəri (hicrətin 310-cu
ilində vəfat edib) “Tarixul-uməmi vəl-muluk”
2/443 nəşr Beyrut).
5- «....sonra Əmirulmöminin bir dəstə tərəfdarları
ilə öz mənzilində yığışıb mübarizəyə əl atdılar.
çünki Peyğəmbər ona bu cür göstəriş vermişdi.
Bu vaxt bir dəstə onun evinə hücum çəkib evinin
qapısını odladılar. Onu zorla evdən çıxartdılar.
Hücum çəkənlər qadınların seyyidəsi (Fatiməni)
qapı ilə divar arasında elə sıxdılar ki, hətta
bətnindəki uşağı Möhsin ziyan oldu» (Məsudi
(hicrətin 346-cı ilində vəfat edib) “ısbatul-vəsiyy
ət” səh 142 hekayətus-səqifə bəhsi).
6- “Əbu Bəkr ömərə göstəriş verdi ki;- Əgər
Əlinin evinə yığışanlar evdən çıxsmaqdan imtina
etsələr onda onlarla cəng et. ömər də əlində
məşəl Fatimənin evinə tərəf yollandı ki, oranı
odlasın. Bu arada ömər Fatimə ilə qarşılaşdı.
Fatimə ona dedi:- Ey Xəttabın oğlu mənim evimi
yandırmağa gəlmisən? ömər dedi:- Bəli, necə ki,
ümmət Əbu Bəkrə beyət edib gərək siz də beyət
edəsiniz......” (ıbn Əbdi Rəbbih (hicrətin 327-ci
ilində vəfat edib) “Əqdul-fərid” 3/64 nəşr Misir)
7- ıbni Əbil Hədid (hicrətin 655-ci ilində vəfat
edib, “şərhu Nəhculbəlağə” 2/56 nəşr Beyrut)
Covhəridən (4-cü əsrin alimlərindəndir “Səqifə və
Fədək” kitabının müəllifidir. Əhli sünnətin bu
mövzuda ən mühüm mənbələrindən sayılır) nəql
edib:- “..... ömər onlara tərəf yollandı və onlara
dedi:- And olsun o kəsə ki, mənim canım onun
əlindədir ya gərək beyət etmək üçün evdən
çıxasınız ya da ki, evi sizin üstünüzə
yandıracağam” Həmçinin adı çəkilən kitabın
həmin səhifəsində Covhəri Əbu Bəkrin dilindən
nəql edir:- “....Bu zaman ömər evi odlamaq üçün
onlara hücum çəkdi. Zubeyr əlində qılınc ömərin
üstünə gəldi”

[cavab]

pol NARDARANLI 2 Apr 2014 / 02:25
Müəllif Kitabın 2-ci cildinin 57-ci səhifəsində
yazır:-“ Əbu Bəkr dedi:- Ey ömər və ey Xalid ibn
Vəlid! Durun ayağa və onların üstünə gedin. O iki
nəfəri mənim yanıma gətirin. Sonra o iki nəfər
Əlinin evinə tərəf yollandılar. ömər içəri daxil oldu
və Xalid ibn Vəlid qapının astanasında dayandı”
Qeyd:-Bəziləri ıbn Əbil Hədidin Sünnü olmasında
şübhə ediblər. Cavabında deyirik ki,
Zəhəbi“Sirətu ə`əlamunnəbla” kitabında (23/274)
yazır:-“ıbn Əbil Hədid kəlam, nəzm, nəsr və
bəlağət elminin ərbablarındandır. O mötəzili
məzhəbindən olubdur”.
8- “əl- Muxtəsər fi əxbaril-bəşər” (Misr nəşri
1/156. müəllif Ismayil ımaduddin 732-ci ildə vəfat
edib). “... Sonra Əbu Bəkr ömərə Əli və onun
ətrafına yığışanları Fatimənin evindən çıxarmağı
göstəriş verdi. Əbu Bəkr ömərə göstəriş verdi ki,
əgər onlar evdən çıxmaqdan imtina etsələr
onlarla cəng etsin. ömər də əlində məşəl
Fatimənin evinə tərəf yollandı ki, oranı odlasın.
Fatimə ona dedi:- Hara gəlirsən istəyirsən evimizi
yandırasan? ömər dedi:- Bəli, əks halda gərək siz
də ümmət kimi Əbu Bəkrin beyəti altına daxil
olasınız”
9- ömər Rza Kuhalə, əhli sünnətin müasir
alimlərindəndir. “Ə`əlamunnisa” kitabında Beyrut
nəşri, “F” hərfi bölməsində Fatimə bintə
Muhəmməd adı altında istinad mənbələrini
söyləyib yazır:- “... ömər Fatimənin evinə tərəf
yollandı fəryad çəkirdi. Evdə yığışanları Əbu
Bəkrə beyət etmək üçün çölə çıxmağa çağırırdı.
Amma onlar evdən çıxmağa imtina edirdilər. Bu
zaman ömər odun gətirməyi əmr etdi və and
içdi:- And olsun o kəsə ki, ömərin canı onun
əlindədir! Ya evdən çıxın ya da ki, evi onun
içində olanların üstünə yandıracağam. Bir nəfər
ömərə dedi:- Ey Əbu Həfs! Fatimə bu evdədir!
ömər dedi:- Hətta Fatimə belə bu evdə olsa
yandıracağam”
10- Əbdul Fəttah Əbdul Məqsud, əhli sünnətin
müasir alimlərindəndir. “əl-ımam Əli ibn Əbu
Talib” kitabında (Beyrut çapı 1/190) yazır:- “....
Bəli belə deyirlər ki, ömər ibn Xəttab o gün
əshabı ilə bir yerdə Fatimənin evinə tərəf yollandı.
ömər bu nəticəyə yetişmdi ki, musəlmanlar
arasında vəhdəti və sakitliyi qorumaq üçün
yeganə yol oddur”
12- Muhəmməd Hafiz ıbrahim (1351-ci hicri ilində
vəfat edib):- Əhli sünnətin müasir və mühüm
saydıqları şairlərdəndir. Divanında (Beyrut
nəşri.1/82 öməriyyə qəsidəsində) deyib:- Və
qovluhu li Əliyyin qaləha Omər, Əkrim bi samiiha
əəzim bi mulqiha.
Hərrəqtu darəkə la əbqi ələyha biha, ınləm tubaye
bə bintul Mustəfa fiha.
Tərcümə: “ömər necə də Əliyə gözəl deyib, Bu
kəlamı eşidəni əzizlə və deyəni böyük bil. Evini
odlayaram və qoymaram orda qalasan, Əgər
beyət etməsən hətta Mustəfa qızı Fatimə evdə
olsa yandıraram!”

[cavab]

pol _LEBBEYK_ 2 Apr 2014 / 04:17
Ve Lenetullah qovmiz zalimin

[cavab]


 
Bölmeye qayıt
19.04.13 22:00
0.1537 san.
© 2012 - Şen Fermer Oyunu Tarla.az